Məhkəmə qərarları › İş №2(060)-1635/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1635/2023

10.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1635/2023 10.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qanunsuz hərəkətlərə son qoyularaq mənzilə aid sənədlərin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qanunsuz hərəkətlərə son qoyularaq mənzilə aid sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehin vəkili isə buna etirazı olmadığını bildirdi. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki iş materiallarından görünür ki, ərizəyə ümumi 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzlər əlavə edilmişdir. AR MPM-nin 114.1.3-cü maddəsinə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər AR MPM-nin 170.1-ci maddəsinə əsasən geri qaytarıldığından, həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və AR MPM-nin 170, 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qanunsuz hərəkətlərə son qoyularaq mənzilə aid sənədlərin verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 50 manat və xx.xx.2023-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar