Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1495/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi Qurbanov Amil Asif oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətini 3-cü şəxs qismində işə cəlb etməklə “əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətini 3-cü şəxs qismində işə cəlb etməklə “əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC (VÖEN: **********) arasında 01.07.2019-cu il tarixdə bağlanmış, elektron informasiya sistemində xxxxxxx000200 nömrəsi ilə qeydə alınmış əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.07.2019-cu il tarixdə “EKO 2016" MMC-də (VÖEN: **********) mühasib vəzifəsinə işə daxil olmuşdur. Lakin Cavabdeh MMCnin direktoru, imza səlahiyyəti olan X3 19.09.2019-cu il tarixində vəfat etdiyi üçün o, işdən azad ola bilmir. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə 27.08.2021-ci il tarixdə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona yazılı surətdə bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə görə işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. O, digər işəgötürənlə əmək müqaviləsi bağlamaq hüququndan qeyd etdiyi maneələrə-səbəblərə görə məhrum olmuş, hüquqları məhdudlaşmışdır. Cavabdehnə onu işdən azad etsinlər deyə poçt vasitəsi ilə məktublar göndərmişdir. Lakin heç bir məktubuna cavab gəlməyib sonuncu dəfə müəssəyə 23.12.2021-ci ildə yazılı şəkildə məktub göndərmişdir. Hələ də bir xəbər yoxdur. Cavabdeh 31.10.2019-cu ildən 30.10.2024-cü ilədək fəaliyyətini dayandırmışdır. Cavabdehndə Təsisçi və Direktor və məsul şəxs olan X3 20.09.2019-cu ildə dünyasını dəyişdiyinə görə Cəmiyyətdə heç bir şəxs fəaliyyət göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, iddianın təmin edilməsinə etirazı yoxdur. Mülki iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış 23.12.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, müraciət edən onunla Cavabdeh MMC (VÖEN:**********) arasında 01.07.2019-cu il tarixdə bağlanmış, elektron informasiya sistemində xxxxxxx000200 nömrəsi ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. X2 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC və AR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, X2 iştirak etməmişlər. İddiaçı X2 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. 11.09.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Cavabdeh Nizamnaməsinin 2-ci bəndinə əsasən, Cəmiyyətin təsisçisi X3 olmaqla 100% pay hüququna malikdir. Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışından görünür ki, alınmış Cavabdeh qanuni təmsilçisi X3 olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin İddiaçı ünvanlanmış 27.08.2021-ci il tarixli, **********6 saylı məktubun məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi əgər işəgötürən tərəfindən icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə verilməsi barədə tələb irəli sürməsi izah edilmişdir. AZ-İİ seriyalı 046771 saylı «Ölüm haqqında Şəhadətnamən»nin surətindən görünür ki, X3 19.09.2019-cu il tarixdə ölmüşdür. E-sosial mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xxxxxxx000200 saylı iş müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdehndə 01.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən mühasib vəzifəsində çalışmaqla əmək haqqı 200 manat təşkil edir. Məhkəmə sorğusuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 08.04.2022-ci il tarixli **********734300 saylı cavab məktubundan görünür ki, Cavabdeh (VÖEN: **********) reyestr məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. Hüquqi şəxslərin reyestr məlumatlarına əsasən hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mkr, ev 22/51, mənzil 28 olan Cavabdeh təsisçisi və direktoru (qanuni təmsilçisi) X1r. Beləliklə, məhkəmə araşdırması zamanı işin müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə arasında bağlanmış 01.07.2019-cu il tarixli əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə işə qəbul edilmişdir. MMC-nin direktoru və qanuni təmçilçisi olan Vahid Həsənov 19.09.2019-cu il tarixdə ölmüş, 31.10.2019-cu il tarixdə MMC-nin fəaliyyəti dayandırılmışdır. Toplanmış sənədlərdən göründüyü kimi iddiaçının hazırki vaxtadək həmin Cəmiyyətdə mühasib vəzişəsində çalışdığı göstərilir. İddiaçı MMC-nin direktoru öldüyündən dəfələrlə müraciət etməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilmədiyini, işdən azad ola bilmədiyini və bu səbəbdən hüquqlarının məhdudlaşdığını iddia edir, iddia ərizəsinin məzmununda sadalanan əsaslara əsasən cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə verilməsini tələb edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyini nəticəni aşağıda şərh olunanlara əsaslandırır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (maddə 69.1). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (maddə 69.2) . 9-cu maddənin g) bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarındandır. İş üzrə tədqiq edilmiş sübutlardan göründüyü kimi işçi- araşdırılan mübahisə üzrə iddiaçı tərəfindən işəgötürənə – cavabdehə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 23.12.2021-ci il tarixdə müraciət edilsə də, hazırki vaxtadək əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməmişdir. Həmçinin işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, işəgötürən – Cavabdeh MMC-nin təsisçiçi və direktoru vəfat etmiş, MMC fəaliyyəti 31.10.2019-cu il tarixdən dayandırılmışdır. Qeyd olunan səbəbdən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi mümkünsüz olmuşdur. Göstərilən hal iddiaçının əmək hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə işin halların şərh olunan əmək qanunvericiliyinin göstərişlərinə uyğun olaraq qiymət verərək hesab edir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verilməsi üçün ondan asılı olan hərəkətləri yerinə yetirmişdir. Odur ki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən tərəflər arasında 01.07.2019-cu il tarixdə bağlanmış əmək müqavləsinə xitam verilmiş hesab edilməlidir. Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddənin h) bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. 49-cu maddəyə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.2-ci bəndinə əsasən Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericiliyin şərh olunan tələblərindən göründüyü kimi əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin vəzifəsi olmaqla, əmək müqaviləsinin xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd olunan vəzifə işəgötürənin səlahiyyətinə aid olmaqla, eyni zamanda “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh qismində çıxış edən – işəgötürən tərəfindən yuxarıdan sadalanan əsaslara görə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin daxil edilməsi mümkün olmadığından, bu vəzifənin həyata keçirilməsinin X5 Xidmətinə həvalə edilməsi işin faktiki hallarına uyğun, qanuni və əsaslıdır. Məhkəmə bütün bu göstərilənləri ümumiləşdirərək, həmçinin fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin edilməsinin əmək qanunvericiliyinin əsas vəzifəsi və prinsip olması ilə bağlı tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixdə bağlanmış, elektron informasiya sistemində xxxxxxx000200 nömrəsi ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X5 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixdə bağlanmış, elektron informasiya sistemində xxxxxxx000200 nömrəsi ilə qeydə alınmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X5 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1495/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1495/2022
18.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver