Məhkəmə qərarları › İş №2(060)-1519/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1519/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1519/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanının torpaq sahəsində tikilmiş fərdi evə uşaqları ilə (xx xxxxxxxx 2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci təvəllüdlü X3) birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilərək, həmin mülki iş üzrə hazırlıq iclası xx xxxxxx 2021-ci il tarixinə, sonuncu məhkəmə baxış iclası isə xx xxxxxx 2021-ci il tarixinə təyin olunmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçınun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi evə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar