Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-17/2022 15.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və X4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 7/25 saylı evin 28 saylı mənzili (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu prospekti 425, M4, m2) ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir. Cavadehlərdən Fatma mərhum qardaşının faktiki nikahda olan yoldaşı, Banu isə həmin nikahdan olan qızıdır. X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdehlərə evdən çıxarılma ilə bağlı müraciət etsələr də, evdən çıxmamışlar. Cavabdehlər onun mərhum qardaşının qeyri-rəsmi nikahından olan ailəsidir. Onunla heç bir qohumluq, yaxınlıq əlaqələri yoxdur. Onların evində qeydiyyatda qalması və yaşaması mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh və X3 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 7/25 saylı evin 28 saylı mənzilə (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu prospekti 425, M4, m2) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinə dəqiqləşməsi barədə ərizə təqdim edərək X6 azyaşlı olduğu üçün onun cavabdehlər siyahısından çıxarılması və Cavabdeh ilə birliktə mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddiaçı evin mülkiyyətçisi, cavabdeh isə iddiaçının qardaşının qeyri-rəsmi nikahdan olan arvadıdır. Cavabdeh iddaçının qardaşı ilə 2007-ci ildən faktiki nikah münasibətlərində olmuş, onların faktiki nikahlarından Banu adlı övladları vardır. Cavabdeh həmin ünvanda qeydiyyatsız yaşayır, lakin qızı Banu iddiaçının mənzilində qeydiyyatdadır. Cavabdeh tərəfindən çıxarış mübahisələndirilmiş, lakin iddia tələbi təmin edilməmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması, cavabdehlərin mənzildən çıxarılaraq istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2008-ci il təvəllüdlü X3 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2008ci il tarixdə anadan olmuşdur. X1, anası Cavabdehdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X2 09 noyabr 2017-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 7/25, mənzil 28 (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu prospekti 425, M4, m2) ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 09 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 5294 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, azyaşlı X6 göstərilən mənzildə qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(118)-1087/2021 saylı qərarı ilə iddiaçı X3 qanuni nümayəndəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-188/2022 saylı mülki iş üzrə, xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(118)-1087/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi mübahisənin mahiyyətinə təsir göstərən inzibati qaydada mənzilin özələşdirilməsi ilə bağlı qərar əsasında iddiaçının mübahisəli mənzilə hüquqlarının qeydiyyata alınması barədə qərarın qanuni qaydada olması, reyestrin həqiqiliyi öz təsdiqini tapmışdır. Buradan aydın olur ki, işin mübahisəsiz halı cavabdehin həmin mənzildə heç bir hüququ yaranmadığı halda, azyaşlı övladı ilə birlikdə (azyaşlı övladının qeydiyyatda olmasına əsaslanaraq) yaşamasıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehin iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 7/25 saylı evin 28 saylı (yeni qaydalarla: AZ5001 Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu prospekti 425, M4, m2) mənzildən çıxarılmalı və istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, iddiaçının mənzilə hüququ məhkəmə aktı ilə bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 7/25 saylı evin 28 saylı (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu prospekti 425, M4, m2) mənzildən çıxarılsın və istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-17/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-17/2022
15.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver