Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1407/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı işə bərpa tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X7 xx.xx.2024-cü il tarixli, 148 saylı əmrinin ləğv olunması, onun əvvəlki iş yerinə - “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X11” bölməsində “Baş mütəxəssis” vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzl X11” bölməsində “Baş mütəxəssis” vəzifəsində çalışmışdır. Çalışdığı müəssisənin 148M-1İ əmrinə əsasən onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70.”b”-işçilərin sayı və ya ştatlan ixtisar edildikdə» maddəsini əsas gətirərək xx.xx.2024-cü il tarixdən işinə xitam verilmişdir. Heç bir səbəb olmadan işdən ixtisar olunub. Halbuki himayəsində azyaşlı övladı var. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu hal onun işdə saxlanmağına üstünlük verir. Belə ki, əmək qanunverilciyinin tələblərinə uyğun olaraq üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bundan əlavə ştatı ixtisar olunmamışdır, əksinə onun vəzifəsinə başqa şəxs işə götürülmüşdür. Göründüyü kimi qanunsuz olaraq işdən çıxarılıb. Yuxarıda qeyd etdiklərini yazaraq qanunsuz olaraq işdən çıxarılmağı barədə dəfələrlə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Başqa qazanc yeri yoxdur. Maddi durumu çox ağırdır, bu işə ehtiyacı var. Himayəsində bir tələbə, bir azyaşlı uşaq olmaqla iki övladı var. Bu səbəblərdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X11 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı “işə bərpa” tələbi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş edib. Hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, İddiaçı 13 avqust 2020-ci il tarixdən 21 noyabr 2024-cü il tarixədək “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X11” bölməsində “Baş mütəxəssis” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il tarixli Qərarı ilə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində 27 ştat ləğv olunmuş və bu səbəbdən həmin ştat üzrə çalışan işçilərə 2 ay əvvəlcədən xərbərdarlıq edilərək, 6 həftəlik kompensasiya verilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndi ilə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmişdir. 04 oktyabr 2024-cü il tarixdə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X11”n direktor əvəzi Cahid Xasayev tərəfindən İddiaçı rəsmi surətdə Xəbərdarlıq edilmiş, H.Esmira şəxsən xəbərdarlıqla tanış olaraq onu imzalamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsil üzrə X5 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “ştatların ixtisar olunması barədə” 22 noyabr 2024-cü il tarixli 148 saylı Əmri ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarına əsasən qərarın 1-ci hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin İRT iş şöbəsinin baş mütəxəssisi İddiaçı ştatı ixtisara düşdüyü üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən İddiaçı əmək müqaviləsinə 22 noyabr 2024-cü il tarixindən stajına uyğun olaraq son haqq-hesab və ya kompensasiya ödənilməklə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası: 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə görə, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. İddiaçı iddia ərizəsində göstərilənlərə münasibət bildirərək, qeyd edir ki, - İddiaçı ərizədə qeyd edir ki, ştatı ləğv olunmamışdır. Halbuki məhkəməyə də təqdim edilmiş ştat cədvəlində açıqaydın “Baş mütəxəssis” ştatının ləğv edilməsi göstərilmişdir; - İddiaçı “Mənim vəzifəmə başqa şəxs işə götürülmüşdür” qeyd etsə də, həmin ştat ləğv olunduğu təqdirdə kiminsə həmin ştata işə götürülməsi qeyri-mümkündür. - İddiaçı “Qanunsuz olaraq işdən çıxarılmışam” qeyd etsə də, qanunsuz olaraq işdən çıxarılmamış, onun ştatı ləğv olunduğu üçün ona “Telekommunikasiyada kompyüter texnikasının istismarı üzrə operator” ixtisası üzrə qrupda istehsalat təlimi ustası vəzifəsi rəsmi qaydada təklif edilmiş, lakin İddiaçı həmin vəzifədə deyil, yalnız öz ixtisara düşmüş vəzifəsində işləmək istədiyini bildirmişdir ki, bu da mümkünsüz olmuşdur. Baxmayaraq ki, İddiaçı əvvəllər də “Telekommunikasiyada kompyüter texnikasının istismarı üzrə operator” vəzifəsində işləmişdir. - İddiaçı ərizəsində göstərir ki, “Mərkəzdə “Karyera üzrə mütəxəssis” və “istehsalat işləri üzrə menecer” vəzifələri üzrə vakansiyalar mövcuddur. Halbuki, özü də yaxşı bilir ki, həmin vəzifələr üzrə müsabiqə keçirilməkdədir və həmin ştatlara uyğun ixtisası olan şəxslər, sırf maliyyəçilər tələb olunur. İddiaçı ali təhsilli olsa da, ixtisası “coğrafiya müəllimi”dir və həmin müsabiqəyə onun sənədləri uyğun gəlmir. - Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində ixtisara düşən ştatlarla əlaqədar 23 nəfər işçi onlara təklif olunan uyğun işlərlə təmin olunmuşlar, həmçinin kənardan heç kim işə götürülməmişdir. Qeyd etdiklərinə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. 4.Eyni zamanda cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə eyni məzmunlu yazılı çıxış mətni təqdim etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı işdən çıxarılarkən qanunun tələbi pozulmuşdur. Ştat ixtisar edilsə belə, tərəfinin işdə saxlanılma üstünlüyü var idi. Xanımın vəzifəsinə uyğun olan digər işlər də vardır. Xəbərdarlıq edilən vaxt iddiaçıya satınalmalar üzrə mütəxəssis vəzifəsi təklif edilib. Cavabdehə təklif edilən vəzifə aşağı vəzifədir və əmək haqqısı da öz işindən daha azdır. İddiaçı ixtisasca Coğrafiya müəllimidir, lakin iddiaçı hazırki işi üzrə sertifikatı vardır. İddiaçı 2023-cü il tarixdə insan resursları üzrə sertifikasiyadan keçib. İddiaçının himayəsində tələbə və 3 yaşına çatmayan uşağı vardır. İddiaçı baş mütəxəssis işləyib. İddiaçı 2024-cü ilin noyabr ayında ştat ixtisarına xitam verilməklə işdən çıxarılıb. Lakin, qanunvericiliyə əsasən himayəsində 3 yaşına çatmayan uşağı olan şəxsin ştat ixtisarı ilə işdən çıxarılması yolverilməzdir. Onlarda olan məlumata görə ştat ixtisarı olduğu vaxt yeni ştat da açılmışdır. İddiaçı isə yeni ştat açılan vaxt işlə təmin edilməyib. İddiaçı sözügedən iş üzrə CV də vermişdir. Tərəfi CV verdiyi iş üzrə uyğun olaraq sertifikat da almışdır. Bir daha qeyd edir ki, iddiaçıya təklif edilən iş aşağı maaşlı işdir və iş qrafiki də fərqlidir. Həmçinin, iddiaçının işlədiyi vəzifəyə uyğun vakant digər uyğun vəzifələr də vardır. İddiaçı ştat ixtisar edilib işdən çıxarıldıqdan sonra ştat yenidən bərpa edilib və işə yeni işçi götürülüb. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı mediasiya prosesində iştirak edib, mediasiya mərhələsində cavabdehlə qeyri-rəsmi olaraq danışmış və kompromisə getməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh onu işə bərpa etməkdən imtina etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının iddiası əsassızdır. Belə ki, İddiaçı 13 avqust 2020-ci il tarixdən 21 noyabr 2024-cü il tarixədək “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X11” bölməsində “Baş mütəxəssis” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il tarixli Qərarı ilə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində 27 ştat ləğv olunmuş və bu səbəbdən həmin ştat üzrə çalışan işçilərə 2 ay əvvəlcədən xərbərdarlıq edilərək, 6 həftəlik kompensasiya verilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndi ilə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmişdir. 04 oktyabr 2024-cü il tarixdə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X11”n direktor əvəzi Cahid Xasayev tərəfindən İddiaçı rəsmi surətdə Xəbərdarlıq edilmiş, H.Esmira şəxsən xəbərdarlıqla tanış olaraq onu imzalamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsil üzrə X5 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “ştatların ixtisar olunması barədə” 22 noyabr 2024-cü il tarixli 148 saylı Əmri ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarına əsasən qərarın 1-ci hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin İRT iş şöbəsinin baş mütəxəssisi İddiaçı ştatı ixtisara düşdüyü üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən İddiaçı əmək müqaviləsinə 22 noyabr 2024-cü il tarixindən stajına uyğun olaraq son haqq-hesab və ya kompensasiya ödənilməklə xitam verilmişdir. İddiaçı iddia ərizəsində göstərilənlərə münasibət bildirərək, qeyd edir ki, İddiaçı ərizədə qeyd edir ki, ştatı ləğv olunmamışdır. Halbuki məhkəməyə də təqdim edilmiş ştat cədvəlində açıq-aydın “Baş mütəxəssis” ştatının ləğv edilməsi göstərilmişdir; İddiaçı onun vəzifəsinə başqa şəxsin işə götürüldüyünü bildirsə də, həmin ştat ləğv olunduğu təqdirdə kiminsə həmin ştata işə götürülməsi qeyri-mümkündür. İddiaçı qanunsuz olaraq işdən çıxarılmamış, onun ştatı ləğv olunduğu üçün ona “Telekommunikasiyada kompyüter texnikasının istismarı üzrə operator” ixtisası üzrə qrupda istehsalat təlimi ustası vəzifəsi rəsmi qaydada təklif edilmiş, lakin İddiaçı həmin vəzifədə deyil, yalnız öz ixtisara düşmüş vəzifəsində işləmək istədiyini bildirmişdir ki, bu da mümkünsüz olmuşdur. Baxmayaraq ki, İddiaçı əvvəllər də “Telekommunikasiyada kompyüter texnikasının istismarı üzrə operator” vəzifəsində işləmişdir. İddiaçı ərizəsində göstərir ki, “Mərkəzdə “Karyera üzrə mütəxəssis” və “istehsalat işləri üzrə menecer” vəzifələri üzrə vakansiyalar mövcuddur. Halbuki, özü də yaxşı bilir ki, həmin vəzifələr üzrə müsabiqə keçirilməkdədir və həmin ştatlara uyğun ixtisası olan şəxslər, sırf maliyyəçilər tələb olunur. İddiaçı ali təhsilli olsa da, ixtisası “coğrafiya müəllimi”dir və həmin müsabiqəyə onun sənədləri uyğun gəlmir. Bir daha qeyd edir ki, Esmira xanımın vəzifəsi Nazirlər Kabinetinin qərarına əsasən ixtisara düşmüşdür. İxtisarla əlaqədar bildiriş Esmira xanıma təqdim edilmişdir. Esmira xanımın yerinə daha çox stajlı kadrlar olması səbəbilə həmin kadrların işdən çıxarılması mümkün olmamışdır. İxtisar direktordan asılı olmamışdır. Hazırda Esmira xanımın keçmiş vəzifəsinə dair ştat yoxdur. Hesab edir ki, əgər qarşı tərəf ixtisara düşmüş ştatın adının dəyişdirildiyini qeyd edirsə bunu məhkəmə iclasında sübut etməlidir. Hamının ixtisardan sonra yerləri dəyişdirilib. Təkcə Esmira xanım dəyişikliklə razı olmayıb. Yenidən işəgötürülən işçi elə cavabdeh müəssisənin öz işçisidir. İddiaçı özü başqa şəxslərə yazdığı şikayət ərizəsində ona iş təklif edildiyini etiraf etmişdir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.
7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İşdə olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 148 nömrəli əmrdən görünür ki, “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzl X11” bölməsində “Baş mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70-ci maddəsinin ”b” bəndiişçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə xitam verilmişdir. 9.İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi”nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 102 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarını əsas tutaraq 1-ci hissəsi ilə “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində İnsan Resursları və Təhsilalanlarla iş şöbəsində baş mütəxəssis ştatı ixtisara düşdüyü üçün (bu ştatdan əlavə başqa 17 ştat da daxil olmaqla) xx.xx.2024-cü il tarixdən Mərkəzdə direktor vəzifəsini müvəqqəti icra edən Cahid Xasayev tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1 maddəsinə uyğun olaraq 7 il 6 aylıq iş stajı nəzərə alaraq ona 6 (altı) təqvim həftəsi müddətində rəsmi xəbərdarlıq elan edilmişdir. Xəbərdarlıq müddətinin vaxtı xx.xx.2024-cü il tarixdə bitmişdir. xx.xx.2024-cü il tarixdən Mərkəzə yeni direktor təyin olunmuş Səyyar Abdullayevə məxsus Elektron İmza kartı gec hazır olduğu üçün ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mərkəzdə gedən ixtisarlarla bağlı prosesin yanvar ayında bitəcəyi və himayəsində 3 (üç) yaşa çatmamış azyaşlı övladının olduğunu nəzərə alaraq yanvar ayı ərzində ixtisasına uyğun ştatın olub-olmaması barədə məlumat veriləcəkdir. 10.İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. 11.İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 Esmira Adil qızına ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2024cü il 29 yanvar tarixli 51 nömrəli Qərarına əsasən, dövlət peşə təhsil müəssisələrinin rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədrisə köməkçi və xidmətedici heyətinin 26 ştatdan ibarət dəqiq siyahısı göstərilmişdir. Qeyd edilir ki, peşə təhsili müəssisələrində texniki vəzifələrə işə qəbul bilavasitə işəgötürən tərəfindən həyata keçirilir. Müraciəti nəzərə alınaraq ixtisasına və əmək təcrübəsinə uyğun əlavə ştat yaradıldığı təqdirdə həmin vakansiya ilə bağlı ona məlumat verilməsinə dair Sənaye və Yüksək Texnologiyalar üzlə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə göstəriş verilmişdir. 12.İşdə olan AZ-İV 926413 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladı vardır.
13. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən müddətsiz Sənaye və Yüksək Texnologiyalar üzlə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X9 baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 14.İşdə olan Azərbaycan Respublikası Dövlət Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarına əsasən qərarında dəyişiklik edilməsi barədə Qərardan görünür ki, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin İRT iş şöbəsinin baş mütəxəssisi ştatı ixtisara düşmüşdür. 15.İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli 142 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarının 1- hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi ştat cədvəlinə əsasən X2 və Təhsilalanlarla iş şöbəsinin baş mütəxəssis ştatı ləğv olduğu üçün xx.xx.2024-cü il tarixində Əmək Müqaviləsinə xitam verilmişdir. Qeyd edir ki, Mərkəzdə vakant olan “Telekommunikasiya kompüter texnikasının istismarı üzrə operator” ixtisası üzrə 219022324-cu qrup istehsalat təlimi ustası vəzifəsində çalışmaq istəyirsə 03 fevral 2025-ci tarixinə kimi məktuba cavab verməsi xahiş edilir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən müddətsiz qaydada «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X9 baş mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X7 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 148 nömrəli əmri ilə “Baş mütəxəsssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70ci maddəsinin “b” bəndi - işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsini və işə bərpa olunmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 18.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 19.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 20.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
21. Həmin Məcəllənin 70-cı maddəsinə əsasən müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
22. Əmək qanunvericiliyinin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir.
23. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
24. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
25. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır (78.1). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə),öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara,həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə, məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə,kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə (78.2).
26. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X7 xx.xx.2024-cü il tarixli, 148 saylı əmri əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir.
27. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
29. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
30. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir.
31. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində digər əlamətlərlə yanaşı, cinsi əlamət üzrə qadınların ayrı-seçkiliyini qadağan edir. Məcəllənin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
32. Eyni zamanda BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyası”nın 11-ci maddəsi iştirakçı-dövlətlərin üzərinə qadınların əmək sahəsində bərabər hüquqlarının, imkanlarının, seçimlərinin və müavinətlərinin olmasını təmin etmək öhdəliyi qoyur. Konvensiya əmək qanunvericiliyində cinsinə, ailə vəziyyətinə, əlilliyinə, hamiləliyinə, cinsi oriyentasiyasına və İİÇV daşıyıcısı olduğuna görə sanksiya nəzərdə tutan ayrı-seçkiliyə yol verilməməsi müddəasının olmasını vacib hesab edir, işdə qadınların irəliləməsi üçün xüsusi tədbirlərin müəyyənləşdirilməsinin qanunvericilikdə əks olunmasını tövsiyə edir. Eləcə də, Konvensiya qadınlar üçün qanunvericilikdə bərabər əmək şəraiti şərtləri, bərabər əmək haqqı, eyni dəyərli iş üçün bərabər əmək haqqı və eyni təqaüd yaşının nəzərdə tutulmasını zəruri hesab edir.
33. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə əmək münasibətlərinin nizama salınmasında, o cümlədən işə qəbul, əmək şəraiti, əməyin ödənilməsi və əmək hüquqlarının həyata keçirilməsi ilə əlaqədar digər məsələlərin həllində qadınların hüquqlarının təmin olunmasına yönəldilmiş müddəalar nəzərdə tutur. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 7-ci maddəsinə əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. Bu məqsədlə işəgötürənin üzərinə bir sıra vəzifələr qoyulur.
34. Əmək Məcəlləsi 3 yaşına çatmamış uşaqlı qadınlar üçün bir çox güzəşt və imtiyazlar müəyyən etmişdir.
35. Sözügedən imtiyazlardan biri də Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuşdur. Bu maddəyə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
36. Göründüyü kimi, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilərin konkret dairəsini müəyyən etmişdir. Həmin norma orada təsbit olunan imtiyazlara malik olan şəxsləri qoruyur.
37. İş materiallarından görünür ki, iddiaçının himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 adlı 3 yaşınadək uşağı vardır.
38. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı himayəsində üç yaşınadək uşağı olduğundan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilməzdi.
39. Məhkəmə onu da qeyd edir ki, məhz ixtisar zamanı Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilənlərin aydınlaşdırılması cavabdehin vəzifəsi olmuşdur. Belə araşdırmanın aparılmadığı aşkardır, halbuki araşdırmanın aparılması nəticəsində iddaçının tutduğu vəzifəsindən azad olunmasının yolverilməz olduğu müəyyən edilmiş olardı.
40. Beləliklə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilməmişdir.
41. Məhkəmə onu da qeyd edir ki, cavabdehin etirazında ixtisar edilən (vəzifə) ştatı tutan iddiaçıya əmək müqaviləsinə xitam verilərkən ixtisasına və peşəsinə uyğun olan başqa ştat təklif olunması və iddiaçının razılaşmadığı qeyd edilsə də, bu qaydaya cavabdeh tərəfindən əməl olunması (işçi işdən azad edildikdən sonra müxtəlif idarələrə şikayət ərizəsi ilə müraciət etmədən öncə) heç bir yazılı sübutla təsdiq olunmur. Halbuki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
42. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X7 xx.xx.2024-cü il tarixli, 148 saylı əmri ləğv olunmalı, İddiaçı işə bərpa edilməlidir.
44. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən müəssisənin yeni ştat cədvəlindən görünür ki, hazırda həmin müəssisədə “Baş mütəxəssis” ştatı yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının həmin vəzifəyə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi hüquqi müəyyənlik prinsiplərinə zidd olmaqla, gələcəkdə qətnamənin icrası mərhələsində çaşqınlıq yaranmasına səbəb olacaqdır.
45. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd edilməsə belə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarından aydın olur ki, iddiaçı əmək müqaviləsinə xitam verilənədək işlədiyi heyətdə əvvəlki vəzifəsinə və əmək haqqına uyğun vəzifəyə də işə bərpa edilməyə razıdır.
46. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X8 əvvəl tutduğu vəzifəyə uyğun (əvvəl işlədiyi heyət, təsnifat və əmək haqqı nəzərə alınmaqla) vəzifəyə işə bərpa edilməlidir.
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
48. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
49. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
50. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
51. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı və cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 148 saylı əmri ləğv olunsun. İddiaçı “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X8 əvvəl tutduğu vəzifəyə uyğun (əvvəl işlədiyi heyət, təsnifat və əmək haqqı nəzərə alınmaqla) vəzifəyə işə bərpa edilsin. Cavabdeh «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X6 60 (altmış) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva