Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1684/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X18 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X17, nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt şəhər 1 saylı X4 direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli,9 3 saylı əmrinin ləğv olunması, onun öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunmağı, maddi ziyan məbləği olaraq 01 sentyabr 2023cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqımın və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1684/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildən etibarən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil idarəsinin (bundan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsi adlandırılacaq) Sumqayıt şəhər 1 nömrəli X5 dərnək rəhbəri olaraq işləmişdir. Həmin işlə bağlı onunla cavabdeh arasında hər il əmək müqaviləsi bağlanılmışdır. Sonuncu dəfə onunla bağlanılmış 22 sentyabr 2022-ci il tarixli əmək müqaviləsinə cavabdeh hər hansı hüquqi əsaslar olmadan və o, qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqailəsinin müddətinin başa çatması əsası ilə) 01 sentyabr 2023-cü il tarixli, 93 saylı əmrlə xitam verilmişdir. Lakin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verildiyinə dair məlumat daxil edilmişdir. Halbuki, onun tərəfindən sözügedən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə hər hansı müraciət olunmamışdır. Cavabdeh tərəfindən də onunla bağlanmış əmək müaviləsinə xitam verilməsi ilə bağlı təşəbbüs barədə ona hər hansı məlumat verilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilməsi barədə 93 saylı əmrin 01 sentyabr 2023-cü il tarixində verildiyi qeyd edilsə də, mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi yalnız 21 sentyabr 2023-cü il tarixdə daxil edilmişdir ki, bu da hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş əmək qanunveriiliyinin növbəti kobud pozuntusudur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatmışdırsa belə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi bir həftə ərzində mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməli idi ki, cavabdeh bu bildirişi 21 gündən sonra sistemə daxil etmişdir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, cavabdehin mübahisələndirdiyi 01 sentyabr 2023-cü il tarixli, 93 saylı əmri barədə ona qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı məlumat verilməmiş və ona bu əmrin surəti bugünədək təqdim olunmamışdır. Eyni zamanda sonradan X14 Xidmətinə şikayət etdikdə ona bildirilmişdir ki, onun əmək müqaviləsi, ümumiyyətlə müddətsiz əmək müqaviləsi olmuşdur və həmin müqavilə bu əsasla ləğv oluna bilməzdi. O, cavabdehə bununla bağlı müraciət etdikdə törədilmiş qanunsuzluğun səbəbi barədə məmumat verilməsə də, o, bu işin arxasında Abşeron- Xızı Regional Təhsil İdarəsinin bəzi əməkdaşlarının olduğunu anlamışdır ki, bu yolla həmin şəxslər onunla şəxsi haqq-hesablarını çəkmək istəmişlər. Hətta onun müraciətinə baxmayaraq mübahisələndirilən əmrin surəti bugünədək hələ də ona təqdim edilməmişdir. O, pozulmuş hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə iddia ərizəsi ilə müraiət edərək ilkin olaraq cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsini qeyd etmiş, sonradan iddia ərizəsinə dəyişiklik edərək Sumqayıt şəhər 1 saylı X4 əlavə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə iclasında ilkin mediasiya prosesində ilk cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin iştirak etdiyi, əlavə cavabdeh Sumqayıt şəhər 1 saylı X9 isə mediasiya prosesinə cəlb olunmadığından, müvafiq mediasiya prosesi həyata keçirilənədək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7665/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra tərəfindən ilkin olaraq cavabdehə müvafiq mediasiya təklifi ünvanlanmış və sonradan mediasiya prosesinin həyata keçirilməsi üçün aidiyyəti üzrə mediasiya təşkilatına müraciət edilmişdir. Lakin cavabdehlə mübahisənin mediasiya qaydasında nizamlanması mümkün olmadığından, Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatoru E.Hüseynov tərəfindən ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" 16 yanvar 2024-cü il tarixli arayış təqdim olunmuşdur ki, müvafiq mediasiya sessiyasından sonra o, təkrarən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam edilməsi barədə əmrini qanunsuz və əsassız sayaraq onun ləğv edilməli olması qənaətindədir. Cavabdeh tərəfindən özbaşına olaraq və vəzifə səlahiyyətlərini aşaraq onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada və əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliklə müəyyən edilmiş şərtlərini və qaydalarını gözləmədən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz olmaqla yanaşı, onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edir ki, 2019-cu ildən Sumqayıt şəhər 1 nömrəli Uşaq- X12 dərnək rəhbəri olaraq qüsursuz işləmiş bir mütəxəssis olaraq onun qanunsuz olaraq bu şəkildə işindən uzaqlaşdırmağını o, şəxsiyyətinə və hüquqlarına birbaşa zərər vurmağa yönəlmiş bir addım kimi qiymətləndirir ki, buna görə də o, maddi ziyanla yanaşı, bu qanunsuz əməl nəticəsində ona vurulmuş mənəvi ziyanın da cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə qərarlıdır. Cavabdehlə mübahisənin mediasiya qaydasında nizama salınmasına dair etdiyi təklifə cavabdeh tərəfindən hər hansı reaksiya verilməmiş və cavabdeh nümayəndəsini göndərməməklə mediasiya sessiyasında iştirak etməkdən belə yayınmışdır. Bu səbəbdən o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüququnun bərpa və müdafiə olunmasını xahiş etməyi zəruri sayır. Göründüyü kimi, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinin aşkar pozuntusu ilə xitam verilmişdir. Müqaviləyə xitam verilərkən əmək qanunvericiliyinin müvafiq maddəsinin tələbləri gözlənilmədən sənədləşmə aparılmışdır. Cavabdehin bu hərəkəti hesab edir ki, ona maddi ziyan vurmaqla yanaşı, onda mənəvi sarsıntı yaratmağa, ixtisaslı peşəkar mütəxəssislərindən biri kimi onu gözdən salmağa, bir pedaqoq kimi işgüzar nüfuzuna xələl gətirməyə yönəlmişdir. Bütün bu hallar yol verilmiş qanun pozuntularının məhkəmə qaydasında aradan qaldırılmasını və cavabdehin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsini zəruri edir. Məhkəmədə iddiaçının nümayəndələri A.B.Bədəlov və Vəkil1 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçı Xankişiyevə Fatma Abil qızı Sumqayıt şəhər 1 nömrəli X5 (bundan sonra mətndə Mərkəz) ilkdə dəfə əmək fəaliyyətinə xx.xx.2019-cu il tarixli 72 nömrəli əmrə və xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən Mərkəzin dərnək rəhbəri X1 analıq məzuniyyəti yerinə dərnək rəhbəri vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Həmin müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək olmuş, müvafiq əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün iddiaçı ilə yeni müddətli əmək müqaviləsi bağlanılaraq, onun Mərkəzin dərnək rəhbəri vəzifəsində qalması müddəti uzadılmış, həmin müddətli əmək müqaviləsinin müddəti isə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olmuşdur. Əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi və Mərkəzin dərnək rəhbəri X2 analıq məzuniyyətindən işə qayıtdığı üçün Mərkəzin xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İddiaçının nümayəndəsi qismində atası onun əmək kitabçasını xx.xx.2023-cü il tarixdə qeydiyyat jurnalına imza etməklə təhvil almışdır. İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsini xx.xx.2023-cü il tarixdən bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” adlanan 3-cü maddəsinə əsasən əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (5-ci bənd). Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır (5-1-ci bənd). Göründüyü kimi, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsidir. Əmək müqaviləsi bildirişi isə əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qeyd olunanlardan göründüyü kimi, əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. İddiaçı ilə Mərkəz arasında qarşılıqlı razılıqla bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsidir. Həmin əmək müqaviləsinin müddəti xx.xx.2022-xx.xx.2023-cü il tarixədək olmuşdur. Qarşılıqılı razılıqla bağlanlımış həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 93 nömrəli əmrdən çıxarışla da bu fakt təsdiqini tapır. Hazırki işdən də göründüyü kimi, iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonra Mərkəz 01,09.2023-cü il tarixli 93 nömrəli əmrlə müqaviləyə xitam verilməsini tələb etmişdir. Belə olan halda, həmin müqaviləyə xitam verilməsi barədə Mərkəz tərəfindən verilmiş əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Həmçinin qeyd edirlər ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur. Göründüyü kimi, iddiaçı iddiasının dəlillərini tam və ətraflı əsaslandırmamış, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçı Xankişiyevə Fatma Abil qızının işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidmətinə iddiaçı tərəfindən ünvanlanmış müraciət əsasında araşdırılma aparılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixidək olmaqla müddətli əmək müqaviləsi bağlanılaraq Cavabdehndə analıq məzuniyyəti yerinə “dərnək rəhbəri” vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra öz razılığı ilə əmək müqaviləsində dəyişikliklər edilmiş, müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq iddiaçının əmək müqaviləsi bitdiyinə görə xitam verilmişdir. Lakin bildirirşdə əmək müqaviləsinin müddətsiz olması göstərilmişdir. Qeyd edim ki, işəgötürən və işçi arasında bağlanılmış əmək müqaviləsi əsas götürülür. Həmin müqavilə də müddətli bağlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair elektron bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 1 nömrəli X21 Mərkəzində “Dərnək rəhbəri” vəzifəsinə işə qəbul edilmişdir. Bildirişdə əmək müqaviləsinin növü müddətsiz qeyd olunmuşdur. İşə əlavə olan Sumqayıt şəhər 1 nömrəli X9 üzrə xx.xx.2019-cu il tarixli 72 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı mərkəzin dərnək rəhbəri X1 analıq məzuniyyəti yerinə müddətli müqavilə üzrə Əmək Məcəlləsinin 47-ci maddəsinin a bəndinə əsasən xx.xx.2019-cu il tarixindən əmək müqavilə bağlanmaqla işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Əmək Müqaviləsi”ndən görünür ki, İddiaçı ilə Sumqayıt şəhər 1 nömrəli X5 xx.xx.2019-ci il tarixdən “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmiş və müqavilə müddətli olmaqla xx.xx.2022-ci il tarixə qədər bağlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli “Əmək Müqaviləsi”ndən görünür ki, İddiaçı ilə Sumqayıt şəhər 1 nömrəli X5 xx.xx.2022-ci il tarixdən “Dərnək rəhbəri” vəzifəsində işə qəbul edilmiş və müqavilə müddətli olmaqla xx.xx.2023-cü il tarixə qədər bağlanmışdır. İş materiallarında olan Sumqayıt şəhər 1 nömrəli X9 üzrə xx.xx.2023-cü il tarixli 93 №li əmrdən çıxarışdan görünür ki, İddiaçı mərkəzin dərnək rəhbəri ilə analıq məzuniyyəti yerinə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair elektron bildirişin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan ******* saylı, xx.xx.2019-cu il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 1 nömrəli X6 analıq məzuniyyəti yerinə 6 saat dərs yükü ilə xx.xx.2019-cu il tarixindən “Dərnək Rəhbəri” təyin olunmaqla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 93 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi A.B.Bədəlov Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X16 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək kimi əsas hüquqları vardır. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcələnin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcələnin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcələnin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanunun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3- cü maddələrində göstərilən arayış tərtib olunduqda Mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 21.8-ci maddəsinə əsasən tərəflər arasında mediasiyaya dair qeyd şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyə əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən və xx.xx.2023-cü il tarixdə 93 saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyindən və əmək müqaviləsinə xitam verilməsini istisna edən, həmçinin əmrin etibarsızlığına əsas olan hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, əmr əsaslıdır və buna görə də onun ləğvi barədə iddia tələbi məhkəmə tərəfindən təmin oluna bilməz. Həmçinin iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə də zərurət yoxdur. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından və hazırki iddia tələbi rədd edildiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının işə bərpa və mənəvi ziyanın ödənilməsi tələbinə» dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə.
Məhkəmə qərarları › İş №2(060)-1684/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1684/2024
18.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver