Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-888/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması, mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X22 (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə (sonuncu məhkəmə iclasına gəlməmişdir) Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron Rayon Məhkəməsinin e-2(012)-724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X15 ilə cavabdeh İddiaçı arasında 1 saylı Bakı şəhəri "ASAN Xidmət’ X17 tərəfindən 18 fevral 2017-cı ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 340 №-si ilə qeyd edilmiş nikahın pozulması, cavabdeh İddiaçı X7 xeyrinə 03 yanvar 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 191 (yüz doxsan bir) manat sabit pul məbləğində aliment tutulması, aliment tutulmasının əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-701/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 12 saylı mənzilinə dair pay üzərində 1/2 pay nisbətində İddiaçı, 1/2 pay nisbətində isə Cavabdeh hüquqları tanınması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-701/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iddia qismən təmin olunması, "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzilə dair "xxxx" MTK ilə Axiyeva (Əliyeva) Zinyət Rafiq qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli 43 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda Axiyeva (Əliyeva) Zinyət Rafiq qızı və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunması, iddianın qalan hissəsi təmin edilməməsi, hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilməsi qət edilmişdir.
4. 12 sentyabr 2020-ci il tarixli 43 saylı müqavilədən görünür ki, X3 qəsəbəsində inşa edilən 11 mərtəbəli yaşayış evi № 3, mərtəbə 3, ümumi sahəsi 84,7 m2 olan 2 otaqlı 12 saylı mənzili "xxxx" MTK-dan 57.000 manata almışdır.
5. "xxxx" MTK tərəfindən Vəkil2 ünvanlanmış məktubdan görünür ki, Əliyeva(Axiyeva) Zinyət Rafiq qızı və İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin pay hüquqlu ilə üzvü olmamışdır. "xxxx" MTK-ya məxsus Bina 3 mənzil 12-də Əliyeva (Axiyeva) Zinyət Rafiq qızı və İddiaçı ilə MTK arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Göstərilən mənzilə dair, daxili qaydalara uyğun müvafiq pul məbləği MTK-nın hesabına köçürülməmişdir. 20 dekabr 2010-cu ildə daxili kredit əsasında X9 tərəfindən 29,645 manata alınmışdır. 12 sentyabr 2020-ci ildə öz aralarında razılaşma yolu ilə X4 həmin mənzili 57.000 manata X2. 2020-ci ildən nikahları pozulana kimi İddiaçı və Əliyeva (Axiyeva) X14 MTK-ya məxsus Bina 3 mənzil 12-də yaşamışdılar.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payı üzərində ½ hissəsində hüquqları tanınan ünvan 2 ünvanında yerləşən 12 saylı mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2017-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsində 340 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Cavabdehlə birgə nikahdan 03 yanvar 2018-ci il təvəllüdlü X16 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi cavabdehlə aralarında olan nikahın pozulması qət edilmişdir. Belə ki, cavabdehlə 12 sentyabr 2020-ci il tarixdə, yəni birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil əldə etmişlər. "xxxx" MTK ilə Əliyeva (Axiyeva) Zinyət Rafiq qızı arasında 12 sentyabr 2020-ci il tarixdə bağlanmış müqavilənin 3.2-ci maddəsindən də göründüyü kimi mübahisəli mənzilin alınması üçün 57.000 manat məbləğində pul ödənilmişdir. O, cavabdehlə 12 sentyabr 2020-ci il tarixdə, yəni birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil üzərində payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 701/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 12 saylı mənzilinə dair pay üzərində 1/2 pay nisbətində onun, 1/2 pay nisbətində isə Cavabdeh payı tanınmışdır. Yəni qeyd edilənlərdən də göründüyü kimi mübahisəli əmlak üzərində ½ hissədə pay haqqı mövcuddur. Lakin hazırda cavabdeh pay haqqı tanınan mənzildən istifadəsinə süni maneələr yaradır. Həmin mənzili tanımadığı şəxslərin istifadəsinə verir. O, hazırda pay haqqı tanınan, mülkiyyət hüququ olan əmlakdan istifadə edə, mənzilə daxilə ola bilmir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müracitə etmək zərurəti yaranmışdır.
8. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi və onun ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Koperativi tərəfindən verilmiş rəsmi arayışa əsasən, iş üzrə keçən İddiaçı və Cavabdeh heç bir zaman "xxxx" MTK-də payçı qismində üzv olmamışlar və mübahisəli mənzilin əldə olunasına, alınmasına, satlmasına dair MTK ilə bu şəxslər arasında hər hansı bir müqavilə bağlanmamışdır. Mübahisəli mənzil, daxili qaydalara uyğun olaraq, "xxxx" MTK tərəfindən kooperativ üzvü olan, X1. Sonradan S.Budaqova qanundan kənar formada, aralarında baş tutumuş sadə razılığa əsasən mübahisəli mənzili, Cavabdeh faktiki istifadəsinə vermişdir. İddiaçı və Cavabdeh arasında olan nikah pozulduqdan sonra (2023-cü il) hər ikisi bu mənzili tərk etmişlər ("xxxx" MTK arayışına). Qeyd: Mübahisəli mənzil daxil olmaqla, "xxxx" MTK-ya məxsus çoxmərtəbəli bina “sahibkarlıq təyinatlı” torpaq üzərində inşa edildiyindən qeyri-qanuni, özbaşına tikili hesab edilmiş və hazırki vaxdadək bu bina, Dövlət tərəfindən, müvafiq qaydada qəbul edilməmişdir (Bakı ş. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 701/2024 saylı mülki iş materiallarına). Qeyd olunanlar AR Mülki Prosessual Məcəlləsinin 388-ci, 390, 217.3 və 218.1 maddələrinin pozulması ilə nəticələnmişdir.
13. Məhkəmə, qətnaməsində AR MPM-n 82.3-cü maddəsinə istinad edilməklə hesab edilmişdir ki, İddiaçı mübahisəli mənzil üzrə ½ payı, Bakı Apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunduğundan fakt yenidən müzakirə oluna bilməz. Məhkəmə nəticəyə gəlmişdir ki, göstərilən iddiaçının mübahisəli mənzilə köçürülməsinə əsas yaradan dəlildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi, AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələlərdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 4.14-cü maddəsini (icrası gələcəyə hesablanmış bir xəyal) əsas gətirərək kooperativ üzvü olmayan ər-arvadın faktiki istifadəsində olan mənzil üzərində 1/2 payının müəyyənləşdir. Mübahisəli çoxmrətəbəli binanın özbaşına tikili olmasını sübut edən dəlilin üzdə olmasına baxmayaraq, apelyasiya instansiya məhkəməsinin qərarın 4.11-ci bəndini tətbiq etməmişdir). Payın müəyyən edilməsinə dair tələb qanunda təsbit iddia kimi qəbul olunur və apellyasiya məhkəməsi qətnaməsində, düzgün olaraq pay üzərində iddiaçı, İddiaçı hüquqlarının tanınmasının mümükün olmadığını bildirmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzil üzərində payının müəyyən edilməsi faktı, icrası qeyri-müəyyən gələcəyə hesablanmış məhkəmə qətnaməsi ilə təsdiq yox, təsbit olunmuşdur. Pay üzərində istifadə, sahiblik, mülkiyyət hüququları müvafiq qaydada tanınmadığından iddiaçı, öz payını ümumi əmlakdan ayrılmasını və bölünmüş payın üzərində “fərdi mülkiyyətçiyə” tanınmasına dair tələb irəli sürməmişdir. İddiaçı bu günkü günədək mənzil üzrə öz payını, qanunda nəzərdə tutulmuş qaydada, ayırıb böldürməmişdir bu səbəbdən, fərdi mülkiyyətçi kimi həmin konkret əmlaka (mənzil) dair hüquqlar əldə etməmişdir. Nikah pozulduğundan sonra iddiaçı, İddiaçı və cavabdeh, Cavabdeh biri-birinə kənar şəxslər hesab olunurlar. Bu əsasla, İddiaçı mübahisəli mənzilin ümumi sahəsinə köçürülməsi 3-cü şəxsin hüquqlarını pozur: iddiaçı yalnız ümumi əmlakdan (mənzildən) ayrılaraq bölünmüş öz sahəsinə (mülkiyyət və istifadə hüququ ilə) köçürülə bilinər. Qeyd olunanlara əsasən payın məhkəmə qətnaməsi ilə təsbit olunması, mübahisəli mənzilə köçürülmək üçün iddiaçıya tələb etmək hüququnu aça bilməmişdir: pay ayrılıb bölünmədiyindən həmin əmlaka dair hüquqlar bağlı vəziyyətdə qalmaqda dvam edir. Qətnamədə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə olunan istinadı da, düzgün hesab etmək olmaz belə ki,mübahisəli mənzil iddiaçının faktiki istifadəsində (qanuni istifadəsində olması haqda heç bir subut yoxdur) olmuş və bir neçə il bundan öncə iddiaçı bu mənzili tərk edərk (zorla çıxarılmasının sübutu yoxdur) getmişdir. Qeyd olunan əsasla iddiaçının bir zamanlar faktiki yaşadığı mübahisəli mənzil üzrə hər hansı bir hüququ qanunla tanınmadığından, onların pozulmasıda mümkünsüz hesab olunmalıdır. Məhkəmə qətnaməsində istinad olunan 43 saylı müqavilə, "xxxx" MTK tətəfindən verilmiş arayışa əsasən saxta hesab olunmalıdır. Belə ki, “müqaviləyə” nəzər salanda görünür ki, bu “sifariş” müqaviləsi 2010 cu ildə, yəni nikahdan 7 il öncə tərtib edilib və 2-ci vərəginə fərqli, kiçik şriflə saxta əsaslı məlumat daxil edilmişdir (43 saylı müqaviləyə). Belə bir müqavilənin, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələlərdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarının 4.14 maddəsi istiqamətində nə vaxtsa, kiməsə, hansısa bir hüquq yaratması mümkünsüzdür. Bu əsasla, iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün saxta əsaslarla tərtib edilmiş 43 saylı müqavilə formasında olan kağız parçası sübut növündə qətnaməni əsaslandıra bilməz.
14. Məhkəmə qətnaməsinin əsaslandırılması üçün, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsi düzgün seçilməmişdir. Bu maddənin “mənzilə köçürülmə” iddiası ilə heç bir əlaqəsi yoxdur. AR MM-nin 157-ci maddəsi əmlakın özgənin sahibliyindən geri tələb etməsini tənzimləyir. İddiaçı ümüumi əmlakda (mənzildə) hansı payını fərdi əmlak şəklində ayirıb böldürüb ki,onu cavabdehdən geri tələb etsin və ya, konkret hansı əmlakı cavabdeh özündə saxlayıb iddiaçıya qaytarmır?! Hazırki iddia işinin hallarına əsasən,İddiaçı mübahisəli mənzili illər öncə könüllü şəkildə tərk edib, yaşamır (rəsmi arayış). Belə olan halda iddiaçı hansı əsasla bir müddət faktiki istifadəsində olmuş mənzilə “əmlaka sahib etmiş” şəxs adı altında köçürülə bilinər?! Bildiyimiz kimi, “mənzilə köçürülmə” tələbi ilə əlaqədər mübahisələr, AR Mənzil Məcəlləsində nəzərdə tutulmuş normalar əsasında həll olunur. Mülki Məcəllənin normaları isə, paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə etmək qaydalarını tənzimləyir. Əgər mübahisəli mənzil, Tikinti Koperativinə məxsus çoxmərtəbəli binada yerləşirsə, iddiaçı ora “əmlaka sabiblik edən şəxs” qismində yox, Mülki Məcəllənin 178.8, 146.1. və 215- ci maddələrinin tələbi əsasında sahiblik və iatifadə hüququ ilə “köçürülə” bilinər. Göründüyü kimi, məhkəmə qətnaməsində AR Mülki Məcələsinin 157.8-ci maddəsi səhv tətbiq etmişdir.
15. Bundan başqa, Cavabdeh mənzilə köçürülməyə dair iddia tələbinə cavab verən tərəf kimi nə iddiaçı nə də, məhkəmə tərəfindən seçilə biməz. Belə ki, Cavabdeh bir müddət faktiki istifadəsində olan mübahisli mənzili illər öncə tərk edib və orada yaşamır (rəsmi arayış). Mübahisəli mənzildə yaşamayan Cavabdehlik daşımaqla iddiaçının mənzilə köçməsinə necə maneçilik törədə bilməsi bəlli deyildir. İddiaçı iddia tələbi üzrə kimi cavabdeh göstəribsə məhkəmədə, şəxsin kimliyinə aydınlıq gətirmədən onu cavab verən tərəf kimi tanımışdır. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan mənzil, Tikinti Koperativinə məxsus çoxmərtəbəli binada yerləşir. Bu mübahisənin həll yolları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarında özünü tapmışdır. Bu qərara əsasən, kooperativ mənzillərlə əlaqədər mülkiyyət, istifadə və sahiblik hüququ Mülki Məcəllənin 146.1-ci maddəsinin tələbi əsasında həll olunmalıdır. Məhkəmə qətnaməsi ilə iddiaçının “köçürüldüyü” mənzil, "xxxx" Mənzil Tikinti Koperativinə məxsus binada yerləşir və əgər iddiaçı X18 hansısa müqavilə əsasında tikinti-koperativinə məxsus mənzilə köçürülürsə həmin müqavilənin, Plenum Qərarına və Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən notarial təsdiq olunması tələb olunur. İşə əlavə edilmiş 43 saylı müqavilə saxta olduğundan onun notarial təsdiq edilməsi mümkünsüzdür.
16. Məhkəmə mübahisəli mənzilin MTK-ya məxsus çoxmərtəbəli binada yerləşməsini, iddiaçı və cavabdehin pay hüququ ilə kooperativ üzvü olmadığını, mübahisəli mənzilin qanundankənar, adi razılaşmaya əsasən kooperativ üzvü olan, X10 tərəfindən cavabdehin faktiki istifadəsinə verilməsini, iddiaçı və cavabdehin mübahisəli mənzili 2023-cü ildə könüllü şəkildə tərk etmə faktlarını araşdırmamışdır. Mülkiyyət, sahiblik, istifadə hüququ əldə etməyən iddiaçı, İddiaçı koperativ üzvlərinə məxsus binada yerləşən mənzilə əsassız olaraq “əmlaka sahiblik edən şəxs” adı altında köçürülmüşdür. Nəticədə tikinti kooperativin payçı üzvlərinin qanunla qorunan hüquqları pozulmuşdur.
17. Məhkəmə iddiaçını mübahisəli mənzilə “əmlaka sahiblik edən şəxs” qismində köçürmüşdür. Lakin İddiaçı necə, nə vaxt, hansı qayda və əsaslarla tikinti kooperativinə məxsus binada yerləşən mübahisəli mənzilə sahiblik etməsi faktına dair heç bir sübut göstərilməmişdir.
18. Məhkəmə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilə dair gözlənilən mülkiyyət hüququ mövcuddur, amma cavabdeh hərəkətləri ilə buna maneçilk törədir. Payçı hüququ ilə kooperativ üzvü olmayan və mübahisəli mənzilə qanunda nəzərdə tutulmuş qaydada istifadə və sahiblik etməyən iddiaçının heç bir mülkiyyət hüququ “gözləyə” bilməz. Bundan başqa, mübahisəli mənzili 2023-cü ildə tərk etmiş və mübahisəli mənzilə dair hər hansı bir hüququ tanınmayan cavabdehin hansı hərəkətləri iddaçının mənzilə “köçürülməsinə” maneçilik törədə bilməsi başa düşünülmür. Göründüyü kimi işin halları məhkəmənin gəldiyi nəticə ilə uyğunsuzluq daşıyır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
22. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu.
24. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.
26. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
29. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
30. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Abşeron Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edildiyindən kollegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və onların birgə nikahından 03 yanvar 2018-ci il təvəllüdlü X16 adlı bir övladı vardır. Həmçinin tərəflər birgə nikah zamanı "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №li mənzili əldə etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzilə dair "xxxx" MTK ilə Axiyeva (Əliyeva) Zinyət Rafiq qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli 43 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda Axiyeva (Əliyeva) Zinyət Rafiq qızı və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunması qət edilmişdir.
44. İddiaçı ünvan 2 ünvanında yerləşən 12 saylı mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi və onun ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməyi xahiş etmiş, cavabdeh tərəf isə öz növbəsində iddia tələbinə etiraz etmişdir.
45. İddianın qismən təmin edilərək cavabdehin sözügedən mənzilə köçürülməsini qət edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər 2020-ci ildən mübahisəli mənzildə yaşamışdırlar. Həmçinin tərəflərin hər birinin mübahisəli mənzilə dair bağlanmış müqavilədən irəli gələn hüquqa payları məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən müəyyən edilmişdir.
46. Apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, Cavabdeh olmalı olan şəxs deyil, mübahisəli mənzildə yaşamayan Cavabdehlik daşımaqla iddiaçının mənzilə köçməsinə necə maneçilik törədə bilməsi bəlli deyildir. İddiaçının mübahisəli mənzilə köçürülməsi üçün saxta əsaslarla tərtib edilmiş 43 saylı müqavilə formasında olan kağız parçası sübut növündə qətnaməni əsaslandıra bilməz. Nikah pozulduğundan sonra iddiaçı, İddiaçı və cavabdeh, Cavabdeh biri-birinə kənar şəxslər hesab olunurlar. Bu əsasla, İddiaçı mübahisəli mənzilin ümumi sahəsinə köçürülməsi 3-cü şəxsin hüquqlarını pozur, iddiaçı yalnız ümumi əmlakdan (mənzildən) ayrılaraq bölünmüş öz sahəsinə (mülkiyyət və istifadə hüququ ilə) köçürülə bilinər. Qeyd olunanlara əsasən payın məhkəmə qətnaməsi ilə təsbit olunması, mübahisəli mənzilə köçürülmək üçün iddiaçıya tələb etmək hüququnu aça bilməmişdir: pay ayrılıb bölünmədiyindən həmin əmlaka dair hüquqlar bağlı vəziyyətdə qalmaqda davam edir.
47. Məhkəmə kollegiyası qeyd edilən dəlillərlə razılaşmayaraq əvvəla qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3519/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzilə dair "xxxx" MTK ilə Axiyeva (Əliyeva) Zinyət Rafiq qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli 43 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda Axiyeva (Əliyeva) Zinyət Rafiq qızı və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunması qət edilmişdir. Başqa cür desək, hazırki iş üzrə iddiaçının sözügedən daşınmaz əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
49. Cavabdeh tərəfin “payın ayrılaraq bölünmüş öz sahəsinə (mülkiyyət və istifadə hüququ ilə) köçürülə bilinməsinin mümkün olması” barədə dəlilinə münasibətdə isə Məhkəmə kollegiyası qeyd edir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Hazırki iş üzrə isə iddiaçı hüquqa payı müəyyən edilmiş mənzilə köçürülməsinə dair iddia ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq onun iddiasını həmin hissədə təmin etmişdir.
50. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X23rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-729/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.