Məhkəmə qərarları › İş №2(060)-1572/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1572/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1572/2021 28.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin rəisi Təranə Novruzovanın iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, oğlu X4 xx.xx.1971-ci ildə Laçın rayonunun Dəyhan kəndində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması, atası “X7”, anası “Ərizəçi” olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, o, 1938-ci ildə Laçın rayonu, Dəyhan kəndində anadan olmuşdur. Laçın rayonu, Mığıdərə kəndində qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhəri, “Sarıqaya” qəsəbəsində yerləşən “Aliminium” pioner düşərgəsində yaşayır. O, X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə, nikahdan üç övladı dünyaya gəlmişdir. Həyat yoldaşı X7 xx.xx.2009-cu ildə vəfat etmişdir. Qeyd edir ki, X8 onun oğludur. Oğlu, xx.xx.1971-ci ildə Laçın rayonu, Dəyhan kəndində anadan olmuş, atası X7, anası isə odur. xx xxxxxx 1994-cü ildə isə oğlu şəhid olmuşdur. X3 məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədlərində oğlu Talehin doğumunun qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Qeyd edir ki, faktın müəyyən olunması ona şəhid ailəsi üzvü kimi imtiyazlardan istifadə etmək üçün lazımdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Sumqayıt şəhər Qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin rəisi Təranə Novruzova məhkəmə iclasında göstərdi ki, ərizəçinin 1971-ci ildə Laçın rayon Mığıdərə icra nümayəndəliyində qeydə alınmış X4 doğumu haqqında arayışın istənilməsi barədə müraciətinə baxılmış, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılmış və X4 adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Ərizəçinin təqdim etdiyi sənədlərdə ziddiyyət olduğundan və dəyişiklik etmək üçün kifayət qədər əsas tədqim edə bilmədiyindən, şəxsin eyniliyi faktının müəyyən edilməsi və ya X12 doğum haqqında akt qeydinin bərpa olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.3-cü maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Ərizəçi XX.XX.1938-ci il tarixdə Laçın rayonu, Dəyhan kəndində anadan olmuş və Laçın rayonu, Mığıdərə kəndində qeydiyyatdadır. İş materiallarında olan İ-ИE №-337054 saylı evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 oğlu ilə Ərizəçi xx xxxx 1962-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 04 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş ərizəçinin oğlanları Valeh Cabbarov və Bəhlul Cabbarova məxsus doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, həmin şəhadətnamələrin ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 1994-cü il tarixli, İİ ЖГ-№ 455133 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X8 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarında olan mərhum X5 məxsus xidməti uçot kartasının surətindən görünür ki, onun həmin kartada təvəllüdü xx.xx.1971-ci il, doğum yeri Laçın rayonu, Dəyhan kəndi, atası Cəmil Cabbarov, anası isə Tamara Məstəliyeva kimi qeyd edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkündür. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 407 nömrəli arayışdan görünür ki, Ərizəçi məcburi köçkündür və “Sarıqaya” qəsəbəsində yerləşən “Alminiumçu” düşərgəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli, 05/2-336/69 nömrəli məktubundan görünür ki, Laçın rayon qeydiyyat şöbəsi, Mığıdərə icra nümayəndəliyi 1968-1974-cü illər, 1972-1974-cü illər, 1980-1986-cı illər üzrə bərpa akt qeydləri üzrə Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və xx.xx.1971-ci il təvəllüdlü “X8" adlı şəxsin doğumunun qeydə alınması halı müəyyən edilməmişdir. Laçın rayon Mığıdərə icra nümayəndəliyində xx xxxxxx 1971-ci il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydləri nəzərdən keçirilərkən xx.xx.1971-ci il təvəllüdlü X6 barəsində tərtib edilmiş akt qeydi aşkar olunmuşdur. Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q-2902/15 saylı məktubdan görünür ki, ərizəçinin 1971-ci ildə Laçın rayon Mığıdərə icra nümayəndəliyində qeydə alınmış X4 doğumu haqqında arayışın istənilməsi barədə müraciətinə baxılmış, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılmış və X4 adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Ərizəçinin təqdim etdiyi sənədlərdə ziddiyyət olduğundan və dəyişiklik etmək üçün kifayət qədər əsas tədqim edə bilmədiyindən, şəxsin eyniliyi faktının müəyyən edilməsi və ya X12 doğum haqqında akt qeydinin bərpa olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin araşdırılan hallarından və iş materiallarına əsasən sübuta yetirilmişdir ki, ərizəçinin mərhum oğlu X8 həqiqətən xx.xx.1971-ci ildə Laçın rayonunun Dəyhan kəndində anadan olmuş, atası “X7”, anası isə “Ərizəçi”dır. Eyni zamanda, müəyyən olunmuşdur ki, ərizəçi oğlunun doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, ərizəçinin mərhum oğlu X4 doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi «xx.xx.1971-ci il», doğulduğu yer «Laçın rayonu, Dəyhan kəndi», atasının adı qrafasında “X7”, anasının adı qrafasında isə “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1971-ci il tarixdə Laçın rayonunun Dəyhan kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə X1, adı və atasının adı “X8”, doğum tarixi «xx.xx.1971-ci il», doğulduğu yer «Laçın rayonu, Dəyhan kəndi», atasının adı qrafasında “X7”, ana qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar