Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1522/2025 22.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh və ailə üzvləri uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən fərdi evə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da cavabdeh formal pasport qeydiyyatındadır. Lakin 15 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum atası X3 məxsus olan miras əmlak - Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən ümumi sahəsi 59,10 kv.m. olan fərdi ev tam payla ona məxsus olmuşdur. Lakin mənzildə formal qeydiyyatda olan cavabdeh 16 ildən çoxdur ki, bir gün də olsa burada yaşamamış, 15 yaşından, yəni 2008-ci ildən Abşeron rayon, Xırdalan şəhəri, Azmentonun yanında həyət evində yaşamağa başlamışdır. Cavabdehin 18 yaşı olanda hərbi xidmətlə əlaqədar Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69a onu müvəqqəti qeydiyyata salmış, lakin burada 1 gün də yaşamamış, Abşeron rayonunda yaşamaqda davam edərək sonradan ailə həyatı qurmuş və həyat yoldaşı, uşaqları ilə orada daimi yaşamaqda davam etmiş, bu evdə isə onun heç bir əmlakı və əlaqəsi olmamışdır. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.1967-ci il tarixdə vəfat etmiş atası X1 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və mən miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK- nin yanında DƏDRX-nin 2 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X.A.Nəcəfova verilmiş **********33-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X15 qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 59.1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. 03 noyabr 2021-ci il tarixdən də, Azərbaycan Respublikası ƏMDKY DƏDRX Sumqayıt Ərazi İdarəsinin Çıxarışına əsasən, göstərilən fərdi ev - Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69 - ümumi sahəsi 59,10 kv.m. olan ev, torpaq sahəsi 0,0247 ha olan, qeydiyyat nömrəsi: ********** əsasən, xüsusi mülkiyyət hüququ əsasında tam payla onun adına qeydiyyata alınmışdır. ( Reyestr nömrəsi - **********33 - 10301 ). Cavabdeh artıq çoxdan həmin evə faktiki yaşayış hüquqlarını itirmişdir. Lakin bununla belə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan həmin evə formal pasport qeydiyyatında qalmışdır. Belə ki, ona məxsus həmin evdə başqa şəxslər də formal qeydiyyatda olmuşlar. Qüvvədə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-358/2023 saylı qətnaməsinə əsasən, həmin cavabdehlərin - X5, X16, X12, X13, X17 və X8 onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən fərdi evə yaşayış hüquqları itirilmiş hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2( 105)-842/2023 saylı qətnaməsinə əsasən, cavabdeh X2 şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi X4 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin dövrdə o, həmin cavabdehlərlə birlikdə ona məxsus mənzildə formal pasport qeydiyyatında olan Cavabdeh da məhkəmə qətnaməsi ilə formal pasport qeydiyyatına xitam verdirə bilərdi. Lakin cavabdeh ondan xahiş elədi ki, Abşeron rayonunda yerləşən, yaşadığı özünə məxsus fərdi yaşayış evinin çıxarışı olmadığı üçün oraya qeydiyyata düşə bilmədikləri üçün müvəqqəti olaraq ona məxsus evdə müəyyən tarixə kimi qeydiyyatda qalmasına icazə verilməsini xahiş etdi. Ona görə də o, həmin dövrdə onu cavabdehlər sırasına daxil etməmişdir. Lakin ötən müddət ərzində o nəinki könüllü olaraq ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxmamış, əksinə hədə-qorxu gələrək həmin fərdi yaşayış evindən heç vaxt çıxmayacağını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə hesab edir ki, cavabdeh - evdən pasport qeydiyyatından üzürlü səbəblər olmadan çıxmamışdır. Yuxarıda göstərilənləri Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 oktyabr 2024-cü il tarixli, 5-6-5/2-125/2024 saylı məktubu və qonşuların iştirakı ilə tərtib olunmuş 02 oktyabr 2024-cü il tarixli aktı da bir daha təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 02 oktyabr 2024-cü il tarixli “Akf’dan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü ildə Abşeron rayonu Perekəşkül kəndində anadan olmuş Cavabdeh 2008-ci ildən yuxarıda göstərilən ünvanda yaşamır. Cavabdeh 16 ildən çoxdur ki, bir gün də olsa burada yaşamamış, 15 yaşından, yəni 2008-ci ildən daimi olaraq könüllü şəkildə və daimi yaşamaq üçün Abşeron rayon, Xırdalan şəhəri, Azmentonun yanında həyət evində yaşamağa başlamışdır və formal olaraq ona məxsus olan evdə qeydiyyatda qalmışdır. Cavabdeh ilə fərdi evin mülkiyyətçisi kimi aralarında həmin evdən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdehin onun mülkiyyətində olan evdən sərbəst şəkildə istifadə etmək hüququ məhdudlaşdırıldığından, cavabdehin mübahisəli evdən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından hesab edir ki, cavabdehin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Cavabdeh 16 ildən çoxdur ki, bir gün də olsa burada yaşamamış, 15 yaşından, yəni 2008-ci ildən daimi olaraq könüllü şəkildə və daimi yaşamaq üçün Abşeron rayon, Xırdalan şəhəri, Azmentonun yanında həyət evində yaşamağa başlamış, həmin fərdi yaşayış evində məskunlaşmış və hazırki günədək ailə üzvləri ilə birlikdə orada yaşayır. Bu hal da təsdiq edir ki, cavabdeh həmin mənzildə müvəqqəti deyil, daimi olaraq məskunlaşıb, hal-hazırda da ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, uzun müddət mübahisəli mənzildə deyil, özünə məxsus yaşayış sahəsində yaşaması sənədlər ilə təsdiq olunur. Hesab edir ki, daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmənin və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçmənin yalnız hər hansı rəsmi sənədlə təsdiq olunması tələb olunmur. Bu halın təsdiqi üçün digər sübutlar da yetərlidir. Hazırki işdə bu hal: iddia ərizəsinə əlavə etdiyim sənədlərlə təsdiq edilir. Cavabdehin 2008-ci ildən mübahisəli mənzildə yaşamaması, bu müddət ərzində mənzildən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsi, onun özünə məxsus yaşayış sahəsində yaşaması və mənzildə birdəfəlik məskunlaşması kimi qiymətləndirilməlidir. Cavabdehin mənzildə qeydiyyatda olması mənim öz mülkiyyətimdə olan evdən sərbəst şəkildə istifadəsinə maneə yaradır. Ona görə də, iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərdən belə məlum olur ki, cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən, fərdi evə olan hüquqlarını itirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə verərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, şəxs 15 yaşından həmin mənzili tərk edərək getmişdir. Bundan sonra Abşeron rayonunda qeyd olunan ünvanda sənədsiz evdə yaşayır. Ailə qurmuş və hazırda da 2 övladı vardır. Yoldaşı da İmişli rayonunda qeydiyyatdadır. Dəfələrlə ona formal pasport qeydiyyatından çıxması bildirilmişdir. Onun hər hansı bir əmlakı və ya hansısa bir hüququ qalmamışdır. Bu illər ərzində də yaşayış sahəsinə hər hansı iddia irəli sürməmişdir. Cavabdeh bildirir ki, nə qədər ki, ev almamış və adına ev və torpaq yoxdur, o müddət ərzində evdən çıxmayacaqdır. Həmin mənzil iddiaçının atasından qalmışdır. Əvvəllər də həmin mənzillə bağlı digər şəxslər qeydiyyatda olmuşlar. İddiaçının qardaşı, qardaşının yoldaşı və uşaqlarını məhkəmə qaydasında qeydiyyatdan çıxartmışlar. O zaman hal-hazırki cavabdehi ona görə çıxartmamışlar ki, cavabdeh özü çıxacağına söz vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə, dəfələrlə SMS qaydasında məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə vəfat etmişX1 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X.A.Nəcəfova verilmiş **********33-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X15 qəsəbəsi, Əliağa Vahid küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 59.1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X15 qəsəbəsi, ev 69 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021- ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Z.X.Dəmirova, İddiaçı, F.F.Dəmirzadə, A.A.Xasbulatlı, A.A.Xasbulatlı, Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69 3-də qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “akt”dan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Pereküşkül kəndində anadan olmuş xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh 2008-ci ildən yuxarıda göstərilən ünvanda yaşamır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər X5, X16, X12, X13, X17 və X8 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, ev 69-da yerləşən fərdi evə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər X5, X16, X12, X13, X17 və X6 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-842/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-358/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin X4 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - 03 yanvar 2025-ci il tarixli, **********41 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış məktuba cavabdan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanun üzrə vərəsəlik hüququ əsasında iddiaçının atasından ona qalmış, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış əsasında X15 qəsəbəsi, ev 69 İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh həmin ünvanda yaşamır.Məhkəmədən rəsmi qaydada məlumatlı olmasına baxmayaraq, tələbə münasibətdə etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Sumqayıt şəhəri, X15 qəsəbəsi, 69 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh əvvəllər mübahisəli mənzildə yaşasa da, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh 2008-ci ildən etibarən həmin mənzildə yaşamamışdır. İşin araşdırılan hallarına əsasən cavabdehin uzun müddətdir yaşamaması səbəbindən onun mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, cavabdeh artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən, iddia təmin olunmalı və Cavabdeh yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X14 ilə birlikdə X15 qəsəbəsi, ev 69-ə olan istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, dövlət rüsumu olaraq ödənilmiş 100 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bu Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X14 ilə birlikdə X15 qəsəbəsi, ev 69-ə istifadə hüququ itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1522/2025
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1522/2025
22.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver