Məhkəmə qərarları › İş №2(060)-1764/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1764/2024

01.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1764/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Xudaverdiyev Dilqəm Fərman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, mənzilə köçürülmə tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanmda yerləşən 12 saylı mənzilə İddiaçı, ailə üzvləri və əşyaları ilə birlikdə köçürülməsi, mənzilə giriş-çıxışlara edilmiş maneələrin Cavabdeh və digərlərinə qadağan edilməsi və həmin maneələrin aradan qaldırılması, mənzilin giriş -çıxışı üçün nəzərədə tutulmuş qapının açarının bir nüsxəsinin İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 7200 manat kompensasiya ödəməklə onların Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən iki otaqlı 12 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, hazır ki, iş üzrə cavabdeh onun anasıdır, o, bu iddianı qaldırmaqda mənəvi əziyyət çəkir, ancaq artıq buna məcburdur. Dəfələrlə cavabdehə müraciət etmişdir ki, yaşadığı, təsərrüfat işlərini apardığı, böyüyüb boya başa çatdığı ünvan 1 ünvanına köçsün və əvvəlki kimi yaşamaqlarına davam etsinlər, ancaq buna Cavabdeh icazə verməmişdir. O, hazırda həyat yoldaşı ilə birgə kirayələrdə yaşayırlar, sözün əsl mənasında sürünürlər. Təmirsiz, rütubətli, yararsız olan bir evdə kirayə yaşayırlar, artıq kirayə ödənişlərinin edilməsində çətinliklər çəkirlər. Cavabdeh onu və ailəsini qeydiyyatda olduğu yaşadığı illərinin keçdiyi mənzildə yaşamağa icazə verməmiş, hətta iddia ərizəsi ilə, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5.000 (beş min) manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən 12 saylı mənzilə yaşayışistifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4920/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan başqa, o, İİİ qrup ümumi əlildir, cavabdeh onun anasıdır, daim onunla əlaqələri olmuşdur, hazırki mübahisəli mənzildə digər ailə üzvləri kimi o,da yaşamış və oradan daimi olaraq istifadə etmişdir. İİİ qrup əlil kimi ona təqaüd təyin edilmişdir, onun təqaüd kartı 2018- ci ilin avqust ayına qədər anasında olmuşdur, daim o, özü pul vəsaitlərini kart vasitəsilə ATM -lərdən çıxaraq nağdlaşdırırdı, bundan əlavə olaraq o, McDonalds firmasında da çalışmış, orada olan əmək haqqı kartı daim cavabdeh yəni anasında olmuş və ATM-lərdən həmin pul vəsaitlərini özü çıxararaq nağdlaşdırmış və öz ehtiyacları qarşılamışdır, kartların onda olması və onun tərəfindən istifadə edilməsi məhkəmə tərəfindən banka sorğu verilərsə hər bir məsələ öz aydınlığına qovuşacaqdır. Milli dəyərləri nəzərə alaraq o, həmin evdən çıxarılan vaxtda məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etmədi ki, ayıbdır, etmək olmaz, ona görədə sakit bir formada kirayə yaşamağa davam etmişdir. Əlavə olaraq qeyd edir ki, onun övladı olmur, bununla əlaqədar olaraq mənəvi iztirablar keçirir, müəyyən qədər müalicələr almış, ancaq müalicələr yüksək məbləğlər tələb edir. Hazırda müalicəni davam etdirə bilmir. Xəstəliyində səbəbi soyuducu anbarda gecə növbələrində işləməyinin nəticəsidir, oradada işləməyi anası və digər bacılarının xərclərini ödəmək üçün olmuşdur. Bundan başqa ailə üzvləri yəni anası və bacıları ona qarşı daim kobudluqlar etmiş, təqiblərə məruz qalmış, hətta onun qabağına bir boşqab yemək belə qoyulmurdu. Həmişə iş üzrə cavabdeh onu oğurluqla ittiham etmiş və polislə hədələmişdir, ancaq buna dair heç bir sübut və fakt olmamışdır, dedikləri öz təsdiqini tapmamışdır. O, dəfələrlə cavabdehə bildirmişdir ki, normal kompensasiya verin ki, o, ilkin ödəniş edərək Sumqayıt şəhərində mənzil əldə edə bilsin, ancaq buna məhəl qoyulmamışdır. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı, Cavabdeh xx xxxxxx 1965-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Hazırda həmin ünvanda oğlu-İddiaçı, qızı - X5 və nəvəsi - X6 pasport qeydiyyatındadırlar. Qeyd edir ki, mübahisəli yataqxana-mənzil-2 otaqdan ibarətdir: 24.72 yaşayış və 16.68 köməkçi hissələr. Hazırki iş üzrə iddiaçı-cavabdeh qeyd olunduğu kimi onun oğludur. Cavabdeh mənzildə pasport qeydiyyatında olsa da 2017-ci il tarixdən həmin mənzildə yaşamır. Belə ki, 2017-ci il tarixdə oğlu İddiaçı işləmək üçün Türkiyə Respublikasına getmiş, ora getdikdən sonra bir müddət əlaqəsi olsa da sonradan əlaqələri kəsilmiş və o, vaxtdan bəri heç bir əlaqələri və münasibətləri olmamışdır. Azərbaycan Respublikasında olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Cavabdehin mənzildə faktiki yaşamaması, eləcə də pasport qeydiyyatında olması iddiaçının mənzilə mülkyyət hüququnu məhdudlaşdırır. Belə ki, mənzil ilə bağlı hər hansı həyata keçirmək istədikdə pasport qeydiyyatında olduğu üçün cavabdehin da razılığı tələb olunur, eləcə də ona görə əlavə ödənişlər ödəyir. Cavabdeh qeyd edir ki, iddiaçıya dəfələrlə müraciət edib, hansı ki, yalandır, oğlu heç vaxt Sumqayıtda yaşamaq istəməyib, deyirdi ki, Bakıda evi olsun istəyir və s.. İşlədiyi yerdə də yola getmirdi deyə ölkəni tərk etdi. Xaricə-Kiprə gedəndən sonra da iddiaçı ilə bir dəfə də olsun maraqlanmamışdır, əlaqələrini kəsmişdir. İddiaçı özü ana kimi narahat qalıb oğlunun işlədiyi şirkətin rəhbəriylə sosial şəbəkədən əlaqə saxlayıb oğlundan gizlincə xəbər tuturdu. İddiada ilkin iddia üzrə iddiaçı yalan qeyd edir ki, təsərrüfat aparmışlar və s. Hansı ki, iddiaçını tanıyan bilən hər kəs yaxşı bilir ki, iddiaçı 2021-ci il tarixə kimi işləmiş, həmişə də pulu olub, evə baxmış, övladlarının ehtiyaclarını tək başına ödəməyə çalışmışdır. İddiaçı tək ana kimi, bir gün belə olsun, qayğısını, sevgisini, pulunu övladlarından əskik etməmişdir. Oğlu isə onu saymayaraq xaricə getmiş, orda kefini sürmüş, ordan gələndən sonra da ailə qurmuş, illərdir əziyyətini çəkən anasını görməzdən gəlmişdir. Bildirir ki, oğlu uzun müddətdir ki, kirayədə qalıb (eşitdiyi və bildiyi qədərilə), arvadı özü də Bakıda işləyir və şəraiti gözəl olan evdə yaşayırlar. İddiaçı oğluna qarşı iddia qaldıranda da məhkəmə bildirmişdir ki, gəlsin Sumqayıtda qalsın, əgər Bakıda qalmaq çətinlik törədirsə, o isə Bakıda luks həyatına alışıb deyə Sumqayıtda qalmağı da düşünmür. Hətta həmişə deyib ki, Sumqayıt yer deyil ki, gələk qalaq. Özlərinə sığışdırmırdılar. Qeyd edir ki, evin mülkiyyətçisi iddiaçıdır və cavabdehin evində qeydiyyatda olması onun hüquqlarını kobud şəkildə pozur. İddiaçıdan tələb etdiyi pul məbləği heç yataqxananın bazar qiymətinin yarısı belə deyil (daha çoxdur) hansı ki, cavabdeh-oğlu iddiaçıya məxsus olan yataqxananın paylı mülkiyyətçisi deyil, sadəcə oğludur deyə ona kompensasiya verməklə evindən çıxmasını istəyir-baxmayaraq ki, oğlu özü illər öncə evini tərk etmiş, xaricə getmiş, daha sonra isə evlənmiş və Bakıda yaşamağa başlamışdır. Qanunun tələbinə əsasən də evlərini daimi əsaslarla tərk etmişdir. Birinci dəfə iddia qaldıranda məhkəmədə bildirdi ki, verəcəkləri kompensasiya ilə razı deyildir. Hansı ki, məhkəməyə təqdim olunan arayışdan da görünür ki, hazırda yataqxananın aylıq kirayə haqqı 180-200 manat civarıdır. Özü də iddiaçıya məxsus olan yataqxana demək olar ki, təmirsizdir, yaxşı vəziyyətdə deyil, çünki illərdir təkbaşına özü hər şeyin öhdəsindən gəlmiş, övladlarına kömək olmuş, hal-hazırda da işsizdir. Astma xəstəsidir və illərdir müalicə alır. Evdə aparatı da var, oğul olan kəs bir dəfə də olsun iddiaçıyla maraqlanmamış, dərmanlarının birini belə almamışdır. Cavabdeh- Mehdi iddia ərizəsində qeyd edir ki, iddiaçı evdə yaşamaqlarına icazə verməmiş, evdən çıxarılanda da məhkəməyə verməmişdir ki, ayıbdır və s. Hansı ki, cavabdeh özü də yaxşı bilir ki, illərdir özü evi tərk edib getmişdir, bu halı MİS-dən verilən arayış da təsdiq edir. O, iddia qaldırmasa idi belə çıxır ki, cavabdeh bu günə qədər köçürülmə tələb etməyəcəkdir. İddia ərizəsində qeyd edir ki, normal kompensasiya versin ki, Sumqayıt şəhərində normal mənzil əldə edə bilsin. Cavabdeh unudur ki, kompensasiya ilə paylı mülkiyyətçi fərqli anlayışdır. Cavabdehin iddiaçıdan tələb etdiyi məbləğ mülkiyyətçi kimi tələb edəcəyi puldur. Lap mülkiyyətçi belə olsa dediyi pul məbləği onun evinin real bazar qiymətindən də artıq olan məbləğdir. İlkin iddia üzrə iddiaçı kompensasiya institutunun nə demək olduğunu bilmir deyə izah etməyi özlərinə borc bilirlər ki-Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçı əri ilə boşananda 3 övlad onunla qalmış, sonra barışıq oldu gəldi evə, oğlunu dilə tutaraq özüylə apardı bu dəfə, alimenti verməkdən imtina etdi, əvəzində könüllü qeydiyyatdan çıxdı, iddiaçı da alimentdən imtina etmişdir. Sonra oğul kamaz maşın gətirdi, evin əşyalarını, hətta otaqların qapılarını çıxarıb tökdü həyətə, qonşuların yanında iddiaçını çox təhqir etdi, o, oğlunun üstünə polis gətirməmişdir. Sürücü biləndə qeyri- qanuni əmlak bölgüsü olmadan əşyaları aparırlar, qaytardı, əşyaları aparmaqdan imtina etdi. Sonra üstünə polis gətirdi, o da iddiaçını qanunla hərəkət etdiyi üçün onu danladı, sonra da çıxıb getdi. Əhmədliyə iş yerinə gəlib onu kollektiv qarşısında təhqir etdi (2006-cı il). Ərizə yazıb işdən çıxmışdır. 2006-2009-a qədər Bakıda müxtəlif ailələrdə dayəlik edib 3 balasını saxlamışdır. İddiaçı ali savadlı qeofizikdir. 2009-da SOCAR-a işə düzəlmiş, Bayıla gedib-gəlirdi. İndi bu hansı milli dəyərlərdən danışır anlamır. Qızı Vüsalə 2015-də ailə qurana kimi işləyib, o biri qızı da 2015-də ailə qurub, oxuduğu ADSU-də əlaçı təqaüdü alıb. Oğul deyir ki, işləyib anası, bacılarını saxlamışdır. İddiaçı bronxit-asma xəstəsidir, müalicələrinə xeyli pul gedir, xəstəxanalarda yatmağa imkanı olmadığı üçün əlillik vəsiqəsi ala bilməmiş, əsas oğlunu yatırdıb müalicələrini etmiş illər uzunu, hərbi komissarlığa, məktəbə, hamısına həmişə iddiaçı özü getmişdir tək qadın olaraq, illərini, həyatını, gecə- gündüzünü vermiş övladlarına ailəsinə.,bu da nəticəsi və əvəzidir. Evdə yaşayanda əlində 1 dənə çörək də alıb gətirməmişdir, nəinki bazarlıq edə. Evdə 1 dənə də olsun təsərrüfat işi aparmayıb, hamı şahiddir ki, hamısını iddiaçı eləmiş, indi yalandan pul qopartmaq üçün danışır, onun qohumlarına zəng edir, yazır, narahat edir, iddiaçını təhqir edir, şantaj edir, qızının ailəsini dağıdacağı ilə hədələyir ki, pul qopartsın. Xaricə gedəndə qapıda görüşdü onlarla getdi, ağladı, şəkillər də var. Dedi Azərbaycan yer deyil. Gedəndən bir az sonra onu və bacılarını bloka atdı, əlaqə kəsildi. Bircə 2017-ci il tarixdə may ayında xaricə gedəndən, 2018-ci il avqust ayına qədər əlillik kartı iddiaçıda olub, o da çox az bir məbləğdə pul idi, başqa 1 manat da onlara göndərməyib. Sonra qayıdıb gəlib Bakıya, orda da evlənib, o, və qızları heç bir işdə, toyda iştirak etməmişlər. Xəbərləri də olmamışdır. İddiaçı sosial şəbəkədən onun yeni nömrəsini tapmış, yalvarıv evə çağırmışdır. 1 dəfə yoldaşı ilə evə gəlib, bir dəfə də Bakıda onun baldızının toyunda olmuş, başqa məclislər filan olmayıb. Bakının mərkəzində kirayə qalır, kasıbdısa əgər dediyi kimi imkanı yoxdursa, gəlib Xırdalanda, Sumqayıtda (yoldaşının cehizi də yoxdu) ucuz evlərdə kirayə qalsın. Onunla yaşayanda Budapeştə həftəylə gedib səyahət etdiyini, gecələr dostlarıyala içib evə saat 1-də, 2-də gec gəlib qapını, stolu yumruqlayıb davalar saldığını demir. Ana 05.30-dan yuxudan ayılıb işə hazırlaşırdı getməyə. İş yerləri Sum- Əhmədli, Bayıl, Razin olub. O, vaxt da atasıyla çıxıb getdi, atdı onları, sonra peşman olub qayıtdı üzr istədi, iddiaçı da özü aldığı qızıllarını satıb məşğələlərinə xərcləmiş, o isə oxumadı, ali məktəbə qəbul olmadı, iddiaçının qızılları da belə getdi. İddiaçı cavabdehi oğurluqda ittiham etməmiş, əsassız danışır. Cavan yaşdan 2-ci dəfə ailə qurmamışdır ki, oğlu var deyə, ayıbdı..Bu da oğulun ona qoyduğu hörmət. Xaricdə olanda Kapadokiyaya dair səyahət şəkilləri də var.. Ana burda sistemlərddə, nəfəs aparatından ayrılıb işə gedirdi həmin vaxtlarda. İddiaçı özünü belə aparan bir adamla bir evdə qalmaqdan artıq çox qorxur. İstəmir illər keçəndən sonra yenidən belə bir xarakterli insanla bir evdə qalsın. Həyatları əks halda təhlükədə olar. Ona görə də bu gün iddiaçı mülkiyyətçi kimi öz hüquqlarından istifadə edərək onların hüquqlarını kobud şəkildə pozan bir şəxsin evində qeydiyyatda olmağını istəmir. Özü və qızı düşünmək məcburiyyətindədir. Sağlığı da imkan vermir ki, illər sonra yenidən onun etdiklərinə dözüb, onunla mübarizə aparsın. Bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4920/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsində məhkəmənin tədqiq etdiyi sübutlardan- iş materiallarında olan Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr idarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən 12 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır, işdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36, mənzil 12-də qeydiyyatdadır. İşə əlavə olan 11,07.2023-cü il tarixli Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş 11,07.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 2017-ci ilin may ayından Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36, mənzil 12-də yaşamır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2021- ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı üçüncü dərəcəli müddətsiz əlildir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 saylı mənzil 12-də yerləşən 2 otaqlı sadə təmirli mənzilin bugünkü bazar qiymətləri ilə kirayəsi 180-200 manat civarında qiymətləndirilir. Qeyd etdiklərindən də göründüyü kimi, baxmayaraq ki, cavabdehin-oğlunun cavabdehin mənzilindən istifadə hüququ yoxdur, yenə də iddiaçı humanistlik göstərərək oğluna kompensasiya ödəməklə evdən qeydiyyatdan çıxarılmasını istəyir. Əgər ki, aralarında razılıq olmazsa əlbəttə ki, ağlabatan bazar qiyməti müəyyən olunmaqla (qiymətləndirici təyin edilməklə-evimə baxış keçirilməklə) məhkəmə tərəfindən ağlabatan məbləğ müəyyən edilərək ilkin iddia üzrə iddiaçının istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, şəxsə 7200 manat kompensasiya ödəməklə onların Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən iki otaqlı 12 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin İddiaçı qarşılıqlı iddia tələbinə dair etirazını onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən 12 saylı mənzilə İddiaçı, ailə üzvləri və əşyaları ilə birlikdə köçürülməsi, mənzilə giriş-çıxışlara edilmiş maneələrin Cavabdeh və digərlərinə qadağan edilməsi və həmin maneələrin aradan qaldırılması, mənzilin giriş -çıxışı üçün nəzərədə tutulmuş qapının açarının bir nüsxəsinin İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh qarşlıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7200 manat kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk öncə onu qeyd edir ki, qarşlıqlı iddia icraata qəbul edilməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsinin qoşma hissəsində dövlət rüsumu ödənilməsi barədə hər hansısa qeyd yoxdur. Belə nəticəyə gəlir dövlət rüsumu ödənilmədən ərizə verilmişdir. Bu isə prosesual baxımdan yolverilməzdir. Bundan başqa Cavabdeh 5.000 (beş min) manat məbləğində kompensasiya verilməklə İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən 12 saylı mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4920/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Yenidən eyni halnan qarşılıqlı iddia verərək bu dəfə 2200 manat artırmaqla cəmi 7200 manat verilməklə xitam verilməsini xahiş edir. Əlavə olaraq Cavabdeh bildirir ki, 3 il ərzində kirayədə yaşamaq üçün 7200 kompensasiya verir, bu qəbuledilməzidir, belə ki, aylıq 200 manatdan nəzərdə tutaraq cəmi 7200 manat kompensasiya ödənilməsi barədə ərizə vermişdir. Qeyd edir ki, 200 manata kirayə təmirli mənzil 10 il bundan öncə idi, hazırda kirayə haqları 3 və daha çox artmışdır. Bildirir ki, hazırda 2 otaqlı köhnə tikili binalarda o formada mənzillər 500 manatdan başlayır. Orta hesabla 500 manatdan 3 il ərzində kirayədə yaşamaq üçün kompensasiya məbləği 18 000 min manat edir. Hazırda real rəqəm 18000 min manatdır, həmin kompensasiyanı Cavabdeh verəcəyi təqdirdə iddianın geri götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edilə bilər. Kirayə haqları və mənzillərin hazırki bazar qiymətləri barədə müxtəlif elan saytlarından məlumatlan etirazına əlavə edir. Bildirir ki, hazır ki iş üzrə cavabdeh onun anasıdır, o, bu iddianı qaldırmaqda mənəvi əziyyət çəkir, ancaq artıq buna məcburdur. Dəfələrlə cavabdehə müraciət etmişdir ki, yaşadığı, təsərrüfat işlərini apardığı, böyüyüb boya başa çatdığı ünvan 3 ünvanına köçüb və əvvəlki kimi yaşamaqlarına davam edərək, ancaq buna Cavabdeh icazə verməmişdir. O, hazırda həyat yoldaşı ilə birgə kirayələrdə yaşayırlar, sözün əsl mənasında sürünür. Təmirsiz, rütubətli, yararsız olan bir evdə kirayə yaşayır, artıq kirayə ödənişlərinin edilməsində çətinliklər çəkir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən bütün hallar ancaq və ancaq söz yığınıdır, heç bir hüquqi əsasız yoxdur, heç bir sübutu yoxdur. Bundan başqa məhkəmədə hazırda gedən proses ondan ibarətdir ki, İddiaçı, ailə üzvləri və əşyaları ilə birlikdə köçürülməsi, mənzilə giriş - çıxışlara edilmiş maneələrin Cavabdeh və digərlərinə qadağan edilməsi və həmin maneələrin aradan qaldırılması, mənzilin giriş -çıxışı üçün nəzərədə tutulmuş qapının açarının bir nüsxəsinin İddiaçı verilməsinin təmin edilsin. Təəssüf ki, Cavabdeh əsassız bir şəkildə iddiaya qarşı verdiyi qarşılıqlı iddiada öz həyat və fəaliyyətindən danışır, bildirir ki, iddia tələbi həddində buna münasibətin bildirilməsi və iddia edilən məsələ barədə konkret mövqe sərgilənməsi məqəsədəuyğundur. Bundan başqa oda iddiasında öz həyat və fəaliyyətini qeyd edərdi 5, 6 səhifə bundan yazardı, ancaq bunlara ehtiyac yoxdur. O, iddia ərizəsində konkret tələbini qoymuş və iddiasınıda müdafiə edir. Əlavə olaraq qeyd edir ki, onun övladı olmur, bununla əlaqədar olaraq mənəviz iztirablar keçirir, müəyyən qədər müalicələr almış, ancaq müalicələr yüksək məbləğlər tələb edir. Hazırda müalicəni davam etdirə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4920/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan AZ-İİ №442018 saylı, xx.xx.2021-ci il tarixli “Nikah haqqında şəhadətnamə”sinin surətindən görünür ki, İddiaçı X1 ilə 16 may 2021-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. İşə əlavə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36, mənzil 12-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36, mənzil 12-də yerləşən 2 otaqlı sadə təmirli mənzilin bugünkü bazar qiymətləri ilə kirayəsi 180-200 manat civarında qiymətləndirilir. Hazırki ilkin iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx.xx.1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Məhkəmə qeyd edir ki, iddiaçı-cavabdehin mübahisələndirilən mənzildə qeydiyyatda olması onun həmin yaşayış sahəsinə istifadə hüquqlarının olmasının göstəricisi kimi qəbul edilməməlidir. Sadalanan işin hallarına və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə hüququ yaranan vaxtda qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəları baxımından onun həmin mənzildən yaşayış sahəsi 6 aydan artıq saxlanmadığından, iddiaçı uzun müddət həmin mənzildən istifadə etmədiyindən, davamlı surətdə yaşamaq üçün başqa yerə köçdüyündən, bununla da iddiaçının yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, onun mübahisəli mənzilə köçürülməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Digər iddiaçının isə mübahisəli mənzilə istifadə hüquqları ümumiyyətlə yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iclası İddiaçı bildirdi ki, 2016-cı ildə könüllü şəkildə mübahisəli mənzili tərk edərək, uzun müddət ərzində müxtəlif ünvanlarda ailəsi ilə birlikdə kirayədə yaşayır. Hazırda təklif olunan məbləg ev almaq və ilkin ödəniş etmək üçün az oldugu üçün qarşılıqlı iddia ilə razı deyil. Belə ki, iddiaçının yaşayış sahəsinə köçürülməsi barədə iddiaları əsassız olduğundan, iddia “mənzilə giriş-çıxışlara edilmiş maneələrin Cavabdeh və digərlərinə qadağan edilməsi və həmin maneələrin aradan qaldırılması, mənzilin giriş -çıxışı üçün nəzərədə tutulmuş qapının açarının bir nüsxəsinin İddiaçı verilməsi”na dair hissədə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Hazırda cavabdeh-iddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçı-cavabdehə məxsusdur və iddiaçı-cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. Cavabdeh-İddiaçı-cavabdehə 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, mənzilə köçürülmə tələbinə dair” iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh İddiaçı 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 7200 (yeddi min iki yüz) manat kompensasiya ödəməklə onun Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən iki otaqlı 12 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar