Məhkəmə qərarları › İş №2(060)-1498/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1498/2024

11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1498/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional "ASAN xidmət" X7 qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 25 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional "ASAN xidmət" X7 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulmağı, atası X11, anası isə X15 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X2, anası isə X10r. X2 xx.xx.2004-cü ildə, anası X15 isə xx.xx.2005 ci ildə vəfat edib. Qeyd edir ki, ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır və Ermənistanla müharibə şəraitində yaşayırıq. Doğum haqqında şəhadətnaməmin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Belə ki, o, ipoteka ilə ev almaq istəyir. Ona görə ondan həmin sənəd tələb olunur. O, həmin sənədi təqdim edə bilmədiyi üçün işlərini həll edə bilmir. Faktın müəyyən olunması ona ipoteka ilə ev almaq üçün lazımdır. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X7 müraciət etdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X4 cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional "ASAN XİDMƏT" X3 izah olunmuşdur ki, doğumun qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Onun xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonu anadan olmağı ona məxsus şəxsiyyət vəsiqəsi ilə öz təsdiqini tapır. Həmçinin atasının X18iu, anasının isə X15 olması qardaşlarına məxsus doğum haqqında şəhadətnamələrdə öz əksini tapır. Bundan əlavə o, qardaşlarının məhkəmə iclasında iştiraklarını təmin edəcək. Yuxarıda göstərdiklərinə əsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional "ASAN xidmət" X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. O, xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulub. Qardaşı ondan iki yaş balacadır, lakin birlikdə yaşayıb və böyüyblər. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçi onun qardaşıdır. O, xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulub. O, qardaşından 4 yaş böyükdür. X1, anaları isə X10r. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan İ-ZJ 223970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1972-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X2, anası isə X10r. İşdə olan AZ-İİ 399517 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2004-cü ildə Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 794 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan xidmət” X4 13 yanvar 2024-cü il tarixli, 3-16-5/8-1xx-xx/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan AZ-İİ 399518 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2005-ci ildə Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 124 nömrə ilə qeyd edilmişdir. İşdə olan İV SL 255262 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X2, anası isə X10r. İşdə olan İ ZJ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X2, anası isə X10r. Beləliklə, Ərizəçi xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X2, anası isə X10r. Bu fakt işdə olan sənədlər, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi, o cümlədən itirilmiş sənədin bərpası mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğulması faktı müəyyən olunsun. Ərizəçi doğum haqqında şəhadətnamə verilsin və doğum haqqında şəhadətnamədə ərizəçinin ata qrafasında X12, ana qrafasında isə X15 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar