Məhkəmə qərarları › İş №2(060)-1650/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1650/2021

06.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1650/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İH MKTİB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə, cavabdehlər X6 və Cavabdeh2 qarşı ««mənzildən istifadə hüququna xitam verilməsklə pasport qeydiyyatından çıxarılma»» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməklə, pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mübahisənin predmeti olan Sumqayıt şəhəri 41-ci məhəllə ev 6 ünvanda yerləşən 18 saylı yataqxananın 36 saylı mənzilini 2018-ci ildə almışdır. Həmin vaxtdan bu günədək o, ailə üzvləri ilə birlikdə həmin otaqda yaşayırlar. Bu yaxınlarda o, kommunal xidmətləri ödəyərkən MKS-in işçiləri bildirmişlər ki, X8 və Cavabdeh2 həmin otaqda qeydiyyatdadırlar. Artıq neçə ildir ki, o, cavabdehlərin yerinə kommunal xidmətləri ödəyir. Cavabdehlərin ünvanını bilmir və harada yaşamaları ona məlum deyil. Özü təqaüdçüdür, heç yerdə işləmir, maddi vəziyyəti ağırdır. Həmin şəxslərin yerinə kommunal xidmətləri ödəyə bilmir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən 10 gündən gec olmayaraq, həmin ünvana qeydiyyata alınmaq üçün dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İH MKTİB-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi daşınmaz əmlakın balans saxlayıcısı Sumqayıt şəhər İcra Hakimiyyətidir və bu səpkili iddia ərizələrinin təqdim edilməsi hüququ yalnız balans saxlayıcıya məxsusdur. Cavabdehlər X6 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər X4 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Sumqayıt şəhəri 41-ci məhəllə ev 6 ünvanda yerləşən 18 saylı yataqxananın 36 saylı otağı 1999-cu ildə 2365 saylı orderlə İddiaçı verilmişdir. Order iddiaçının adınadır. Özü həmin ünvanda qeydiyyatda deyil. X2 2018-ci ildə qeydiyyata düşməklə, həyat yoldaşı Gülyaz Tağıyeva və övladları ilə həmin otaqda yaşayırlar. G.Tağıyeva və 2 uşaq qeydiyyatda deyillər. Otaqda qeydiyyatda olan şəxslər sırasında 2016-cı ildə qeydiyyata düşmüş cavabdehlər də var və sonuncular 2018-ci ildən həmin otaqda yaşamırlar. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİ İB üzrə 21 sentyabr 2010-cu il tarixli 12 saylı əmrindən görünür ki, iddia ərizəsində qeyd olunan Sumqayıt şəhəri 41-ci məhəllə ev 6 ünvanda yerləşən 18 saylı yataqxananın balans saxlayıcısı Sumqayıt şəhər İcra Hakimiyyətidir. Göründüyü kimi, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, iddiası təmin edilə bilməz. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı ««mənzildən istifadə hüququna xitam verilməsklə pasport qeydiyyatından çıxarılma»» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı ««mənzildən istifadə hüququna xitam verilməsklə pasport qeydiyyatından çıxarılma»» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 (iyirmi) manat manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar