Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1515/2021 28.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi doğumun qeydə alınma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 24 mart 2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olması barədə doğumun qeydə alınma faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının qızı Ağasənova Mələk 24.03.2019-cu il tarixdə ev şəraitində xəstəxanadan kənar doğulmuşdur. Hazırda tam sağlamdır və 2 saylı uşaq poliklinikasında qeydiyyatdadır. Ev şəraitində doğulduğu üçün ona vaxtında doğum haqqında şəhadətnamə alınmamışdır. Bu məqsədlə Sumqayıt “ASAN Xidmət” X7nə müraciət etmiş və həkim arayışı olmadığı üçün ona uşağın doğumunun qeydiyyatından və ona doğum haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ünvanlayaraq iclasların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X3 ifadə verərək bildirmişdir ki, qızı ev şəraitində uşağı dünyaya gətirmişdir. Həmin vaxt o və digər ailə üzvləri orada olmuşdur. Uşaq sağlam dünyaya gəlmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X6 ifadə verərək bildirmişdir ki, ərizəçi onun dayısı qızıdır. Uşaq anadan olanda o orada olmuşdur, uşağın sağlam dünyaya gəldiyini bildirdi. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X4 ifadə verərək bildirmişdir ki, ərizəçi onun yoldaşının bacısıdır. Uşaq anadan olanda orada olmuşdur, uşağın sağlam dünyaya gəldiyini bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan: - Sumqayıt “ASAN Xidmət” X7 tərəfindən verilmiş 30.11.2020-ci il tarixli, 05/Q-1847/15 nömrəli məktubdan görünür ki, X1 doğumunu təsdiq edən həkim arayışı təqdim olunmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Sumqayıt şəhər 2 saylı Uşaq poliklinikası tərəfindən Sumqayıt şəhər “ASAN Xidmət” Mərkəzinə ünvanlanmış 462 saylı, 20.11.2020-ci il tarixli arayışdan görünür ki, X2 təvəllüdü 24.03.2019-cu il, diaqnozu sağlamdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin 354 №-li canlı şəxsin ekspertizası ilə bağlı olan ekspert rəyindən görünür ki, ərizəçinin təqdim etdiyi X1 müəyyən edilmiş sümük yaşı 3-3,5 yaşa uyğun gəlir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin 07.09.2021-ci il tarixli 9/891 №-li məktubdan görünür ki, ata tərəf olmadığı üçün ekspertizanın bioloji səviyyədə keçirilməsi mümkün olmamışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, ərizəçinin ərizədə qeyd etdiyi X1 24.03.2019-cu il tarixdə və ərizəçi tərəfindən doğulması qeyri-müəyyəndir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5”nin 354 №-li canlı şəxsin ekspertizası ilə bağlı olan ekspert rəyində (tədqiqat 01.07.2021-12.07.2021-ci il tarixdə aparılmışdır, ərizəçinin qeyd etdiyi doğum təvəllüdü ilə götürəndə tədqiqat zamanı uşaq 2,3 yaşında olmuşdur) X1 müəyyən edilmiş sümük yaşı 3-3,5 yaşa uyğun gəldiyi göstərilmişdir. Ərizəçi hamiləlik dövründə hər hansı bir tibbi müayinədən keçməsi və ya tibb müəsissəsində qeydiyyata durması barədə sübut təqdim etməmişdir. Ərizəçiyə uşaqla birlikdə DNT ekspetizasından keçmək təklif edilsədə, o, maddi durumunu əsas gətirərək, məhkəmənin bu təklifini qəbul etməmişdir. Göründüyü kimi faktın müəyyən edilməsinə dair ərizəçi tərəfindən məhkəməyə yetərli sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən - Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4.2ci bəndində qeyd edilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: X1 24 mart 2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olması barədə doğumun qeydə alınma faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1515/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1515/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver