Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-162/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, X1 Cavabdeh Vidadi oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin “Novxanı” bağları massivində yerləşən 4048 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 383 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 tərəfindən mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində fiziki və hüquqi şəxslərin müraciətləri əsasında daşınmaz əmlakların texniki inventarlaşdırılması zamanı aşkar edilmiş özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri haqqında məlumatlar aidiyyəti üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə təqdim olunur. Qeyd olunan idarənin 2018-ci ilin noyabr ayı üçün aşkar edilmiş özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri barədə bələdiyyəyə ünvanlanmış xx xxxxx 2018-ci il tarixli, **********48 saylı məktubunda və məktuba əlavə edilmiş siyahıda “Novxanı’’ bağları massivində yerləşən və Cavabdeh Vidadi oğlunın istifadəsində olan 4048 saylı bağ sahəsinin daxilində torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş əlavə 383 kvadrat metr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi göstərilmişdir. Həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğundan, hesab edirlər ki, qeyd olunan torpaq bələdiyyənin ehtiyat fonduna qaytarılmalı və qüvvədə olan torpaq qanunvericiliyinin normaları əsasında özgəninkiləşdirilməlidir. Cavabdeh Vidadi oğlunun torpaq sahəsini zəbt etməsi torpağın mülkiyyətçisi kimi bələdiyyənin mülkiyyət hüququnu pozduğundan, həmçinin o, torpağın sənədləşdirilməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etmədiyindən, Sumqayıt Bələdiyyəsi Cavabdeh Vidadi oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və məhkəmə qaydasında cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqların aradan qaldırılmasını məqsədəuyğun saymışdır. Cavabdehin qeyd edilən hərəkətləri torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Belə ki, adı çəkilən ərazidə yerləşən torpaqlar “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin ərazİlərİ və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və xx xxxx 2001-ci il tarixli protokol, akt və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdlyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqda fiziki və hüquqi şəxslərə ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir. Lakin Cavabdeh Vidadi oğlunın zəbt etdiyi 383 kvadrat metr torpaq sahəsindən bugünə qədər qeyri-qanuni istifadə etməkdə davam edir ki, bu da həm müvafiq qanun normalarının müddəalarını, həm də torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yol verilmiş qanunsuzluqların aradan qaldırılaraq pozulmuş mülkiyyət hüququnun bərpasını xahiş etməyi zəruri saymışdır. Göründüyü kimi,Cavabdeh “Novxanı” bağları massivində yerləşən 4048 saylı bağ torpaq sahəsinin daxilində olan və torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş əlavə 383 kvadrat metr torpaq sahəsindən hər hansı hüquqmüəyyənedici sənədləri olmadan istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməlidir. Belə olan halda Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fonduna qaytarılmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi X5 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh Vidadi oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabı icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Məhkəmənin sorğusuna əsasən, məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********37 nömrəli məktubuna əlavə olunmuş bağ evinin texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 4048 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Vidadi oğlunun adına **********45-11301 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Həmin bağ sahəsinin sənəd üzrə sahəsi 0,16 ha olsa da, faktiki sahəsi 0,1983 ha-dır. İşdə olan şəxsin əmlak məlumatları haqqında elektron sistemdən çıxarışdan görünür ki, **********45-11301 reyestr nömrəli ********** saylı bağ evi Cavabdeh Vidadi oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi üzrə özbaşına tikililər və zəbt olunmuş torpaq sahələri haqqında 2018-ci ilin aprel ayına olan məlumatdan görünür ki, Cavabdeh Vidadi oğluna məxsus Sumqayıt şəhərinin “Novxanı” bağları massivində yerləşən 4048 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 383 kvadrat metr torpaq sahəsi vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Vidadi oğlu xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhərinin “Novxanı” bağları massivində yerləşən 4048 saylı bağ torpaq sahəsindən əlavə bələdiyyə mülkiyyətində olan sahəsi 383 kvadrat metr torpaq sahəsini zəbt etsə də, həmin torpaq sahəsinə dair onun heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “X2 Edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan 383 kvadrat metr torpaq onun hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadəsindədir. Dövlət və xüsusi mülkiyyətdə olmayan torpaqlar isə bələdiyyə mülkiyyətindədir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Mülki Məcəllənin müddəalarına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Vidadi oğlu tərəfindən zəbt olunmuş Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən 383 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılmalı və torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat fonduna qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Vidadi oğlu zəbt etdiyi Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən 383 kvadrat metr olan torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat fonduna qaytarılsın. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-162/2020
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-162/2020
01.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver