Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1397/2023 10.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, ”Yaşıldərə” yaşayış Massivində 1-ci məhəllədə ünvanındakı, yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə il bundan əvvəl Sumqayıt şəhəri,”Yaşıldərə” yaşayış Massivində l-ci məhəllədə, sahəsi 220 kv.metr olan torpaq sahəsində ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini özünə tikmiş və bu ev onun sahibliyində və istifadəsindədir. Həmin ünvanda olan evində olmamağından istifadə edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evinə daxil olmuş və oranı qanunsuz olaraq zəbt etmişdirlər. Həmin fərdi yaşayış evinin onun tərəfindən inşa olunduğunu, istifadəsində və sahibliyində olduğunu, uzun müddət həmin mənzildə yaşamağı qonşular tərəfindən notariat verilmiş ərizədə də təsdiq olunmuşdur. Belə ki, 29 oktyabr 2022-ci ildə Sumqayıt şəhəri,”Yaşıldərə” yaşayış Massivində qonşuluqda yaşayan şəxslər tərəfindən akt tərtib olunmuş, həmin aktda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi, l-ci məhəllədə yaşayan X10, X1, X4, X3, X7 bu aktı ondan ötrü tərtib edirlər ki, qonşuları İddiaçı həqiqətən onların qonşuluqlarında Sumqayıt şəhəri “Yaşıldərə ” yaşayış massivi, l-ci məhəllədə, sahəsi 220 kvadrat metr olan torpaq sahəsində ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa etmişdir. İddia ərizəsinə əlavə etdiyi qaz sayğacına məxsus abonentin saldosu sənədindəndə də görünür ki, xx.xx.2022-ci il tarixində quraşdırılmış Zenner G4T Mexaniki № **********6 nömrəli sayğac mənim mənzilinə quraşdırılmaqla onun adınadır. Həmçinin Azərsu ASC-nə məxsus abonent kartı sənədindən də görünür ki, xx.xx.2022-ci il tarixli № 46355497 saylı müqavilə həmin su sayğacı onun adına quraşdırılmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin № 1188 saylı, xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, Arayıış verilir Cavabdeh1 ondan ki, o həqiqətən Sumqayıt şəhəri, X13 1-ci məhəllədə qeydiyyatsız yaşayır. Bildirir ki, o, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə görə Sumayıt şəhəri Bələdiyyəsində qeydiyyatda olmaqla vergi ödəyicisidir. İddiaçı və nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, həmin evi Elməddin adlı şəxsdən 40000 (qırx min) manat ödəməklə almış və 5-6 aydır ki, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Elməddin bundan əvvəldə ona Xəzərev satmışdır. Həmin evləridə Elməddin digər şəxslərə satdığına görə o, sonuncunun barəsində polisə şikayət etmişdir. Elməddin daha sonra ona hazırda sözügedən evi təklif etmişdir. Məhkəmədə cavabdeh G.Ə.Babayevə iddia tələbini qəbul etməyərək Cavabdeh2 izahatına uyğun izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan Sumqayıt şəhər Bələdiyyəsi 1-ci və 3-cü məhəllələr üzrə 1 saylı məhəllə komitəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi, l-ci məhəllədə yaşayan X10, X1, X4, X3, X7 qonşuları İddiaçı həqiqətən onların qonşuluğunda Sumqayıt şəhəri, “Yaşıldərə” yaşayış massivi, 1-ci məhəllədə, sahəsi 220 kv.metr olan torpaq sahəsində ümumi sahəsi 90 kvadratmetr olan, 1mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi inşa etdiyini öz imzaları ilə təsdiq etmişlər. İşə əlavə olan Abonentin saldosundan görünür ki, Sumqayıt, X13, 5-ci məhəllə, 218 saylı evə dair anbonent kodu İddiaçı adına qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər Bələdiyyəsi 1-ci və 3-cü məhəllələr üzrə 1 saylı məhəllə komitəsinin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, X13, 7-ci məhəllədə qeydiyyatsız yaşayır. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli, kredit müqaviləsindən görünür ki, Cavabdeh2 E.H.Sadıqova 02 oktyabr 2022-ci il tarixədək qaytarmaq şərti ilə 13500 manat məbləğində borc pul vermişdir və aralarında kredit müqaviləsi imzalanmışdır. İşdə olan “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Sumqayıt şəhəri, X13, 1-ci məhəllədə yerləşən torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmçinin Mülki Məcəllənin 158.4-cü maddəsində də nəzərdə tutulub ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiası rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə cavabdehlərin sözügedən evi Elməddin adlı şəxslə razılaşmaları, həmin şəxsə 40000 manat verib evin alması barədə gətirdiyi dəlili qəbul etmir. İş materialları ilə müəyyən edilir ki, mübahisə edilən ev iddiaçı tərəfindən inşa edilmiş, istifadəsində olmuş, iddiaçının həmin evdə «gözlənti hüququnun» yaranmış, cavabdehlər qanunsuz olaraq həmin evdə yaşayırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iş üzrə cavabdehlərin mübahisəli evdə heç bir əsas olmadan yaşadıqlarından iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, ”Yaşıldərə” yaşayış Massivində 1-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılmalı və boşaldılaraq iddiaçıya təhvil verilməli, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, ”Yaşıldərə” yaşayış Massivində 1-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 90 kv metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən çıxarılsınlar və boşaldılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1397/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1397/2023
10.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver