Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1517/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx xxxxxx 1970-ci ildə anadan olmuşdur. Digər Ərizəçi2 onun qızıdır. O, xx xxxx 1996-cı ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. Nuranəyə xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən 3833 №-li aktla doğum kağızı verilmişdir. Ailə daxili problemlərlə bağlı Nuranə İnternatda (uşaq evində) 1 il yaşamışdır. Ərizəçi1 5 il (2010-cu ildən 2015-ci ilədək) dustaq həyatı yaşadığından qızına şəxsiyyət vəsiqəsini almaq mümkün olmamışdır. Halhazırda Nuranəyə məxsus hüquqmüəyyənedici sənədləri əldə etmək üçün doğum haqqında şəhadətnamə tələb olunur. Hal-hazırda Nuranə qeyri-rəsmi olaraq X1 ilə nikaha girmişdir. Nikahlarını rəsmiləşdirmək üçün doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi tələb olunur. Bu səbəbdən də Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdirlər. Maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi özünün xx.xx.2020-ci il tarixli, 05/Q-2668/15 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında Ərizəçi2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçilərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin Ərizəçi1 göndərilən xx xxxxxx 2020-ci-ci il tarixli, 05/Q-2668/15 nömrəli məktubundan görünür ki, Ərizəçi1 vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya VVADQ orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında (ərizəçinin şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır) arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə yalnız vətəndaşlara şəxsiyyət vəsiqəsi əsasında verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İşdə olan sənədlərdən və işin hallarından müəyyən olunur ki, Ərizəçi1 doğum haqqında şəhadətnamə verilmiş, lakin o, həmin sənədi itirmişdir. Vətəndaş təkrar şəhadətnamə almaq üçün VVADQ orqanına müraciət etdikdə isə ona akt qeydinin bərpasının mümkün olmaması barədə deyil, şəxsiyyət vəsiqəsini təqdim etdikdə sözügedən sənədin verilə biləcəyi izah olunmuşdur. Buradan aydın olur ki, şəxs təkrar doğum haqqında şəhadətnamə almaq üçün müvafiq orqana şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Məhkəmə hesab edir ki, bu hal doğum akt qeydinin bərpasının mümkün olmaması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, şəxs inzibati orqanın hərəkət və qərarlarından narazı qaldığı halda, eləcə də təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həmin qurumun üzərinə qoyulması barədə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməli, ərizəçiyə inzibati orqanın hərəkət və qərarlarından aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 doğum akt qeydinin bərpa edilməsi və təkrar doğum haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ərizəçilərə inzibati orqanın hərəkət və qərarlarından aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1517/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1517/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver