Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1610/2024 02.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2004-cü ildə X2 ilə nikaha daxil olmuş və onunla ünvan 2 ünvanında yaşamışlar. Qeyd olunan mənzildə onlarla birlikdə ərinin birinci evliliyi zamanı olan oğlu- Cavabdeh da ailəsi ilə birlikdə yaşamışdır. Lakin son dörd ildə Cavabdeh və arvadı Şəhlanı ölən əri özlərini pis apardığını, birgə yaşayış qaydalarına əməl etmədiyi və onu döyərək xəstə saldığı üçün mənzildən qovmuşdur. Həmin mənzildə iddiaçı özü də qeydiyyatdadır. X2 xx.xx.2021-ci il tarixdə ağır xəstəlikdən ölmüş, ölümündən 2 ay əvvəl uzun sürən ağır xəstəlikdən yatağa düşmüşdür. xx.xx.2021-ci ildə əri X2 öldükdən sonra cavabdeh iddiaçının sözügedən mənzildə rahat yaşamasına izn verməmiş, ən sonda isə iddiaçını həmin mənzildən qovmuşdur. Pozulmuş hüquqlarının bərpası məqsədilə iddiaçı məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul edərək, iddiaçının sözügedən mənzilə köçürürlməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 tam mülkiyyət üzrə ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 63, mənzil 35 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70.6 kv/m olan mənzili oğlu Cavabdeh mülkiyyətinə vermişdir. - xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 63, mənzil 35 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olmuşdur. - xx.xx.2021-ci il tarixli **********377 saylı ərizədən görünür ki, X2 Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********47-05101-093069 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 63, mənzil 35 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmişdir. Onun əvəzinə Sumqayıt şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir. - xx.xx.2021-ci il tarixli **********378 saylı ərizədən görünür ki, İddiaçı nikahda olduğu X1 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 63, mənzil 35 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. - AZ-İ № 091495 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Əkbərova (Cavadova) Əcəbnaz Sayad qızı arasında Sumqayıt şəhəri Nikah Evində 60 saylı, xx.xx.2004-cü il tarixli nikah qeydi olmuşdurr. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2004-cü ildə X2 ilə nikaha daxil olub ailə qurmuşlar. Nikahda olduqları müddətdə 2004-cü ildən mübahisəli mənzildə yaşamışlar. xx.xx.2021-ci ildə Cavabdeh iddiaçını hazırda qeydiyyatda olan mənzildən qovaraq, onu mənzildən çıxarmışdır. İddiaçı pozulmuş haquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciə edir. Cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2000-ci ilin sentyabr ayında qəbul edilmiş Mülki Məcəllənin normalarına istinad edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzilə 2004-cü ildə köçmüş, 2021-ci ilədək orada yaşamışdır və hal hazıradək qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərardan görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1610/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1610/2024
02.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver