Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1540/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 nömrəli Sumqayıt Peşə Liseyinin nümayəndəsi X9 və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh 3 nömrəli Peşə Liseyinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi üzrə mülki işə acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağını əsas tutaraq əvvəlki iş yerinə bərpa edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 2005-ci ildən Sumqayıt şəhər 3 №-li Sumqayıt Peşə Liseyində pedoqoji şura iclasının katibi vəzifəsində işləyirdi. İşlədiyi müddət ərzində işi ilə əlaqədar müdriyyətlə heç bir narazılığı olmamışdır. 2019- 2020-ci ilin tədrisinə qədər məktəbə yeni təyin olunmuş direktor vəzifəsini icra edən Sənan Xəlilov onunla intiriqa aparmağa başlamışdır. Belə ki, Pedoqoji şura iclaslarında olan hesabatları o, heç cür direktor əvəzindən ala bilmirdi. İstədikdə özün yaz deyirdi, o, da direktor işlərini bilmədiyi üçün hesabatları təbi olaraq hesabatı yaza bilmirdi. Ona görə də keçən tədris ilininin hesabatlarını yaza bilməmişdir. O, ixtisasına görə informatika dərsi də apara bilər. Keçən dərs ilində ona informatika dərsi verilmişdir. Bu ilin tədris ilində Sənan Xəlilov onunla tədris proqramlarını sentyabr ayında təsdiqləmişdir. Sentyabr ayında dərslərini keçməyə başlamışdır. Bunun müqavilində isə ona əmək haqqı yazılmamışdır. O, bunu Xəlilovdan soruşanda bildirmişdir ki, dərs keçməzdi. Pedoqoqa yaraşmayan bu tonla ona bu cavabı vermişdir. O, görmüşdür ki, müəssisə şəxsi münasibətlər çərçivəsində idarə olunur. Bundan sonra 14.09.2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin bundan onun oktyabr ayında xəbəri olmuşdur. Belə ki. 14.09.2020-ci il tarixdə 50 saylı əmrlə onu işdən azad etmişdir. O, işdən azad olmağını qanunsuz və əsassız hesab edir. Göstərilənləri nəzərə alaraq, onun işdən azad olunmağını əsas tutaraq əvvəlki iş yerinə bərpa edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 nömrəli Sumqayıt Peşə Liseyinin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddiaçıya işi ilə əlaqədar ixtisara düşməsi barədə həm rəsmi həmdə onlayn qaydada bildirilib. Lakin iddiaçı özü ərizəyə qol çəkməkdən imtina etmişdir. İddiaçıya iki ay qabaqcadan işdən azad olunacağı barədə məlumat verilmişdir. Lakin iddiaçının yaşadığı ünvanı bilmədikləri üçün ünvana rəsmi bildiriş göndərə bilməmişlər. İddiaçıya müddətli müqavilə ilə işləməsi təklif olunub, lakin o, bundan imtina etmişdir. Hazırda iddiaçının yerinə müddətli müqavilə ilə çalışan işçi götürülüb. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X12 bildirdi ki, iddiaçıya işdən azad olunması barədə xəbərdarlıq rəsmi göndərilməmişdir. Bu barədə heç bir rəsmi sənəd təqdim edilməyib, yəni bildirişin nömrəsi və rəsmi poçt sənədi yoxdur. Cavabdeh tərəf iddiaçının işdən çıxarılması barədə xəbərdarlığı iddiaçının iş stajına uyğun olaraq 9 həftə gözləyib sonradan ixtisara salmalı idi. Hazırda iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 nömrəli Sumqayıt Peşə Liseyinin nümayəndəsi X9 və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X10 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məçmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili Dövlət Agentliyi 3 №-li Sumqayıt Peşə Liseyinin 54 №-li, 14.09.2020-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, İddiaçı 3 №-li Sumqayıt Peşə liseyinin ixtisas fənn müəllimi ilə bağlanmış əmək müqaviləsinə 14.09.2020-ci il tarixindən xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi. İş materiallarında olan 3 №-li Sumqayıt Peşə liseyinin 11.07.2020-ci il tarixli “Akt”ın surətindən görünür ki, tədris istehalat işləri üzrə S.Xəlilov, tərbiyə işləri üzrə direktor müavini X.Zeynalova, böyük usta L.Namazova, Həmkarlar təşkilatının sədri A.Hümbətəliyeva, baş mühasib A.Kiçiknicat, müəllim Ş.Abdullayeva, istehsalat təlimi ustası L.Kamilova, istehsalat təlim ustaları S.Nəbiyeva, Z.Abdullayeva, müəllimlər A.Abdullayeva, A.İsmayılzadə və kitabxanaçı A.İsmayılova aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı həqiqətən 6 aylıq “komputer operatoru” qrupu formalaşdığı təqdirdə ona həmin ixtisas üzrə fəalliyyət göstərməsinə dair rəhbərlik tərəfindən təklif edildiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 3 №-li Sumqayıt Peşə liseyinin 14.07.2020-ci il tarixli “Akt”ın surətindən görünür ki, tədris istehalat işləri üzrə S.Xəlilov, tərbiyə işləri üzrə direktor müavini X.Zeynalova, böyük usta L.Namazova, Həmkarlar təşkilatının sədri A.Hümbətəliyeva, baş mühasib A.Kiçiknicat, müəllim Ş.Abdullayeva, istehsalat təlimi ustası L.Kamilova, istehsalat təlim ustaları S.Nəbiyeva, Z.Abdullayeva, müəllimlər A.Abdullayeva, A.İsmayılzadə və kitabxanaçı A.İsmayılova aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı həqiqətən 6 aylıq “komputer operatoru” qrupu formalaşdığı təqdirdə ona həmin ixtisas üzrə fəalliyyət göstərməsinə dair rəhbərlik tərəfindən təklif edildiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 3 №-li Sumqayıt Peşə Liseyinin İddiaçı ünvaladıqları 15.07.2020-ci il tarixli bildirişin surətindən görünür ki, 2020-2021-ci il tədris planına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il 19 may tarixli 64 №-li qərarı ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə liseyinin ümumi ştatlar üzrə” fəaliyyət göstərdikləri sahə (vəzifə) 14.09.2020-ci il tarixindən ixtisar edilir. Odur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən onunla bağlanmış Əmək müqaviləsinə xitam verilməsi gözlənilir. Əlavə olaraq, Azərbaycan Respublikasının əmək məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq əmək haqqı saxlanılmaqla iş günlərində iş axtarmaq üçün hər həftənin 5-ci günü ona icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 3№-li Sumqayıt Peşə Liseyinin 3№li Sumqayıt Peşə liseyinin Həmkarlar Təşkilatının sədri X4 ünvanladıqları 14.07.2020-ci il tarixli məktubun surətindən görünür ki, 2018/2019-cu tədris ilində ümumtəhsil informatika fənninin tədrisi (əsədbəyli Bəhruz müəllim yaşa görə pensiyaya getdikdən sonra) ixtisas fənn müəllimlərinə (İddiaçı, Aynurə İsmayılzadə) ümumtəhsil fənn müəllimi təyin edilmədən onlara tapşırılmışdır. Ancaq ümumtəhsil fənlərinin tədris edilməsi yalnız və yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən X7 keçmiş, fəaliyyətinə icazə verilmiş şəxs tərəfindən aparılmalıdır. Odur ki, adları qeyd edilən (İddiaçı, İsmayılzadə Aynurə) ixtisas fənn müəllimlərinin informatika fənnini tədris etmələri qanuna müvafiq hesab edilmir. Təhsil Nazirliyinin monitorinqi zamanı ortaya çıxacaq bu kimi halların məsuliyyətini nəzərə alaraq müvafiq qərar vermələrini xahiş edir. Əlavə olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 №li Sumqayıt Peşə liseyi üzrə tələbə qəbulu planına görə nəzərdə tutulmayan ixtisaslar üzrə fəaliyyət göstərən ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının da ixtisar edilməsi qaçılmazdır. Əks halda gələcəkdə ödənilən maliyyə vəsaitləri üzrə xərc maddələrinin pozulması baş verə bilər. Əlavə olaraq, ödənişli əsaslarla nəzərdə tutulan qruplar formalaşdığı təqdirdə ixtisasları uyğun olan şəxslərlə yenidən əmək müqaviləsi bağlanılması təklif edilmişdir. İş materiallarında olan 3 №li Sumqayıt Peşə liseyinin Həmkarlar Təşkilatının sədri Aynurə Hümbətəliyeva tərəfindən 3 №-li Sumqayıt Peşə liseyinin Tədris İstehsalat işləri üzrə direktor müavini, direktor vəzifələrini icra edən Sənan Xəlilova ünvanlanmış 15.07.2020-ci il tarixli məktubun surətindən görünür ki, informatika müəllimi Bəhruz Əsədbəyli yaşa görə təqaüdə getdikdən sonra, informatika fənninin tədrisi İddiaçı və X2 verilmişdir. Ancaq onların ümumtəhsil fənn müəllimi təyin edilməsi haqqında əmr aşkar edilməmiş və yaxud X7 keçmələri ilə bağlı heç razılıq və göstəriş müəyyən edilməmişdir. Odur ki, ümumtəhsil fənn müəllimləri üçün fəaliyyət mexanizmlərini nəzərə alaraq İddiaçı və X1 ixtisar edilməsinə etiraz etmirlər. Lakin Rəhbərlik olaraq onlara edilən təklifləri onların diqqətinə çatırdı. Müddətli əmək müqavilələri bağlamaq üçün müraciət etmələri tövsiyyə edilmişdir. Təkliflərin verilməsi ilə bağlı bildirişlərə İddiaçı və Sultanova İradə imza atmaqdan imtina etmişlər. İş materiallarında olan 3 №li Sumqayıt Peşə Liseyinin Həmkarlar Komitəsinin İclasının 15.07.2020-ci il tarixli Protokolunun surətindən görünür ki, kompyuter operatoru ixtisası üzrə istehsalat təlim ustası Kanilova Lalə, ixtisas fənn müəllimləri İddiaçı, İsmayılzadə Aynurə, Abdullayeva Aytəkin ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinin 70.b maddəsinə uyğun olaraq xitam verilməsi məqsədə uyğundur və etiraz etmirlər. Əgər ödənişli əsaslarla qruplar formalaşmarsa şəxslərin müraciətləri əsasında onlarla müqavilə bağlanması nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 3№-li Sumqayıt Peşə Liseyinin 3№li Sumqayıt Peşə liseyinin Həmkarlar Təşkilatının sədri X4 ünvanladıqları 25.08.2020-ci il tarixli məktubun surətindən görünür ki, 2018/2019-cu tədris ilində ümumtəhsil informatika fənninin tədrisi (əsədbəyli Bəhruz müəllim yaşa görə pensiyaya getdikdən sonra) ixtisas fənn müəllimlərinə (İddiaçı, Aynurə İsmayılzadə) ümumtəhsil fənn müəllimi təyin edilmədən onlara tapşırılmışdır. Ancaq ümumtəhsil fənlərinin tədris edilməsi yalnız və yalnız Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən X7 keçmiş, fəaliyyətinə icazə verilmiş şəxs tərəfindən aparılmalıdır. Odur ki, adları qeyd edilən (İddiaçı, İsmayılzadə Aynurə) ixtisas fənn müəllimlərinin informatika fənnini tədris etmələri qanuna müvafiq hesab edilmir. Təhsil Nazirliyinin monitorinqi zamanı ortaya çıxacaq bu kimi halların məsuliyyətini nəzərə alaraq müvafiq qərar vermələrini xahiş edir. Əlavə olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 3 №li Sumqayıt Peşə liseyi üzrə tələbə qəbulu planına görə nəzərdə tutulmayan ixtisaslar üzrə fəaliyyət göstərən ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının da ixtisar edilməsi qaçılmazdır. Əks halda gələcəkdə ödənilən maliyyə vəsaitləri üzrə xərc maddələrinin pozulması baş verə bilər. Əlavə olaraq, ödənişli əsaslarla nəzərdə tutulan qruplar formalaşdığı təqdirdə ixtisasları uyğun olan şəxslərlə yenidən əmək müqaviləsi bağlanılması təklif edilmişdir. İş materiallarında olan 3 №li Sumqayıt Peşə liseyinin Həmkarlar Təşkilatının sədri Aynurə Hümbətəliyeva tərəfindən 3 №-li Sumqayıt Peşə liseyinin Tədris İstehsalat işləri üzrə direktor müavini, direktor vəzifələrini icra edən Sənan Xəlilova ünvanlanmış 13.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, informatika müəllimi Bəhruz Əsədbəyli yaşa görə təqaüdə getdikdən sonra, informatika fənninin tədrisi İddiaçı və X2 verilmişdir. Ancaq onların ümumtəhsil fənn müəllimi təyin edilməsi haqqında əmr aşkar edilməmiş və yaxud X7 keçmələri ilə bağlı heç razılıq və göstəriş müəyyən edilməmişdir. Odur ki, ümumtəhsil fənn müəllimləri üçün fəaliyyət mexanizmlərini nəzərə alaraq İddiaçı və X1 ixtisar edilməsinə etiraz etmirlər. Lakin Rəhbərlik olaraq onlara edilən təklifləri onların diqqətinə çatırdı. Müddətli əmək müqavilələri bağlamaq üçün müraciət etmələri tövsiyyə edilmişdir. Təkliflərin verilməsi ilə bağlı bildirişlərə İddiaçı və Sultanova İradə imza atmaqdan imtina etmişlər. İş materiallarında olan 3 №-li Sumqayıt Peşə liseyinin 14.09.2020-ci il tarixli “Akt”ın surətindən görünür ki, tədris istehalat işləri üzrə S.Xəlilov, tərbiyə işləri üzrə direktor müavini X.Zeynalova, böyük usta L.Namazova, Həmkarlar təşkilatının sədri A.Hümbətəliyeva, baş mühasib A.Kiçiknicat, müəllim Ş.Abdullayeva, istehsalat təlimi ustası L.Kamilova, istehsalat təlim ustaları S.Nəbiyeva, Z.Abdullayeva, müəllimlər A.Abdullayeva, A.İsmayılzadə və kitabxanaçı A.İsmayılova aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı həqiqətən 6 aylıq “komputer operatoru” qrupu formalaşdığı təqdirdə ona həmin ixtisas üzrə fəalliyyət göstərməsinə dair rəhbərlik tərəfindən təklif edildiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 3 №-li Sumqayıt Peşə liseyinin 14.09.2020-ci il tarixli “Akt”ın surətindən görünür ki, tədris istehalat işləri üzrə S.Xəlilov, tərbiyə işləri üzrə direktor müavini X.Zeynalova, böyük usta L.Namazova, Həmkarlar təşkilatının sədri A.Hümbətəliyeva, baş mühasib A.Kiçiknicat, müəllim Ş.Abdullayeva, istehsalat təlimi ustası L.Kamilova, istehsalat təlim ustaları S.Nəbiyeva, Z.Abdullayeva, müəllimlər A.Abdullayeva, A.İsmayılzadə və kitabxanaçı A.İsmayılova aktı tərtib edirlər ondan ötrü ki, İddiaçı həqiqətən 6 aylıq “komputer operatoru” qrupu formalaşdığı təqdirdə ona həmin ixtisas üzrə fəalliyyət göstərməsinə dair rəhbərlik tərəfindən təklif edildiyini öz imzaları ilə təsdiq etmişlər. İddiaçı və İradə Sultanova imzalamaqdan imtina etmişlər. İş materiallarında olan 3 №-li Sumqayıt Peşə liseyinin 16.09.2020-ci il tarixli “Akt”ın surətindən görünür ki, tədris istehalat işləri üzrə S.Xəlilov, tərbiyə işləri üzrə direktor müavini X.Zeynalova, böyük usta L.Namazova, Həmkarlar təşkilatının sədri A.Hümbətəliyeva, baş mühasib A.Kiçiknicat, müəllim Ş.Abdullayeva, istehsalat təlimi ustası L.Kamilova, istehsalat təlim ustaları S.Nəbiyeva, Z.Abdullayeva, müəllimlər A.Abdullayeva, A.İsmayılzadə və kitabxanaçı A.İsmayılova aktı tərtib edirlər ondan ötrü ki, vəzifələri üzrə ixtisar edilmiş Aynurə İsmayılzadə, İddiaçı, Aytəkin Abdullayeva, Lalə Kamilovaya ödənişli əsaslarla “Kompüter operatoru” ixtisasları üzrə uyğun olaraq fəaliyyət göstərmələri üçün rəhbərlik tərəfindən təklif edildiyini öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 3№li Sumqayıt Peşə Liseyinin 20202021-ci tədris ili üçün 14.09.2020-ci il tarixli mövzu təqvim planının surətindən görünür ki, fənn müəllimi olaraq İddiaçı İnformatika fənni üzrə dərs saatları ayrılmışdır. Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə bəyan edildiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın maddələrinin pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir («Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 fevral 2005-ci il tarixli qərarı). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuz hüquq və azadlıqlara qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı). Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.Ə.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı). Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutlara, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, işçilərlə işəgötürüənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçiişəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 11-ci maddəsinin «ə» bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Cavabdeh tərəfindən işçilərin sayının azaldılması Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinə də uyğun olmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara və xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə işdə saxlanmasına üstünlük verir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçının himayəsində iki azyaşlı uşaqları var. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidi: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. İş materiallarından göründüyü kimi işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq qanunla nəzərdə tutulmuş müddətlərdə rəsmi xəbərdar edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş bildirişin surətində bildirişin nömrəsi qeyd edilməmiş və iddiaçıya işdən azad olunma barədə bildirişin rəsmi göndərilməsini və bu sənədin qeydiyyata alınmasını sübut edəcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, əmrin ləğv edilməsi əsaslarının qanunsuz olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmasını yetərli hesab edir və cavabdehin etirazında istinad etdiyi hallara hüquqi qiymət verilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı- seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X6 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək müqavilələrinə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi ilə tənzimlənir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarında görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Avropa Sosial Xartiyası”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1ci hissəsinin 2-ci bəndinə əsasən, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, 3 nömrəli Sumqayıt Peşə Liseyinin direktoru vəzifəsini müvvəqəti icra edən Xuraman Zeynalovanın 14 sentyabr 2020-ci il tarixli, 54 nömrəli əmri ləğv edilməli, İddiaçı 3 nömrəli Sumqayıt Peşə Liseyinə əvvəlki dərs yükü ilə əvvəlki vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 3 nömrəli Sumqayıt Peşə Liseyinin direktoru vəzifəsini müvvəqəti icra edən Xuraman Zeynalovanın 14 sentyabr 2020-ci il tarixli, 54 nömrəli əmri ləğv edilsin. İddiaçı 3 nömrəli Sumqayıt Peşə Liseyinə əvvəlki dərs yükü ilə əvvəlki vəzifəsinə bərpa edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1540/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1540/2021
29.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver