Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1586/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh və X40 oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X6, X20, X13, X14, X28, X15, X34 və X24 qarşı Sumqayıt «ASAN xidmət» mərkəzini üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması və əmlak bölgüsü” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt «ASAN xidmət» mərkəzini üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “ASAN xidmət” mərkəzi Notariat Kontorunun xx xxxxxx 2016-cı il tarixli 4Ə-613 reyestr nömrəli və xx xxxxxx 2018-ci il tarixli 4Ə-4504 reystr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının razılığı ilə X7, X21, X16, X17, X29, X18, X35, X25 başqa cavabdehlər qismində işə cəlb etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək məhkəmə prosesinin gedişatı dövründə mübahisə predmeti olan torpaq sahəsininin başqa şəxslərə verilməsi barədə alqı-satqı müqavilələrinin etibarsız hesab olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh keçmiş həyat yoldaşıdır. Onlar xx xxxxx 2007-ci il tarixdə nikaha daxil olub evləndikdən sonra iddiaçı ünvan 1 5/1 ünvanına gəlin köçmüş və həmin ünvanda 10 il ərzində yaşamışlar. Cavabdeh ilə aralarındakı nikah Qubadlı rayon Məhkəməsinin 2(028)-380/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Aralarında hər hansı formal müqavilə olmamış və birgə nikah dövründə əldə olunacaq əmlaka dair paylar razılaşdırılmamışdır. Birgə nikah dövründə yəni xx xxxxxx 2010-cu il tarixdə ünvan 3 ünvanında 6,065 ha digər təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Lakin xx xxxxxx 2016-cı il tarixli 4Ə-613 reystr nömrəli bağışlama müqaviləsinə əsasən 6,065 ha digər təyinatlı torpaq sahəsi üzərində hər biri 1/7 hissə olmaqla xx xxxx 2016-cı il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra nikahın pozulmasına dair Qubadlı rayon Məhkəməsinin 2(028)-380/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən sonra onun razılığı olmadan xx xxxxxx 2018-ci il tarixli, 4Ə-4504 saylı bağışlama müqaviləsinə əsasən həmin əmlak bağışlanaraq X9 və beş nəfər payçının adına özgəninkiləşdirilmişdir. Buna görə hesab edir ki, xx xxxxxx 2016-cı il tarixli 4Ə-613 reyestr nömrəli, xx xxxxxx 2018-ci il tarixli 4Ə-4504 reystr nömrəli bağışlama müqavilələri etibarsız hesab edilməli, həmin müqavilələr əsasında verilmiş çıxarışlar ləğv edilməli və birgə nikah dövründə əldə olunmuş əmlak olaraq bölünməlidir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdehlə birgə nikah dövründə mübahisə predmeti olan torpaq sahəsi əldə edilmişdir. Natiq 2007-2010-cu illərdə təhsil almış, rəsmi işləməsə də atasının yanında biznes fəaliyyəti ilə məşğul olmuşdur. Torpaq sahəsini də öz gəliri hesabına əldə etmişdir. İddiaçı həmçinin göstərd ki, 2016-cı il tarixdə torpaq sahəsinin bağışlanması ilə bağlı ərizələri ola bilər ki, o, imzalamış olsun, lakin xatırlamır, notariat kotoruna getməyib. Ərizələrdə onun fotoşəklinin əks olunmasının səbəbini izah edə bilmir. Torağın qalan hissəsinin bağışlanmasını isə 2019-cu ilin sonunda bilmiş, həmin vaxtda məhkəməyə ərizə ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh və X9 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2018-ci il tarixli 380 saylı məhkəmə qətnaməsi əsasında tərəflər arasında nikah pozulmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsi ilə müəyyən olunmuşdur ki, hazırkı İddiaçı (Mustafayeva) 2017-ci ildən etibarən iki uşaqla birlikdə atası evinə (Sumqayıt şəhərinə) qayıdıb və orada yaşayır. Tərəflər arasında nikah və ər-arvad münasibətləri faktiki olaraq 2017-ci ilin payızından etibarən pozulmuşdur. İddiaçının yanvar 2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbi üzrə mübahisələndirdiyi 2016 və xx.xx.2018-ci il tarixli müqavilələrin etibarsızlığına münasibətdə iki əsasdan iddia rədd olmalıdır. Belə ki, iddiaçının notariat razılığı olduğu halda qəsdən razılığını danmağa cəhd göstərməsinin əsassızlığı və iddia müddəti tətbiqi baxımından. Eləcə də əmlak birgə nikahda olduğu müddətdə alınmalıdır və əmlak ərarvadın ümumi gəlirləri hesabına alınmalıdır. Cavabdeh - orta ümumtəhsil məktəbini bitirdikdən sonra, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetin tələbəsi olmuşdur. Bu müddət ərzində heç bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. Cavabdeh xx.xx.2003-xx.xx.2003-cü il-tarixlərdə Moskva şəhərində qaraciyər əməliyyatı olmuş, öd kisəsi (xaric edilmişdir) götürülmüşdür. Cavabdeh hərbi biletin surətindən və “səhhətinin müayinə edilməsi” barədə 044 saylı aktdan görünür ki, mart 2005-ci ildən etibarən xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilmişdir. Cavabdeh 2006-cı ildə Bakı Dövlət Üniversitetin “hüquq” fakültəsinin bakalavr səviyyəsinə qəbul edilmişdir. Universiteti 2010-cu ildə bitirməli olduğu halda, səhhətində yaranmış problemlər və sair səbəblərə görə, universitetdə 2010-cu ilin dərs və imtahan proseslərində iştirak edə bilməmişdir. Həmin il universitetdə tədrisdə iştirak etmədiyi səbəbindən-universitetdən xaric edilmişdir. 2014-cü ildə universitetə bərpa olunmuş və 2015-ci ildə universiteti bitirmişdir. Cavabdeh keçmiş həyat yoldaşı hazırkı mülki iş üzrə iddiaçı Y.Mustafayevada torpaq sahəsi Natiqin adına rəsmiləşdirilərkən tələbə olmuşdur. Eyni zamanda mübahisələndirilən torpaq sahəsinin məxsus olduğu “xxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2010-cu il tarixli “qiymətli kağız sahiblərinin Reyestri”ndən görünür ki, Cavabdeh bu torpağın balansında olduğu bu müəssisə ilə heç bir əlaqəsi olmamış - həmin müəssisədə əmək fəaliyyəti göstərməmişdir. Səhmdar Cəmiyyətin səhmdarları etibar göstərərək öz aralarında ümumi razılığa gəlmişlər ki, ilkin olaraq səhmdar X8 Mustafayevin adına bütün torpaq sahəsi vahid formada özəlləşdirilsin. Səhmdarlar torpağın özəlləşdirilməsi üçün, dövlətə ödənilməli olan pul vəsaitlərini razılaşmalarına uyğun olaraq, torpaq sahibləri özləri müvafiq qaydada ödəmişlər. Yəni Cavabdeh heç-bir yerdə işləmədiyi üçün, eyni zamanda, həmin vaxt tələbə olduğu üçün heç bir gəliri olmamışdır. Yalnız səhmdar atası Məhəmmədin təklifi əsasında razılığı olmuşdur ki, səhmdar cəmiyyətin səhmdarları öz torpaqlarını ilkin olaraq bütövlükdə Natiqin adına özəlləşdirsinlər. Ödənişləri də həmin səhmdarlar icra etsinlər. Bu razılaşma şərtlərinə uyğun olaraq, 2010-2019-cu illər dövründə faktiki olaraq Natiqə məxsus olmayan - əslində digər şəxslərə məxsus olan torpaq sahələri həmin şəxslərin adlarına Natiq tərəfindən keçirilmişdir. Həmin torpaq mülkiyyətçilərin istəklərinə uyğun olaraq, Cavabdeh həyat yoldaşı Yaqut Mustafayeva torpaq sahələrinin öz faktiki sahiblərinin adlarına qaytarılması məqsədilə, Cavabdeh tərəfindən torpaqların həmin şəxslərə bağışlanmasına dair Notariat qaydada təsdiq olunmuş razılıq ərizələri 2016-cı ildə rəsmiləşdirilmişdir. Hazırkı mülki iş üzrə iddiaçı 2010cu ildə və 2016-cı ildən etibarən bildirmişdir ki, qeyd olunan torpaq sahələrinin Cavabdeh heç bir aidiyyatı olmamışdır. Torpaq sahəsi formal olaraq onun adma rəsmiləşdirilib. Cavabdeh razılığı və atasının təminatı əsasında faktiki olaraq “xxxxxxxxxxxxx” ASC-nin səhmdarlarına məxsus olmuş torpaq sahələri sonrakı illərdə - həmin səhmdarların adlarına qaytarılmışdır. Natiqin öz üzərinə götürdüyü bu öhdəliyə uyğun olaraq, sonrakı illərdə torpaq sahələrini əsil sahiblərinin adlarına bağışlama müqaviləsi əsasında qaytarmışdır. Həmin şəxslərə torpaq sahələrin qaytarılmasından və qaytarmalı olması faktından Cavabdeh keçmiş həyat yoldaşı Y.Mustafayeva həmin vaxtlarda (2010-2016-cı illərdə) məlumatlı olmuşdur. Torpaq sahələrin Natiq Mustafaayevin vəsaiti hesabına deyil, torpaqların həqiqi sahiblərin vəsaiti hesabına Natiqin adına formal olaraq alınması faktından Yaqut Mustafayeva ilk günlərdən məlumatlı olmuşdur. Torpaq sahəsi birgə nikah dövründə Cavabdeh adına rəsmiləşdirilmiş, lakin birgə gəlir hesabına alınmamışdır. Natiqin və Yaqutun gəliri olmamışdır. 2016-cı ildə yazılı razılıq ərizələri təqdim etdiyi vaxtda da, bu torpaq sahələrinin Natiqin adından çıxarılaraq əsil sahiblərin adlarına qaytarılması faktından məlumatlı olmuş və bilmişdir. Yalnız Cavabdeh ilə boşandıqdan sonra aralarında yaranmış gərginlik və münaqişədən sonra, hazırkı iddianı məhkəməyə təqdim etmişdir. Hətta 2016-cı il tarixdə notariat qaydada təsdiq olunmuş ərizələrin ona aid olmadığını bildirməyə cəhd göstərir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixli bağışlama müqavilələrin etibarsızlığı barədə iddia tələbi ilə əlaqədar, məhkəməyə təqdim olunmuş “iddia müddətin tətbiqi barədə” ərizəni, habelə AR Ailə Məcəlləsinin 32-ci maddəsini rəhbər tutaraq, Cavabdeh 2001-2010-cu illərdə tələbə olmaqla heç bir gəliri olmadığı üçün, torpaq sahəsinin balansında olduğu özəlləşdirilən müəssisənin yerləşdiyi torpaq sahəsi olduğu üçün və bu müəssisədə Cavabdeh heç bir əmək və sair münasibətində olmadığı səbəbindən, torpaq sahəsinin həqiqi mülkiyyətçilərin (səhmdarların) yalnız qarşılıqlı etibar əsasında formal olaraq torpaq sahəsi Natiqin adına (2010-cu ilə qədər) rəsmiləşdirilmişdir. Torpaq sahəsi Cavabdeh, yaxud Yaqut Mustafayevanın hər hansı gəliri hesabına alınmamışdır. Bu əmlaklar nikah dövründə Cavabdeh adına formal olaraq rəsmiləşdirilmişdir. Torpaq sahəsinin alınması məqsədilə Cavabdeh tərəfindən hər hansı bir vəsait ödənilməmişdir, yəni onun nikah münasibətdə olduğu dövrdə - ümumi gəliri (işləmədiyi üçün və adına torpaq sahəsi rəsmiləşdirilərkən tələbə olduğu üçün) olmadığı üçün, bu torpaq sahəsi onların ailəsinin ümumi gəliri hesabına alınan əmlak hesab edilə bilməz. Çünki Natiq səhmdar olmamış, həmin torpaqların alınması üçün heç bir ödəniş etməmiş və ödəniş etmək üçün pul vəsaiti olmamışdır. Eləcə də xx xxxxxx 2020-ci il tarixdə X26 əvvəlcədən ona məxsus olan torpaq sahəsinin 44 sot hissəsini, yəni 0,4425 ha ölçüdə torpaq sahəsini alıcı X20 notariat qaydada satmışdır. Alıcı ona lazım olan həcmdə satıcıdan torpaq almağa razılaşmış, eyni zamanda torpaq sahəsi yerləşdiyi sahələr üzrə bölgüsünə əsasən əvvəlcədən Məhəmməd Mustafayevin payına düşən hissə ünvan 4 ünvanı səmtində olan torpaq sahəsi olmuşdur. İddiaçının cavabdeh kimi göstərdiyi X30, məhz əvvəlcədən X9 1/7 hissədə pay hissəsinə aid olmuş 1,011 ha ölçüdə torpaq sahəsindən 0,44ha ölçüdə sahəni, xx.xx.2020-ci il tarixdə AM-İ ******* saylı “alqı-satqı müqaviləsi” əsasında satın almışdır. Beləliklə, iddiaçının sonradan cavabdeh kimi qeyd etdiyi və iddia tələbinin həcmini artırmaqla X19 cavabdeh göstərməsi məqsədli olmaqla yanaşı əsassızdır. X46 satın aldığı 44 sot torpaq sahəsi əvvəlcədən 2016-cı ildən Məhəmməd Mustafayevin mülkiyyətində olmuş bir hektar torpaq payına aid olan hissədir. 2018-ci ildə M.Mustafayevin adında olmuş və iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin N.Hacıyevə satılmış torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Bu baxımdan N.Hacıyevə münasibətdə iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən iddia rədd olunmalıdır. Eyni zamanda bu şəxs tərəflər arasında hər hansı bir mübahisədən kənar olmaqla vicdanlı alıcıdır. Əsas məsələ ondan ibarətdir ki, N.Hacıyevə satılmış torpaq sahəsi əvvəlcədən ASC-nin səhmdarı olmuş 2018-ci ilə qədər Məhəmməd Mustafayevə məxsus olmuş torpaq sahəsi olmaqla mübahisə tərəflərinə hər hansı bir aidiyyatı yoxdur. İddiaçının digər bir vicdanlı alıcı X4 cavabdeh göstərməsidə məqsədlidir. Belə ki, xx.xx.2020-ci il tarixdə əvvəlcədən 1,0108 ha ölçüdə torpaq sahəsinin mülkiyyətçisi (1/7 hissədə) olmuş, X39 özünə məxsus olan pay torpağın 0,43 ha ölçüdə hissəsini notariat müqavilə əsasında alıcıya satmışdır. Alıcının adına həmin torpaq sahəsinə münasibətdə xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh kimi göstərilmiş X30 və X10 torpağın qanuni sahibləri olmuş X9 1/7 pay hissəsindən bir hissəsinin və digər alıcı isə X31 1/7 pay hissəsindən bir hissəni müqavilə əsasında dəyərini ödəməklə aldıqlarından və bu iki alıcının aldığı torpaq sahəsinin ilkin Cavabdeh heç bir aidiyyatı olmaması nəzərə alınmaqla bu şəxslərə qarşı irəli sürülmüş tələblər əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1586/2020 saylı, xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X37 xx xxxxxx 2020-ci il tarixli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanında 6,065ha torpaq sahəsi Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-613 reyestr nömrəli xx.xx.2016cı il tarixli bağışlanma müqaviləsi əsasında paylı mülkiyyət hüququ üzrə hər biri 1/7 hissə olmaqla Cavabdeh, X9, X31, X22, X11, X12 və X27 adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-4504 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında paylı mülkiyyət hüququ üzrə 3/14 hissə X9, 3/14 hissə X31, 2/14 hissə X22, 2/14 hissə X11, 2/14 hissə X12, 2/14 hissə X27 olmaqla qeydiyyata alınmış və dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notraiusu tərəfindən təsdiq edilmiş 3M-1307 reyestr nömrəli xx.xx.2019-cu il tarixli paylı mülkiyyətdə olan payların müəyyən edilməsi barədə müqavilə əsasında paylı mülkiyyət hüququ üzrə X22 1,0108 ha, X11 1,0108 ha, X12 1,0108 ha, X27 1,0108 ha, X9 1,011ha, X31 1,0108 ha olmaqla qeydiyyata alınmış və dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-337 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli və 4Ə-343 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri əsasında paylı mülkiyyət hüququ üzrə X11 1,0108 ha, X12 1,0108 ha, X27 1,0108ha, X22 1,0108 ha, X9 0,5685ha, X31 0,5758 ha olmaqla qeydiyyata alınmışdır. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri, Kimyaçılar qəsəbəsi, İnşaatçılar küçəsi 152 ünvanında yerləşən ümumi sahəsi 6,065 ha torpaq sahəsinin ona məxsus olan 1,011 ha hissəsini 100.000 manata X2. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 şəhəri, Kimyaçılar qəsəbəsi, İnşaatçılar küçəsi 152 ünvanında yerləşən ümumi sahəsi 6,065 ha torpaq sahəsinin ona məxsus olan 1,0108ha hissəsini 90000 manata X1. X23 tərəfindən xx.xx.2016-cı ildə verilmiş ərizələrdən görünür ki, ünvan 3 ünvanında 6,065 ha torpaq sahəsinin Cavabdeh tərəfindən 1/7 hissədə paylarının X14, X34, X24, X13, X15 və X28 bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, X23 ilə Cavabdeh arasında Qubadlı rayon Qeydiyyat Şöbəsində bağlanmış və xx.xx.2007ci il tarixli 67 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı və cavabdeh Natiq Musatafayev arasında xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlanmaqla hüquq və vəzifələr yaranmış, xx xxxxxx 2018-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı mübahisə predmetini təşkil edən torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyini və ümumi birgə mülkiyyətləri olaraq paylarının bölünməsini, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə səbəb olan bağışlama və alqı-satqı müqavilələrinin bağlanmasına razılığı olmadığını iddia edir, etibarsız hesab edilməsini tələb edir. Məhkəmə mübahisənin düzgün həlli üçün hesab edir ki, ilk öncə ailə qanunvericiliyinin tələbləri baxımından ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun nədə ifadə olunduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1) əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2) əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edildi ki, mübahisələndirilən torpaq sahəsi Cavabdeh tərəfindən 2009-cu il tarixdə, yəni tərəflərin birgə nikahda olduqları müddətində əldə edilmişdir. Lakin göründüyü kimi əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün sadalanan şərtlərin hər ikisinin eyni zamanda mövcud olması tələb olunur. Məhkəmə araşdırması zamanı ikinci şərt - həmin torpaq sahəsinin tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi öz təsdiqini tapmadı. Belə ki, məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri (torpaq sahəsini Cavabdeh öz gəliri hesabına əldə etməsi) yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Eləcə də Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi əmlak ümumi gəlirlər hesabına əldə olunarsa ər-arvadın birgə mülkiyyəti sayıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddianı bir-birinə uyğun qənaətlərin mövcüdluğuna dəlalət edən mötəbər və təkzib olunmaz sübutlarla sübuta yetirə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsinin tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən ər-arvadın birgə mülkiyyəti hesab edilə bilməz. Nikah dövründə əqdin bağlanması və ər-arvaddan birinin adına əmlakın qeydiyyata alınması faktı həmin əmlakın onların birgə mülkiyyətində olmasını təsdiq etmir. Odur ki, həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi bölünməsi barədə iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, torpaq sahəsi ər-arvadın ümumi mülkiyyətinin hüquqi rejiminə aid olmadığından həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə səbəb olan bağışlanma və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiaçının tələbi əsassızdır, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvvericilikdə nəzərdə tutulan hüquqi əsas mövcud deyildir. Belə ki, Mülki Məcəllənin 225.6-cı maddəsinin tələblərindən göründüyü kimi daşımaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan bağlanmış müqavilə etibarsız hesab edilir. Lakin, mübahisələndirilən topaq sahəsinə tərəflərin birgə hüququnun olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Eləcə də işin hallarından göründüyü kimi mübahisələndirilən bağlışlama müqavilələri xx.xx.2016-ci ildə və xx xxxxxx 2018-ci il tarixdə bağlanılmış, iddiaçı isə araşıdırılan tələblə bağlı xx xxxxxx 2020-ci il tarixdə poçt orqanına təqdim etməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə Mülki Məcəllənin 337, 354-cü maddələrinə istinadən hesab edir ki, müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, odur ki, tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, müddət keçmədiyi halda belə, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh, X6, X20, X13, X14, X28, X15, X34 və X24 qarşı Sumqayıt «ASAN xidmət» mərkəzini üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması və əmlak bölgüsü” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1586/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1586/2020
05.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver