Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1741/2020 18.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürülmətələbinə dair iddiası üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üç azyaşlı övladları xx.xx.2008ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzilinə köçürülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlərdən Cavabdeh1 İddiaçı keçmiş həyat yoldaşı, Cavabdeh2 keçmiş qaynanasıdır. Birgə nikalarından xx.xx.2008- ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı üç övladları anadan olmuşdur. 2007-ci il tarixdən cehiz əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 48- ci məhəllə, 2B saylı evin 13 saylı mənzilinə gəlin köçmüşdür. O gəlin köçərkən mənzil Dövlət Mənzil Fonduna aid olub. İddiaçı köçdükdən sonra özəlləşdirilmişdir və o 2010-cu il tarixdə mübahisəli mənzilə qeydiyyatda düşmüşdür. Gəlin köçdüyü müddətdən cavabdeh və onun ailə üzvləri ilə birgə yaşamış və birgə təsərrüfat idarə etmişdir. İddiaçının övladları da doğulduqdan sonra birlikdə sözügedən mənzilə pasport qeydiyyatına düşmüşlər. Bir müddət sonra evdə baş verən narazılıqlar nəticəsində onun iddiası əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 iddiaçının himayəsinə verilməsinə və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hal-hazırda cavabdehlərlə aralarında mübahisələr var və onlar iddiaçını qeydiyyatda olduğu mənzildə yaşamağa imkan vermirlər. Mənzilin açarlarını da əlindən alıblar. Cavabdehlər hal-hazırda ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayırlar. İddiaçının cehiz əmlakları da həmin evdədir. Məhkəmə mübahisələri yay aylarına təsadüf etdiyinə görə iddiaçının uşaqları yay tətilində müvəqqəti olaraq atasıgilin yanında - Ağsu rayonunda qalmışdır. Uşaqların təhsili ilə əlaqədar iddiaçı Sumqayıt şəhərinə gəlməli olmuşdur. İddiaçı uşaqları ilə birlikdə kirayədə qalmağa məcbur olmuşdur. Özü heç bir yerdə işləmir. Uşaqlar böyüdükcə təlabatları da artır. İddiaçı ömrü boyu kirayədə yaşaya bilməz. Uşaqlar cavabdehin də uşağıdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının vəkili onu da bildirdi ki, iddiaçı mübahisəli mənzilə köçərkən mənzil dövlət fondunda olmuşdur. Sonradan 2013-cü ildə özəlləşdirilmişdir. Ona görə də vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı onun keçmiş gəlinidir. O uşaqları ilə birlikdə başqa kişiyə qoşularaq evi tərk etmişdir. Hazırda iddiaçının onun mənzilində yaşamaq hüququ yoxdur. Belə ki, o öz istəyi ilə evi tərk etmişdir. İddiaçının getdiyi gün o 102 xidmətinə zəng vurub iddiaçının evi tərk etdiyini bildirmişdir. İddiaçı nəvələri ilə də onları görüşməyə imkan vermir. Belə bir gəlinin onun evində qalmasına razı ola bilməz. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Cavabdeh2 ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İİİ seriyalı 393311, AZ-İİ seriyalı 228943, AZ-İİ seriyalı 413275 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 189 saylı arayışdan görünür ki, İddiaçı 2010-cu ildən Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 2007-ci ildən Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzilinə gəlin gələrək 2010-cu ildən həmin mənzilə qeydiyyata düşməsini və 2019-cu ilinmay ayınadək orada yaşamasını Qızyetər Abdullayeva, Zabitə Xanıyeva (eyni binada 19 saylı mənzilin sakini) və Təranə Həsənova (eyni binada 1 saylı mənzilin sakini) öz imzaları ilə təsdiqləmişlər. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9277/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və onların saxlanılması üçün Cavabdeh1 hər ay hər uşağa 120 manat olmaqla 360 manat aliment tutulması qət edilmişdir. Məhkəmənin sorğusu əsasında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı X6 məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli **********15 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzili Sumqayıt XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 25/161 saylı, xx.xx.1991 -ci il tarixli order, Sumqayıt şəhər 20 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 1389 saylı, xx.xx.2013-cü il tarixli mənzilə evə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəllşdirməyə razılıqları barədə ərizələr əsasında X1 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reystrindən çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş xx xxxxxx 1991-ci il tarixli, 25/161 saylı orderə əsəsən, Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzili Cavabdeh2 istifadəsinə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı 2007-ci ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, həmin tarixdə sonuncunun qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzilinə köçmüş və cavabdehlərlə 2019-cu ilin may ayınadək həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə gəlin köçərkən mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid yaşayış sahəsi olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil cavabdehlər ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. İddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən mübahisəli yaşayış sahəsinə köçürülmə barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzilinə köçürülmə hissəsində də əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, 2B saylı evin 13 saylı mənzilinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1741/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1741/2020
18.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver