Məhkəmə qərarları › İş №2(060)-171/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-171/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-171/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 19.11.2009-cu il təvəllüdlü X1 və 06.04.2007-ci il təvəllüdlü Rəhimov İsmayıl Rəhim oğlunun Sumqayıt şəhəri. 3- cü mikrorayon, 17/33B saylı evin, 28-ci mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 17/33B, mənzil 28 mülkiyyət hüququ ilə iddiaçının azyaşlı oğlu 15.03.2016-cı il təvəllüdlü Məmmədov İsrafil Ruhid oğluna məxsusdur. Oğlu azyaşlı olduğu üçün onu qanun üzrə nümayəndə kimi İddiaçı təmsil edir. Sözügedən mənzili 18.06.2021 -ci ildə, AN-1 ******* saylı "Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında Cavabdeh1 alınmışdır. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX- nin Sumqayıt Ərazi İdarəsi tərəfindən 23.06.2021 -ci ildə Çıxarış verilmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisi (Cavabdeh1) və onun ailə üzvləridir. Bundan əlavə mülkiyyətçisi olduğu mənzildə cavabdehlərin azyaşlı övladları 19.11.2009-cu il təvəllüdlü X2 və 06.04.2007-ci il təvəllüdlü Rəhimov İsmayıl Rəhim oğlu da qeydiyyatdadır. Onların mənzilində qeydiyyatda olmaları onun mənzil hüququmun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatları formal xarakter daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.07.2021-ci il tarixli, AN-№ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 3- cü mikrorayon, 17/33B saylı evin, 28-ci mənzilini Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında Məmmədov İsrafil Ruhid oğluna satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3- cü mikrorayon, 17/33B saylı evin, 28-ci mənzili Məmmədov İsrafil Ruhid oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 13.10.2007-ci il təvəllüdlü İsrafil Məmmədovun anası İddiaçıdır. İş materiallarında olan ******* nömrəli, 26.08.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 19.11.2009-cu il təvəllüdlü X2 və 06.04.2007-ci il təvəllüdlü Rəhimov İsmayıl Rəhim oğlu Sumqayıt şəhəri, 3-cü mikrorayon, 17/33B saylı evin, 28-ci mənzilində rəsmi olaraq qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən Məmmədov İsrafil Ruhid oğlu Sumqayıt şəhəri, 3-cü mikrorayon, 17/33B saylı evin, 28-ci mənzilində rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 19.11.2009-cu il təvəllüdlü X2 və 06.04.2007-ci il təvəllüdlü Rəhimov İsmayıl Rəhim oğlunun həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların azyaşlı övladları 19.11.2009-cu il təvəllüdlü X2 və 06.04.2007-ci il təvəllüdlü Rəhimov İsmayıl Rəhim oğlunun Sumqayıt şəhəri, 3-cü mikrorayon, 17/33B saylı evin, 28 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar