Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1411/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh və onun azyaşlı övladları 2004-cü il təvəllüdlü X3, 2006-cı il təvəllüdlü X1 və 2008-ci il təvəllüdlü X2 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi 2 saylı evin 24 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində Cavabdeh onun qardaşı olmasını, həmçinin onun ailə üzvlərinin mənzildə uzun müddət yaşamadıqlarını, qeydiyyatlarının formal xarakter daşımasını qeyd etməklə, verilmiş iddia ərizəsinin məhkəmə qaydasında baxılmasını mümkünsüz edir. Bu isə məhkəməyə əsas verir ki, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardad çıxarsın. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı tərəfindən verilən mənzilə istifadə hüququna xitam verilməsinə dair tələbə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericiliyin qeyd olunan normalarına uyğun deyil. Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli Qərarına əsasən mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən, iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 31, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbulundan imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1411/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1411/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver