Məhkəmə qərarları › İş №2(060)-1597/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1597/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1597/2020 29.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində borcun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 3530 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh 4000 (dörd min) manat borc pul vermişdir. Ona həmin borcdan bir dəfə cəmi 500 (beş yüz) manat pul qaytarsa da, qalan 3500 (üç min beş yüz) manat pulu qaytarmamışdır. Hazırda ona həmin məbləğdə borcu var. Artıq xeyli müddət keçsə də o, borcunu qaytarmır. Onun borcu qaytarmağa dair verdiyi sözlər hamısı bəhanədir. Cavabdehin onu aldatması ilə bağlı polisə müraciət etməli olmuşdur. Bununla bağlı Sumqayıt şəhəri 1 saylı Polis Bölməsində araşdırma aparılmış və cavabdeh ona olan borcunu orada da etiraf etmişdir. Həmin bölmədə mübahisənin mülki xarakterli olması müəyyən edilmiş, ona öhdəliyin icrasından yayınma halı ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh verdiyi iltizamda da borcunu etiraf etmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, Qarabağ müharibəsi veteranıdır, döyüşlərdə yaralanaraq İİ qrup əlil olmuşdur. Ona görə də iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı maşın alqı-satqısı ilə məşğul olmaq və gəlir əldə etmək məqsədilə ona 7500 manat pul vermişdir. Sonradan 1100 manat ziyana düşmüşdür. Lakin iddiaçı həmin ziyanda onunla birlikdə iştirak etməmiş, pulun tam qaytarılmasını tələb etmişdir. İddiaçının ona verdiyi puldan 3100 manatını ona evində geri qaytarmışdır. İddiaçı polisə şikayət etdikdən sonra qalan 3400 manat puldan 500 və 250 manat olmaqla 2 dəfə də polis bölməsində iddiaçıya pul ödəmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı, 08224587 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş və Ağcabədi rayonu, Şərəfxanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. İşdə olan yazılı iltizamdan görünür ki, Qasımov X3 Şahmalı Əli oğluna olan 3500 manat borc pulu 500 manat verdikdən sonra qalan pulu ayda 500 manat olmaqla, 6 ay müddətinə ödəyəcəyini imzası ilə təsdiq etmişdir. İşdə olan Qasımov X4 ŞPİ-nin 1-ci Polis Bölməsində verdiyi xx.xx.2019-cu il tarixli izahatında bildirmişdir ki, Şahmalı onun qohumudur. Onunla indiyədək aralarında heç bir anlaşılmazlıq və s. kimi mənfi hallar baş verməmişdir. O, təxminən 1 il bundan əvvəl o maşın alqı-satqısı ilə məşğul olub ailəsini dolandırmışdır. Hamin ərəfələrdə qohumu X1yıdan ərəfələrdə onunla iş görmək istədiyini bildirib avtomaşın alqı-satqı işi ilə bağlı olaraq ona 7500 manat pul vermişdir. Onlar daha sonra birlikdə avtomaşın alıb satmışdır. Bir neçə dəfə onların qazancı olsa da lakin sonradan Şahmalı bir müddətlik Rusiya Federasiyasına getdikdə o tək qalmışdır. Avtomaşında ziyana düşdüyündən pul ortalıqda xərclənmişdir. Şahmalı Rusiyadan qayıtdıqdan sonra ondan pulunu istəsə də o ziyana düşdüyünü bildirib onun pulunu qaytaracağına söz vermişdir. O həmin puldan 3100 manatını qaytarsa da lakin yerdə qalan pulu bugünədək qaytara bilməmişdir. Eyni zamanda onların birlikdə ziyanlığı hər birimizə 1000 manat otaraq hesablanması nəzərə alındıqda onun hal-hazırda Şahmalıya 3400 manat verəcəyi var. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı E.Quliyev tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ev 76 mənzil 69-da yaşayan İddiaçı xx.xx.2019-cu il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək təxminən 1 il bundan əvvəl uzaq qohumu Cavabdeh ona maşın alver edəcəyini bildirib hər ikisinin qazanc əldə edəcəyinə vəd verərək ondan Sumqayıt şəhəri, Çerkasski küçəsində 7600 manat pul aldığını həmin puldan 3100 manatım qaytarsada lakin yerdə qalan 4500 manat pulu qaytarmadığını qeyd etmişdir. Ərizə əsasında İddiaçı izahatındada dediklərini təsdiq edərək analoji izahat vermişdir. Araşdırma zamanı Cavabdeh izahatında Şahmalıdan alver etmək məqsədi ilə pul aldığını həmin pulu alverə yatırdığını lakin ziyanlıq etdiyini bildirib ona ümumilikdə 3400 manat verməli olduğunu bildirmişdir. Araşdırma zamanı Qasımov X5 Məmmədova ümumilikdə hissə-hissə olmaqla 500 manat və 250 manat pul qaytarmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya borclu qaldığı 3400 manat puldan polis bölməsində 750 manat ödəmiş, qalan 2650 manatını qaytarmamışdır. Bu hal Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin təhqiqatçısı E.Quliyev tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli arayış, Cavabdeh Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsində verdiyi izahatı və digər sənədlərlə təsdiq olunur. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 2650 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin ona 3500 manat borcu qaldığını bildirsə də məhkəmə hesab edir ki, iddiaçı sözügedən məbləğdən qalan 850 (3500-2650) manat hissəsində iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2650 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 75 faiz hissədə) təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23 (iyirmi üç) manatı cavabdehdən tutulmalı, 7 (yeddi) manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində borc və 23 (iyirmi üç) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar