Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1588/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abdulbaği qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abdulbaği qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 6983,73 manat məbləğində kredit borcu, 784,66 manat məbləğində faiz borcu və 1951,92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9720,31 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 117,21 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 20A nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 27 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə 9720,31 manat məbləğində borcun, ödənilmiş 117,21 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 20A nömrəli, 9 mərtbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 27 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X2 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsn barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22.06.2012-ci il tarixli 17L000000775 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50.000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 18.12.2018-ci il tarixli, 17L000000775S saylı sazişə əsasən, kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 198 ay və 500000 ABŞ dolları olaraq müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.12.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 25000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.03.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 18016,27 manat ödəmiş, onun 6983,73 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 24.12.2021-ci il tarixə 281 gün üçün hesablanmış faiz borcu 784,66 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 24.12.2021-ci il tarixə 281 gün üçün hesablanmış cərimə 1951,92 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və əsas borclu, Cavabdeh1 və Bank arasında bağlanılmış 11.07.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında ona məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 20A nömrəli, 9 mərtbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 27 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflərin imzaladıqları 18.12.2018-ci il tarixli sazişə əsasən, ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidməti tərərfindən verilmiş seriya RX ******* nömrəli çıxarışla Sumqayıt şəhəri 18-ci mikrorayonda istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 20A nömrəli, 9 mərtbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 27 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı Cavabdeh4 və digər qeydiyyatda olanlar Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 20A nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtbəsində yerləşən, 5 otaqlı, 27 nömrəli mənzil İddiaçı ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeydşərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdehə -ipoteka qoyana “İpotek haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 01.12.2021-cil tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və 03.12.2021-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 07.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən məhkəmədə iddia qaldırıldıqdan sonra qismən ödəniş edilmişdir, bununla bağlı yeni maliyyə arayışını məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Mübahisələndirilən kredit öhdəliyi üzrə üzərinə zamin kimi birgə məsuliyyət götürmüşdür. Digər cavabdehlər ailə üzvləridir, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmirlər. Əsas borcu qaytarmaqdan imtina etmir. Faiz borcunu qəbul etmir və silinməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin 30.03.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh4 izahat verərək iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 22.06.2012-ci il tarixli, 17L000000775 saylı kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açmağı, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 18.12.2018-ci il tarixli, 17L000000775S saylı “Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Sazişdən görünür ki, kredit xətti müqaviləsinin müddət və məbləği müvafiq olaraq 198 (yüz doxsan səkkiz) ay və 500000 (beş yüz min) ABŞ dolları olaraq müəyyən olunmuşdur. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 18.12.2018-ci il tarixli 017R********** saylı Kredit Razılaşmasından görünür ki, borclu 34 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür. Maliyyə arayışından görünür ki, 24.12.2021-ci il tarixə Cavabdeh1 banka olan əsas borcu 6983,73 manat, faiz borcu 784,66 manat, cərimə 1951,92 manat olmaqla cəmi 9720,31 manat təşkil edir. 23.05.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə banka olan əsas borcu 5783,73 manat, faiz borcu 1400,15 manat, cərimə 2905,87 manat olmaqla cəmi 10089,75 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1951,92 manat məbləğində cərimə azaldılaraq 300 manat müəyyən edilməlidir. İş materiallarında olan Bank ilə Cavabdeh2 arasında bağlanmış 13.08.2013-cü il tarixli Zaminlik müqaviləsindən və 18 dekabr 2018-ci il tarixli Əlavədən görünür ki, zamin Cavabdeh2 22 iyun 2012-ci il tarixli Kredit Xətti müqaviləsi və bu Kredit Xətti müqaviləsinin ayrılmaz hissəsi olan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab edir ki, iddiaçının zaminə qarşı iddia tələbi əsaslıdır, zamin borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 11.07.2012-ci il tarixli 17M000000371 ipoteka müqaviləsi və 18.12.2018-ci il tarixli Əlavəyə əsasən, 22.06.2012ci il tarixli 17L000000775 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 20A nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən, 5 otaqlı, 27 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 31891,30 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20A nömrəli evin 27 nömrəli mənzilinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 36 nömrəli reyestr kitabının 121 nömrəli vərəqində 20.12.2018-ci il tarixində qeydə alınmışdır. 10.12.2021-ci il tarixli arayışdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. MKTİB-nin 19 saylı MİS-nin arayışından və Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Abdulbaği qızı Sumqayıt şəhəri, 18-ci mikrorayonda ünvanında yerləşən, 20A nömrəli evin 27 saylı mənzilində qeydiyyatdadırlar. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. "xxxx" MMC-nin 19 aprel 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20A nömrəli evin 27 nömrəli mənzilin likvid dəyəri 70.000 manatdır. Xidmət haqqı 250 manat təşkil edir. Məhkəmə Mülki Məcəllənin 228, 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 117,21 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin 45,6 manat iddiaçıya aid edilməli, 111,61 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5783,73 manat əsas, 784,66 manat faiz, 300 manat cərimə, cəmi 6868,39 (altı min səkkiz yüz altmış səkkiz manat, otuz doqquz qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 111,61 (bir yüz on bir manat altmış bir qəpik) manat İddiaçı QSC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20A nömrəli evin 27 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilməli, Bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4 Cavabdeh2 və X2 istifadə hüquqları itirilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X3 həmin yaşayış sahəsindən çıxarılmalı, mənzil boşaldılmalı və alıcıya təhvil verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 74,5 (yetmiş dörd manat əlli qəpik) manat İddiaçı QSC-dən və 177,5 (bir yüz yetmiş yeddi manat əlli qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5783,73 manat əsas, 784,66 manat faiz, 300 manat cərimə, cəmi 6868,39 (altı min səkkiz yüz altmış səkkiz manat, otuz doqquz qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 111,61 (bir yüz on bir manat altmış bir qəpik) manat İddiaçı QSC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20A nömrəli evin 27 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilsin. Bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4 Cavabdeh2 və X2 istifadə hüquqları itirilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və X3 həmin yaşayış sahəsindən çıxarılsın, mənzil boşaldılsın və alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 74,5 (yetmiş dörd manat əlli qəpik) manat İddiaçı QSC-dən və 177,5 (bir yüz yetmiş yeddi manat əlli qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1588/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1588/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver