Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1760/2024 25.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh qarşı Cavabdeh azyaşlı qızı X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh azyaşlı qızı X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1607/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, 24- də yerləşən evin 1/7 hissəsində X5, 4/7 hissəsində onun, yəni İddiaçı payları müəyyən edilmiş və bu barədə AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA Na ******* saylı çıxarış verilmiş, Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilmişdir. O, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/7 hissəsinin mülkiyyətçisi olsa da, həmin evdə qeyri-qanuni yaşayan Salahov Elçin Əlimurad oğlu mülkiyyətində olan evdən könüllü olaraq çıxmadığından, öz hərəkətləri ilə onun mülkiyyət hüquqlarını pozduğundan cavabdeh Salahov Elçin Əlimurad oğluna qarşı «evdən çıxarılma tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5143/2014, 01 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmiş, cavabdeh Salahov Elçin Əlimurad oğlunun ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı saylı evdən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Salahov Elçin Əlimurad oğlu apellyasiya şikayəti təqdim etmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1714, 03 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh E.Ə.Salahovun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(060)-5143/2014 saylı qətnaməsi - «cavabdehin ailə üzvləri Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılsın» hissəsində ləğv edilmiş və həmin hissədə təmin edilməmişdir. Qətnamə cavabdeh Salahov Elçin Əlimurad oğlu Sumqayıt şəhəri, H.ZTağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılsın hissəsində dəyişdirilmədən saxlanılmış, əsas olaraq iddia tələbində cavabdehin ailə üzvlərinə münasibətdə ailə üzvlərinin dairəsi, soyadı, adı, atasının adı, ünvanların göstərilməməsi, həmin şəxslərə münasibətdə mülki prosessual qanunvericiliyin tələblərinə riyayət olunmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir göstərilmişdir. Ona görə də o, ikinci dəfə Salahov Elçin Əlimurad oğlunun ailə üzvlərinin - arvadı Cavabdeh azyaşlı uşağı X14 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9043/2015, 10 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddiası rədd edilmiş, İddiaçı Cavabdeh azyaşlı uşağı X14 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi təmin edilməmiş, əsas olaraq onun mülkiyyətində payının 4/7 hissədə olması, qalan 1/7 hissənin bacısı X6 məxsus olması, həmçinin mübahisəli əmlak paylarının naturada müəyyən edilməməsi və hazırki şəraitdə cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmadığı göstərilmişdir. Ona görə də o, yaranmış mübahisəni həll etmək üçün cavabdeh X6 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, 24-də yerləşən evin paylarına mütanasib naturada bölgüsünə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2104/2017 saylı mülki iş üzrə, 04 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X2rşı miras əmlakda payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evdən İddiaçı oğlunun payı məhkəmə tikinti ekspertizasının rəyinə əlavə edilmiş planda göstərilən qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş MA ******* saylı çıxarışa və xx.xx.2012-ci ildə tərtib edilmiş 15965 saylı «Texniki Pasport»a uyğun naturada ayrılması qət edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 07 sentyabr 2017-ci il tarixli , 21419 saylı rəyinə əsasən Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evin texniki pasport məlumatları nəzərə alınmaqla, evə dair DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Çıxarışa əsasən İddiaçı və X5 paylarına yaxın şəkildə həmin paylara düşən hissələrin naturadan ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 11,2.1,2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. 4/7 hissədə payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 07 sentyabr 2017-ci il tarixli, 21419 saylı rəyində göstərilən qaydada naturada bölünməsi ilə razı olmadığından, yəni ona zərər vurulması ilə nəticələnən ekspertiza rəyinə əsasən qətnamə çıxarıldığından qətnamədən apellyasiya şikayəti təqdim etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 77/2019, 30 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində yerləşən 24 saylı evin naturada bölgüsünün aşağıdakı qaydada aparılması; Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində yerləşən 24 saylı evin sahəsi, 18.0 kv.m, 26.1. kv.metr olan 4, 5 və 6 saylı tikililər 4/7 paya, sahəsi 19.2 kv.metr olan 2 saylı tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi19.2 kv.metr olan otaqdan sahələri 26.1. kv.m və 23.6 kv.metr olan 4 və 5 saylı olan otaqlara açılan qapı bağlanmalı, sahəsi 23.6 kv.metr olan 4 saylı otaqla sahəsi 26.1. kv.metr olan tikili arasında qapı boşluğu yaradılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə icra İdarəsində icraata başlanılmışdır. Çoxsaylı şikayətlərindən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli qətnaməsi, icra sənədi nəhayət, 07 oktyabr 2020-ci il tarixdə böyük icra məmuru X12 və icra məmurları X15 və X10 tərəfindən icra edilmiş, bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və təsdiq edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-77 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək çıxarışın verilməsini xahiş etmişdir, İdarənin mütəxəssisi sözügedən fərdi yaşayış evinə müayinə keçirmək və ölçü işləri aparmaq üçün onun və nümayəndəsinin iştirakı ilə gəlsə də, onun payına düşən hissədə başqa ailə, Salahov Elçin Əlimurad oğlu, Cavabdeh və azyaşlı övladı yaşadığından onlar tərəfindən onların evə daxil olmağına şərait yaradılmamışdır. Ona görə də, Azərbaycan Respubiikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrt və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizəsinə baxaraq 04 aprel 2022-ci il tarixli, **********41 N-li məktubu ilə bildirmişdir ki, «Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin naturadan bölünməsini nəzərə alaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. “Bununla bağlı bildirilir ki, idarənin mütəxəssisi və vətəndaş, eləcə də onun vəkilinin iştirakı ilə daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman vətəndaşa məxsus evdə başqa bir ailə yaşadığından ölçü işlərinin aparılması mümkün olmamış, sözügedən evdə yaşayan vətəndaş tərəfindən baxış keçirilməsinə şərait yaradılmamışdır. Qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Daşınmaz Əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işiərinin apanlması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir». Xüsusi qeyd edir ki, Salahov Elçin Əlimurad oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evdən çıxarılması barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq Salahov Elçin Əlimurad oğlu arvadı və qızı ilə birlikdə həmin evdə yaşadığından, yəni Salahov Elçin Əlimurad oğlunun ailə üzvlərinin evdən çıxarılması barədə məhkəmə qətnaməsi olmadığından bu günədək evindən çıxarılmamışdır. Şəxsən özü X13 və arvadı, hazırki iddia ərizəsi üzrə Cavabdeh ilə yaranmış mübahisəni sülh yolu ilə, sakit və məhkəmədənkənar həll etməyə çalışsa da, nəticəsi olmamış, həmin şəxslər tərəfındən hədə və təhdidlərə məruz qalmışdır. Həmin şəxslər onu tutdurmaqla, özlərini yandırmaqla hədələmişlər. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi, Cavabdeh azyaşlı uşağı X9 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən məhkəmədənkənar çıxarılması qeyrimümkündür. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2005-ci ildə səhhəti ilə əlaqədar Ruhi-Əsəb Dispanserində olmuşdur. Həmin vaxt onun evi və həyəti satılmış və qardaşı Rusiyaya qaçmışdır. Bu məsələ ilə bağlı uzunmüddətli məhkəmə prosesləri olmuşdur və nəticədə həmin ev üzrə onun payı müəyyən edilmişdir. Hazırda cavabdeh evin ona aid hissəsində yaşayır. Bir dəfə Cavabdeh qarşı mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Mənzil naturada bölünmədiyindən onun iddiası təmin edilməmişdir. Hazırda mənzilin naturada bölünməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Neçə illərdir məhkəmələrdə qalmışdır. Onun ailə üzvü təkcə həyat yoldaşıdır. Özü xərçəng xəstəsidir. Bu səbəbdən vəfat etmədən öncə bu məsələnin həllini tapmasını istəyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə bağlı bildirmişdir ki, iddianı qəbul etmir. Mübahisəli ev bir neçə şəxsə satılmış və evi satan şəxslər bu hadisədən sonra xaricə qaçmışdır və həmin şəxslər barəsində bu günə kimi məlumat ala bilmirlər. Hazırda o, mübahisəli evin iddiaçıya məxsus hissəsində yaşayır. Bir dəfə də iddiaçı onu məhkəməyə vermişdir. O, özünü yandırdığından məhkəmə iddia tələbini rədd etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı ev 4/7 hissədə X3, 1/7 hissədə X1 payı müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5143/2014 saylı, 01 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, cavabdeh Salahov Elçin Əlimurad oğlunun ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1714/2014 saylı, 03 dekabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh E.Ə.Salahovun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2014-cü il tarixli, 2(060)-5143/2014 saylı qətnaməsi - «cavabdehin ailə üzvləri Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılsın» hissəsində ləğv edilmiş və həmin hissədə təmin edilməmiş, qətnamə cavabdeh Salaşov Elçin Əlimurad oğlunun Sumqayıt şəhəri, H.ZTağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9043/2015 saylı, 10 noyabr 2015-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh azyaşlı uşağı X14 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2104/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evdən İddiaçı oğlunun payı məhkəmə tikinti ekspertizasının rəyinə əlavə edilmiş planda göstərilən qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş MA ******* saylı çıxarışa və xx.xx.2012-ci ildə tərtib edilmiş 15965 sayli «Texniki Pasport»a uyğun naturada ayrılması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-77/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində yerləşən 24 saylı evin naturada bölgüsünün aşağıdakı qaydada aparılması-Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində yerləşən 24 saylı evin sahəsi, 18.0 kv.m, 26.1. kv.metr olan 4, 5 və 6 saylı tikililər 4/7 paya, sahəsi 19.2 kv.metr olan 2 saylı tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi19.2 kv.metr olan otaqdan sahələri 26.1. kv.m və 23.6 kv.metr olan 4 və 5 saylı olan otaqlara açılan qapı bağlanmalı, sahəsi 23.6 kv.metr olan 4 saylı otaqla sahəsi 26.1. kv.metr olan tikili arasında qapı boşluğu yaradılması qət edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-77/2019 saylı, 30 aprel 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 0.00498 ha torpaq sahəsində yerləşən 24 A saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Salahov Elçin Əlimurad oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 0.00498 ha torpaq sahəsində yerləşən 96.10 kv.m-dən 24 A saylı fərdi yaşayış evinin bir hissəsi mülkiyyət hüququ əsasında Babayev Abzar Baba oğlunun adına 05 nömrəli reyestr kitabında 224 reyestr nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-226/2011 saylı, 14 fevral 2011-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, 14000 manat pulun Babayev Abzar Baba oğlundan alınıb Salahov Elçin Əlimurad oğluna verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Babayev Abzar Baba oğlu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsindəki 24 saylı evin, ümumi sahəsi -123.5 kv.m yaşayış sahəsi, 47.2 kv.m olan 3 otağını X11 və ümumi 49.8 kv.m, yaşayış sahəsi -30 kv.m olan 3 otağını Salahov Elçin Əlimurad oğluna satmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, eyni tərəflər arasında eyni tələbə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da, hazırda iddiaçı yeni əsaslarla məhkəməyə müraciət etmişdir. Belə ki, ilk dəfə işə baxılarkən mübahisəli ev naturada bölünməsə də, hazırda mübahisəli evin naturada bölünməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Bu səbəbdən məhkəmə hazırki iddia tələbini icraatına qəbul edərək, mahiyyəti üzrə baxmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsində yerləşən 24 saylı evin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında naturada bölgüsü aparılmış, evin sahəsi, 18.0 kv.m, 26.1. kv.metr olan 4, 5 və 6 saylı tikililəri 4/7 paya, sahəsi 19.2 kv.metr olan 2 saylı tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi 19.2 kv.metr olan otaqdan sahələri 26.1. kv.m və 23.6 kv.metr olan 4 və 5 saylı olan otaqlara açılan qapının bağlanması, sahəsi 23.6 kv.metr olan 4 saylı otaqla sahəsi 26.1. kv.metr olan tikili arasında qapı boşluğunun yaradılması qərara alınmışdır. Hazırda İddiaçı Cavabdeh azyaşlı övladı X14 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllənin 213.1. və 213.2. maddələri). Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.(215.2) Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisəli fərdi yaşayış evi birgə paylı mülkiyyətdə olduğundan və iddiaçının payı məhkəmə qətnaməsinə əsasən naturada bölündüyündən Cavabdeh evin iddiaçıya məxsus hissəsində yaşayıb-yaşamadığını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2581 nömrəli rəyindən görünür ki, Salahova (rəydə texniki yanlışlıq olaraq Soltanova qeyd edilmişdir) Jalə Camal qızı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin Sumqayıt Apeliyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-77/2019 salı qətnaməsinə əsasən naturada bölgüsü qaydasında (Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin sahəsi 18,0 kv.m, 26,1 kv.m, 23,6 kv.m olan 4,5 və 6 saylı tikililər 4/7 paya , sahəsi 19,2 kv.m olan 2 saylı tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi 19,2 kv.m olan otağdan sahəsi 26,1 kv.m və 23,6 kv.m olan 4 və 5 saylı olan otaqlara açılan qapı bağlanmalı, sahəsi 23,6 kv.m olan 4 saylı otaqla sahəsi 26,1 kv.m olan tikili arasında qapı boşluğu yaradılsın) İddiaçı məxsus (23,6 kv.m 4 saylı tikili) hissəsindən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh azyaşlı qızı ilə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin İddiaçı məxsus hissəsində (sahəsi 23,6 kv.m olan 4 saylı tikilidə) yaşayır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsasında cavabdehin həmin evin iddiaçıya məxsus hissəsindən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozan və məhdudlaşdıran haldır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən evin İddiaçı məxsus sahəsi 23,6 kv.m olan 4 saylı tikilidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin qızı - X14 ilə birlikdə evdən çıxarılması hissəsində də təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun yarısı - 50 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci həm cavabdehə, həm də iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh aid olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh övladı X14 ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi ünvanında yerləşən 24 saylı evin sahəsi 23,6 kv.metr olan 4 saylı tikilidən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq İddiaçı 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ********************saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1760/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1760/2024
25.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver