Məhkəmə qərarları › İş №2(060)-1757/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1757/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1757/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 maraqlı şəxs Azərbaycan Respublikasmın Ədliyyə Nazirliyi 2 Saylı Sumqayıt Asan Xidmət X2rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi X15 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Sumqayıt Asan Xidmət X2rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1, X5, Məmmədova (Quliyeva) Bahar Miri qızının qohumu, yəni bacısı olmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi X15 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunun Çaybasar kəndində anadan olub. Ailə üzvləri X7, anası X10, qardaşı X18, bacısı X16, bacısı X11r. 1988-ci ildə ailə üzvləri Ermənistan Respublikasından məcburi köçkün düşən zaman o, əri və qızı ilə Rusiya Federasiyasına köçüb. O vaxtdan ona Rusiya Federasiyasının vətəndaşlığı verilmişdir. Daimi yaşayış yeri Rusiya Federasiyası olmağına baxmayaraq o, mütəmadi olaraq qardaş və bacılarının yanına gəlib və müxtəlif müddətlərdə Azərbaycan Respublikasında yaşayıb. Onun sənədləri, yəni doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Hal-hazırda ona qardaş və bacıları ilə qohumluq əlaqəsinin təsdiq olunması barədə sənəd lazımdır. Bunu isə heç cür əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. X1, X5, X9 bacısı olmağıı təsdiq edən qohum şahidləri də var. Onları məhkəmə iclasmda özü ilə birlikdə gətirəcə. Əlavə olaraq bildirmək istəyir ki, o, doğum aktının bərpası ilə bağlı Azərbaycan Respublikasında ona görə iddia verə bilmir ki, o, Rusiya Federasiyası vətəndaşıdır. Rusiya Federasiyasında isə verdiyi doğum aktınm bərpasına dair iddiada Ermənistan Respublikası sorğulara cavab vermədiyi üçün işin baxılması mümkün olmamışdır. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizəsinin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən ərizəçi X15 ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Rusiyadan gəlib, Azərbaycanda qeydiyyata düşüb. Hazırda doğum haqqında şəhadətnaməsi itib və onu bərpa edə bilmir. Bu faktın tanınması ona Azərbaycanda daimi qeydiyyata alınmaq üçün lazımdır. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etdi. 4.Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 Saylı Sumqayıt Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirmişdir ki, Gülər onun bacısıdır. Onlar ailədə beş uşaqdırlar. Bacıları Dilşat, Gülər, Niyar və Bahardır.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində bildirmişdir ki, Gülər onun bacısıdır. Bəhram qardaşıdır. Bacıları Dilşat, Gülər və Niyardır. Qeyd edir ki, Niyarın da doğum haqqında şəhadətnaməsi yoxdur.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, Gülər onun bacısıdır. Bəhram qardaşıdır. Bacıları Dilşat, Gülər və Bahardır. Onun da doğum haqqında şəhadətnaməsi yoxdur.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Gülər onların kəndçisidir. Onun atası Miri kişi, anası Gülşən idi. Onların Gülər, Niyar, Dilşat, Bahar və Bəhram adında beş uşaqları var.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, Gülər onun xalası, Bəhram isə dayısıdır. 10.Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi X13 doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir.

12. İşdə olan İ-ZJ ******* saylı doğum haqqında şəhadətnamin surətindən görünür ki, X19 xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. X7, anası X6r. 13.İşdə olan İV SL- 286100 saylı doğum haqqında şəhadətnamin surətindən görünür ki, X16 xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. X7, anası X6r. 14.İşdə olan xx.xx.2025-ci il tarixli, 09 nömrəli və 10 nömrəli arayışlardan görünür ki, X16 və X20 qaçqındırlar, məcburi köçkündürlər, evləri və əmlakları məhv edilmişdir. 15.İşdə olan AZE seriyalı, 18522259 nömrəli şəxsiyyət vəsiqəsinin surətindın görünür ki, X18 XX.XX,1961-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Çaybasar kəndində doğulmuşdur. 16.İşdə olan MYİ 0****** nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, X15 xx.xx.1966-cı ildə Ermənistan Respublikasında doğulmuşdur. Onun xx.xx.2025-ci ilədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi vardır və ünvan 1 ünvanında qeydiyyatdadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi X15 xx.xx.1966-cı ildə Ermənistan Respublikası, Amasiya rayonunun Çaybasar kəndində doğulmuşdur. X7, anası X6r. Ərizəçinin X8, X5, Məmmədova (Quliyeva) Bahar Miri qızının qohumu, yəni bacısıdır. Bu hal işdə olan sənədlərlə və şahid ifadələri ilə təsdiq olunur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. 19.“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 20.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 X8, X5, Məmmədova (Quliyeva) Bahar Miri qızının qohumu, yəni bacısı olması faktı müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

22. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır.

23. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Nəticə hissəsi: 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. X4 X8, X5, Məmmədova (Quliyeva) Bahar Miri qızının qohumu, yəni bacısı olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar