Məhkəmə qərarları › İş №2(060)-1650/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1650/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1650/2020 09.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun, həyat yoldaşı X7 və azyaşlı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X10 Sumqayıt şəhəri, 1 mkr., 9/11 saylı evin, 38 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 1 mkr., 9/11 saylı evin, 38 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili isə işin mahiyyəti üzrə baxılmasını məhkəmədən tələb etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki,ünvan 1 mən.38 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh onun doğma anasıdır. O, həmin mənzilə anasının razılığı ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata düşmüşdür. Lakin, Sumqayıt şəhəri, 2-ci məh, ev 9/14, mənzil 45 ünvanında anasına məxsus başqa mənzil olduğundan o, həmin mənzildə yaşamışdır. xx.xx.2015-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Ailə qurandan həyat yoldaşı və iki az yaşlı uşağı ilə birlikdə Sumqayıt şəhəri, 2-ci məh, ev 9/14, mənzil 45 ünvanında yaşayır. Hal-hazırda qardaşı X1 şəhəri, 2-ci məh, ev 9/14, mənzil 45 ünvanında yerləşən mənzildən çıxarılma tələbinə dair Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda yaşamağa yeri olmağından o, məcbur olub məhkəməyə müraciət etmişdir.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 1-ci mkr, ev 9/11, mənzil 38 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh doğma oğludur. İlkin iddia üzrə iddiaçı, Cavabdeh məxsus mənzildə qeydiyyatda olsa da, heç vaxt həmin mənzildə yaşamamışdır. İlkin iddia üzrə iddiaçı ailəsi ilə birlikdə qardaşı X4 məxsus olan ünvan 4 ünvanında yerləşən 45 saylı mənzildə yaşamışdır. Hazırda qardaşı X8 ilkin iddia üzrə iddiaçıya və ailəsinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qardaşı X8 ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra o, da Cavabdeh qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünün şəxsi evi var. Belə ki, ünvan 4, mənzil 42 xüsusi mülkiyyət hüququ ilə ilkin iddia üzrə iddiaçıya məxsusdur. Onun Cavabdeh qarşı iddia tələbi əsassızdır. Ona görə də hesab edir ki, ilkin iddia tələbi rədd olunmalı və qarşılıqlı iddia tələbi təmin olunmalıdır. Qeyd edilənlərə əsasən o, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi rədd və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia tələbindən görünür ki, iddiaçı özü ilə yanaşı arvadı X3 da mənzilə köçürülməsini xahiş edir. Halbuki, X7 bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 1 mkr., 9/11 saylı evin, 38 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 9/14 saylı evin, 42 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İşinməhkəməiclasındamüəyyənedilmişhalları və iş materiallarında olan sənədlərlə, həmçinin proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı Həmidov X6 şəhəri, 1 mkr., 9/11 saylı məhəllə, 38 saylı mənzilindəqeydiyyatda olmasına baxmayaraq,ailəsi ilə birlikdə qardaşına məxsus ünvan 4, mənzil 45 ünvanında yaşamışdır. Həmçinin məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus Sumqayıt şəhəri, 2-ci məhəllə, 9/14 saylı evin, 42 nömrəli mənzil vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi mübahisəli mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbinə» dair ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı Sumqayıt şəhəri, 1 mkr., 9/11 saylı evin, 38 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbinə» dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin İddiaçı Sumqayıt şəhəri, 1 mkr., 9/11 saylı evin, 38 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar