Məhkəmə qərarları › İş №2(060)-173/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-173/2022

24.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-173/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhin Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladları 03.11.2005-ci il təvəllüdlü X2, 11.12.2010-cu il təvəllüdlü X5, 27.04.2009-cu il təvəllüdlü X3, 05.10.2012-ci il təvəllüdlü Hüseynov Həsən Azad oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən 32 saylı mənzildən istifadə hüquqlarına xitam verilməklə, onların həmin evdən pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı onun oğludur. 02.03 20213-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzili Sumqayıt şəhəri 4 saylı Notariat ofisində iddiaçıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 18.03.2013-cü il tarixli, Qeydiyyat № ********** Dövlət Reyestrindən Çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzili onun tam mülkiyyətindədir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, mənzilin əvvəlki sahibinin ailə üzvləri ona məxsus mənzildə pasport qeydiyyatında qalmışlar. Bu iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozur. Onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda olmaları nəticəsində iddiaçı əlavə kommunal xərclər ödəməli olur ki, bu da əsassız şəkildə onun maddi vəziyyətini ağırlaşdırır. Həmçinin cavabdehlərlə iddiaçının hər hansı bır qohumluq əlaqələri yoxdur. Hazırda cavabdehlərin harada yaşamaları da ona məlum deyil. Bütün hallarda cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda olmaları onun mənzil hüquqlarını kobud surətdə pozur. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 19.08.2021-ci il tarixli məlumat arayışından görünür ki, cavabdehlər hazırda Sumqayıt şəhəri, 6-cı mkr, 31 saylı evin, 32 nömrəli mənzilində qeydiyyatda qalmışlar. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.03.2021-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzilini X1 alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 19.08.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladları 03.11.2005ci il təvəllüdlü X2, 11.12.2010-cu il təvəllüdlü X5, 27.04.2009-cu il təvəllüdlü X3, 05.10.2012-ci il təvəllüdlü Hüseynov Həsən Azad oğlu Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzilini rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladları 03.11.2005-ci il təvəllüdlü X2, 11.12.2010-cu il təvəllüdlü X5, 27.04.2009-cu il təvəllüdlü X3, 05.10.2012-ci il təvəllüdlü Hüseynov Həsən Azad oğlunun həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 azyaşlı övladları 03.11.2005-ci il təvəllüdlü X2, 11.12.2010-cu il təvəllüdlü X5, 27.04.2009-cu il təvəllüdlü X3, 05.10.2012-ci il təvəllüdlü Hüseynov Həsən Azad oğlu ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlərin Sumqayıt şəhəri, 6-cı mikrorayon, 31 saylı evin, 32 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar