Məhkəmə qərarları › İş №2(076)-1843/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1843/2025

03.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1843/2025 03.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə, evdən istifadə hüququnun tanınması və həyətyanı torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə və həyətyanı torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, onun, Şəmkir rayonu Qaracəmirli kəndinin ərazisində yerləşən, Cavabdeh1 adına kənd təsərüfat başına kitabda qeydə alınmış 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evlə birlikdə 0,20 ha həyətyanı torpaq sahəsindən istifadə etməsinə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 anası, Cavabdeh3 Cəlal oglu qardaşı, Cavabdeh2 Cəlal qızı isə bacısıdır. O, xx.xx.1972-ci ildə atası X33 oglu ilə anası Cavabdeh1 birgə ailə həyatlarından Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş və həmin kənddə yerləşən, atası ilə anasının birgə nikahları zamanı əldə etdikləri, 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində böyüyüb yetkinlik yaşına çatmış və 1995-ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində yaşayan X15 ilə rəsmi nikaha daxil olaraq evlənib ailə qurmuş və birgə ailə şəraitində Şəmkir rayonu Mahmudlu kəndində yerləşən evdə yaşamışlar. Birgə ailə həyatlarından iki uşaqları olmuşdur. Əri ilə ailə münasibətləri pozulmasına görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur. Əri, oğlu Orxan Məmmədov və gəlini Əntiqə Məmmədova ona ər evində yaşamağa imkan verməmişlər. O əri ilə ayrıldıqdan sonra kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Ata-anasına məxsus olmuş, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən ata evini isə cavabdehlər bağlayaraq ona doğulub böyüdüyü həmin evdə yaşamağına imkan verməmişlər. Hazırda ata evində heç kim yaşamır. Yəni, anası Mahmudlu kəndində bacısı ikinci Cavabdeh2 evində onunla birlikdə yaşayır, üçüncü Cavabdeh3 isə Qaracəmirli kəndində yerləşən özünə məxsus evində ailəsi ilə yaşayır. Arxiv arayışına və Qaracəmirli kənd İƏD-nin nümayəndəsinin verdiyi arayışlara əsasən atasına məxsus olub həmin kənddə yerləşən, 0,20 ha həyətyanı torpaq sahəsi və həmin torpaqda inşa edilmiş, övladları yaşayıb böyüdüyü fərdi yaşayış evi Qaracəmirli kənd İƏD-nin təsərrüfat başına kitabında birinci cavabdeh anası Cavabdeh1 adına qeydə alınmışdır. Qeyd etdiyi kimi ata evi hazırda kimsənin yaşamadığı, boş olaraq mövcud olmasına baxmayaraq cavabdehlər tərəfindən ona həmin evdə yaşamağına imkan verilmir. Halbuki, atasından miras qalmış həmin evdə ən azından 1-ci növbə vərəsə olaraq onun da vərəsəlik payı vardır, ancaq atasından miras qalan həmin evin və həyətyanı torpaq sahəsinin hüquqi qeydiyyatının olmamasına görə həmin mülkdən pay tələb edə bilməmişdir. Onu da əlavə edir ki, o həmin təsərrüfatda rəsmi olaraq qeydiyyatdadır və həmin evdən, həyətyanı torpaq sahəsindən istifadə hüququ vardır. Ancaq, qeyd etdiyi kimi cavabehlər ona nə həmin evdə yaşamağına, nə də torpaq sahəsindən istifadə etməsinə imkan verməmişlər. İddiaçı iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə təqdim edərək, qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi ********** olan HDQH DƏDR-dən Çıxarış əsasında cavabdehlər Cavabdeh1 evə tam, 0,26 ha həyətyanı torpağa paylı, Cavabdeh2 Cəlal qızının 0,26 ha həyətyanı torpağa paylı, X4 0,26 ha həyətyanı torpağa paylı, onun 0,26 ha həyətyanı torpağa paylı mülkiyyətinə verilmiş 0,26 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 107,40 kv.m olan fərdi yaşayış evinə köçürülməyi, həmin evdən istifadə hüququnun tanınması və payına düşən həyətyanı torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.1972-ci ildə atası X33 oglu ilə anası Cavabdeh1 birgə ailə həyatlarından Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş və həmin kənddə yerləşən, atası ilə anasının birgə nikahları zamanı əldə etdikləri, 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində böyüyüb yetkinlik yaşına çatmışdır. 1995-ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində yaşayan X15 ilə rəsmi nikaha daxil olaraq evlənib ailə qurmuş və birgə ailə şəraitində Şəmkir rayonu Mahmudlu kəndində yerləşən evdə yaşamışlar. Birgə ailə həyatından iki uşaqları olmuşdur. Əri ilə ailə münasibətləri pozulmasına görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur. Əri, oğlu Orxan Məmmədov və gəlini Əntiqə Məmmədova ona ər evində yaşamağa imkan verməmişlər. O, əri ilə ayrıldıqdan sonra kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Ata-anasına məxsus olmuş, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən ata evini isə cavabdehlər bağlayaraq ona doğulub böyüdüyü həmin evdə yaşamağına imkan verməmişlər. Ata evində hazırda kimsə yaşamır, boş olaraq mövcud olmasına baxmayaraq cavabdehlər tərəfindən ona həmin evdə yaşamağına imkan verilmir. Onun atası xx.xx.1991-ci il tarixdə ölmüşdür. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı xx.xx.1972-ci ildə atası X33 oglu ilə anası Cavabdeh1 birgə ailə həyatlarından Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş və həmin kənddə yerləşən, atası ilə anasının birgə nikahları zamanı əldə etdikləri, 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində böyüyüb yetkinlik yaşına çatmış və 1995-ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində yaşayan X15 ilə rəsmi nikaha daxil olaraq evlənib ailə qurmuş və birgə ailə şəraitində Şəmkir rayonu Mahmudlu kəndində yerləşən evdə yaşamışlar. Birgə ailə həyatından iki uşaqları olmuşdur. Əri ilə ailə münasibətləri pozulmasına görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur. Əri, oğlu Orxan Məmmədov və gəlini Əntiqə Məmmədova iddiaçıya ər evində yaşamağa imkan verməmişlər. O əri ilə ayrıldıqdan sonra kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. Ata-anasına məxsus olmuş, Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən ata evini isə cavabdehlər bağlayaraq ona doğulub böyüdüyü həmin evdə yaşamağına imkan verməmişlər. Fərdi yaşayış evinin olduğu torpaq sahəsi ümumi birgə mülkiyyətdədir, lakin fərdi yaşayış evi iddiaçının atası X33 oglu ilə anası Cavabdeh1 birgə nikah dövründə inşa edilmişdir. Belə oldan halda isə iddiaçının atası X18 vəfat etdikdən sonra xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən fərdi yaşayış evi Cavabdeh1 tam, torpaq sahəsi isə Cavabdeh1, İddiaçı, X5, Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etmyərək, izahatında göstərdi ki, Cavabdeh1 onun anasıdır. İddiaçı özü qərəzli şəkildə yaşamağa yeri olmadığını qeyd etmişdir. Halbuki, iddiaçının əri evində bir həyətdə 3 ev vardır. Həmin evi də onun anası tikdirmişdir. Anası xəstədir və o ona qulluq edir. Lakin iddiaçı anasına qulluq etməmiş, qayğısına qalmamışdır. İddiaçının həmin evdən pay istəməsinin səbəbi evi satmaq istəməsidir. Fərdi yaşayış evi 1958-ci ildə tikilmişdir. İddiaçı əxlaqsızdır və buna görə onlar onun ora köçməsini istəmirlər. Anasının qulluğa ehtiyacı olduğu üçün 4 ildir ki, onunla yaşayır. Bəzi vaxtlarda anası evini istədiyi üçün onu evinə aparır, orada bir neçə gün qalıb qayıdırlar. İddiaçı hazırda həmin evi satmaq məqsədilə məhkəməyə belə bir iddia ilə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, iddiaçı onun anasıdır. Hazırda anası onun evində qalır. Onun baldızı da boşanmış və onlarla yaşayır. Lakin, onlar hamısı bir evdə yaşamır. Anası və atası 5 ay olar ki, boşanmışlar. Anası parnikdə işləyir. Ata evində atası, qardaşı və gəlinləri yaşayırlar. Atası anasına onlarla yaşamağa imkan vermir. Ər evi iki otaqlıdır və orada əri, qaynanası, iki nəfər uşaqları, o, baldızı və onun iki nəfər uşaqları yaşayırlar. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, iddiaçı öz evində yaşayır. Lakin məhkəmə yekunlaşanadək özü qərəzli olaraq qızıgildə yaşayır. İşinə gedib-gəlir. İddiaçının ər evinin həyətində anasının köməyi ilə 3 ev tikilmişdir. Hazırda anası yataq xəstəsidir. İddiaçı bir dəfə belə olsun anasına baxmamışdır. Cavabdeh2 məcbur olub anasını öz evinə aparmış və orada baxmışdır. Ata evi anasının adınadır. İddiaçı 1995-ci ildə ailə qurmuş, atası isə 1991-ci ildə ölmüşdür. Cavabdeh1 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu hallardan da aydın olur ki, iddia tamamilə qərəzli şəkildə qaldırılmışdır. Hesab edir ki, həmin hallar heç də iddiaçının qeyd etdiyi kimi onun evə köçürülməsi üçün əsas ola bilməz. Mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. İddiaçının həmin evə köçürülməsi üçün heç bir hüquqi əsas yoxdur. 1995-ci ildən ona məxsus olan evdən daimi əsaslarla çıxıb getmiş, həmin vaxtdan isə onunla birgə təsərrüfat idarə etməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Şəmkir rayonu, Qaracəmirli kəndi ünvanda yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onun adına tam mülkiyyət hüququ ilə qeydə alındığından, onun həmin fərdi yaşayış evi üzərində mövcud olan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməlidir. Ona görə də hesab edir ki, İddiaçı hazırkı iddiasının təmin edilməsi onun birbaşa konstitusiya ilə təminat altına alınmış mülkiyyət hüququnu pozacaqdır. Ona görə də mübahisənin həlli zamanı mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normaları tətbiq edilməlidir. İddianın qanuni həll edilməsi üçün ilk növbədə İddiaçı mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsi zəruridir. Belə ki, iddiaçı öz ərizəsində də qeyd etdiyi kimi 1995-ci ildə ailə quraraq Şəmkir rayonu Mahmudlu kəndinə köçmüş və orada yaşamışdır. İddia ərizəsinin məzmununda qeyd edilmişdir ki, müvəqqəti olaraq ər evində yaşamağa başlamışdır. Lakin bu heç də belə deyil. Hər kəs ailə qurduqdan sonra daimi olaraq başqa ünvana köçür, iddiaçı da həmçinin ailə quraraq Şəmkir rayonu Mahmudlu kəndinə köçmüş və ona məxsus olan evdən çıxıb getmişdir. Hazırda da həmin ünvanda yaşayır. Yaşadığı ünvanda iki fərdi yaşayış evi var və onun yaşayış sahəsinə ehtiyacı yoxdur. Həmçinin 1995-ci ildən sonra iddiaçı ona məxsus olan evdə yaşamamaqla istifadə hüququnu itirmişdir. Hazırda isə iddiaçı 30 ildir ki, daimi əsasla çıxıb getmişdir. Yəni müəyyən müddətə məcburiyyət qarşısında deyil, özünə ailə qurmaq və ayrı yaşamaq üçün ona məxsus mənzili tərk etmişdir. Göründüyü kimi Avropa İnsan Hüquqları Məhkəməsinin də formalaşdırmış olduğu müddətdən də kifayət qədər artıq bir müddət keçmişdir. Hesab edir ki, iddiaçının evdən çıxıb daimi olaraq başqa ünvana getməsi, onun mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilməsi üçün əsasdır. İddiaçı 1995-ci ildə müvəqqəti olaraq ər evinə köçməsi və hazırda yaşayış sahəsinin olmamasına istinad edərək ona məxsus olan evə köçmək istəməsini əsaslı hesab etmir. İddia tələbinin torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması hissəsinə münasibətdə qeyr edir ki, iddiaçının paylı mülkiyyətçi olması onun heç də onlarla birlikdə torpaq sahəsindən istifadə etməsi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçı özünə məxsus torpaq sahəsini istəyirsə, ona payına düşən hissəni naturada ayırıb özünə təqdim edə bilərlər. Odur ki, yuxarıda qeyd etdiyi halları nəzərə almaqla iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X19 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İşdə olan X26 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, 1986-1990-cı illərdə X8 adına 614 nömrəli təsərrüfat qeyd edilmiş və Cavabdeh1 (arvadı), X12 (qızı), X13 (qızı), İddiaçı (qızı) adlı ailə üzvləri var. İşdə olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təsərrüfat başçısı vəfat etdikdə mərhuma aid Təsərrüfat Kitabının şəxsi hesabında digər ailə üzvü (həyat yoldaşı, yoxdursa övladları) təsərrüfat başçısı kimi qeydə alınır. Vəfat etmiş şəxslər növbəti illərin təsərrüfat kitablarında qeydə alınmır. Bu səbəbdən də X18 vəfat etdikdən sonra təlimata uyğun olaraq vəfat edən şəxs kimi aidiyyəti paraqraflarda qeydiyyat aparılaraq şəxsi hesabda arvadı Cavabdeh1 təsərrüfat başçısı kimi qeyd olunmuşdur. X17 Kitabı təyinat olaraq statistik uçot kitabı olduğundan orada qeyd olunan şəxslərə mülkiyyət hüququ vermir və kitabda qeyd olunan məlumatlar müəyyən statistik göstəriciləri dəqiqləşdirmək üçün istifadə olunur. İşdə olan Şəmkir rayonu Qaracəmirli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Qaracəmirli bələdiyyəsinin 5 saylı şəxsi hesab kitabının 840cı səhifəsinə əsasən Cavabdeh1 adına 0.25 ha həyətyanı torpaq sahəsi vardır. Qaracəmirli bələdiyyəsinin şəxsi hesab kitabındakı torpaq sahəsi Şəmkir Arxiv İdarəsinin arayışındakı torpaq sahəsi ilə eyni olmasına baxmayaraq torpaq sahəsinin ölçülərində 0.25-0.20 ha olmaqla fərq vardır. İşdə olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyin 5- 76-12/2-08/2025 nömrəli məktubunda 07 nömrəli kitabının 601 nömrəli şəxsi hesabında texniki səhv olaraq mülkiyyətçi İddiaçı qeyd edilmişdir, əslində isə həmin şəxsi hesabda qeyd edilən 0.20 ha torpaq sahəsi Cavabdeh1 adınadır. Qeyd edilən torpaq sahəsi, mərhum X9 arxiv idarəsinin arayışında adına qeyd olunmuş 0.25 ha torpaq sahəsi ilə eynidir və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşir. Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyin 07 nömrəli kitabının 601 şəxsi hesabındakı torpaq sahəsi arxiv idarəsinin arayışındakı torpaq sahəsi ilə eyni olmasına baxmayaraq torpaq sahəsin ölüçülərində 0.25 -0.20 ha olmaqla fərq var. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. X2r, anası Cavabdeh1dır. İşdə olan xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 ilə İddiaçı nikahı onların razılığına, ərin arvadın ərizəsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vəfat edən tarixə qədər Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşamış X10 1991-ci il tarixdə vəfat etmişdir. X1 yaşadığı dövrü əhatə edən Təsərrüfatbaşına Kitablar Şəmkir rayon Arxiv İdarəsinə təhvil verildiyindən mərhumun adına hər hansı mülk və ya torpaq sahəsi barədə Qaracəmirli kənd İƏD üzrə nümayəndəlikdə hər hansı bir məlumat yoxdur. İddiaçı adına Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyin 07 nömrəli X17 Kitabının 601 nömrəli şəxsi hesabında 0.20 ha həyətyanı sahəsi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X8 adına daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Şəmkir RİHB Mahmudlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 anası Cavabdeh1 onunla birlikdə eyni fərdi yaşayış evində yaşayır. İşdə olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum X9 vaxtilə yaşadığı təsərrüfatda fərdi yaşayış evi var və hal hazırda Qaracəmirli kənd İƏD üzrə nümyəndəliyin X17 Kitabında Cavabdeh1 adına qeyd olunmuşdur. Yuxarıda qeyd edilən təsərrüfatda hal hazırda yaşayış yoxdur. (Həyətyanı sahə 0.20 ha) Cavabdeh1 övladı Cavabdeh2 kənd ərazisində yaşamır. Cavabdeh1 oğlu Cavabdeh3 Cəlal oğlu kənd ərazisində yaşayır. İşdə olan Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh1 xx.xx.2025-ci il tarixindən yuxarıda qeyd edilən mənzildə yaşayır hal hazıra kimi Mahmudlu kəndində yaşayırdı. İşdə olan Şəmkir RİHB Qapanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Mahmudlu kənd sakini İddiaçı hazırda Qapanlı kənd sakini, qızı X6 ailəsi ilə birlikdə onun qaynanası X7 məxsus evdə yaşayır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 107.40 kv.m. fərdi yaşayış evi Cavabdeh1 tam, 0.25 ha torpaq sahəsi isə Cavabdeh1, İddiaçı, X5, Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1972-ci ildə atası X18 ilə anası Cavabdeh1 birgə ailə həyatlarından Şəmkir rayonu Qaracəmirli kəndində anadan olmuş və həmin kənddə yerləşən, atası ilə anasının birgə nikahları zamanı əldə etdikləri, 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində böyüyüb yetkinlik yaşına çatmışdır. ünvan 3 ünvanında yerləşən 107.40 kv.m. fərdi yaşayış evi Cavabdeh1 tam, 0.25 ha torpaq sahəsi isə Cavabdeh1, İddiaçı, X5, Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı 1995-ci ildə Şəmkir rayonun Mahmudlu kəndində yaşayan X15 ilə rəsmi nikaha daxil olaraq evlənib ailə qurmuş və birgə ailə şəraitində Şəmkir rayonu Mahmudlu kəndində yerləşən evdə yaşamışlar. X15 ilə İddiaçı arasında olan nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra iddiaçı ər evindən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda İddiaçı paylı mülkiyyətində olan torpaq sahəsində yerləşən evə köçüb yaşamaq istəyir. Cavabdehlər iddiaçının mübahisəli fərdi yaşayış evinə köçüb yaşamasına maneçilik törədirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi onun paylı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, evdən istifadə hüququnun tanınması və torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə mülkiyyət hüququ ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mübahisənin mahiyyəti üzrə qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Həmçinin də, yaşayış sahəsinə köçürülmə özözlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: - iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, - iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, - iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, - iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə, iddiaçının mübahisəli ünvanda doğulub böyüməsini, cavabdehlərin ailə üzvü olmasını, nikah bağlananadək uzun müddət fasiləsiz olaraq mübahisəli evdə yaşamasını və mübahisəlin evin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçisi olmasını sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının ailə qurduğuna görə məcburiyyət qarşısında evdən çıxması, fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbi yaşayış sahəsinə olan mülkiyyət hüququna əsaslanır. Mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1, 152.5-ci mad.). Hazırkı işdə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının paylı mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı paylı mülkiyyətində olan əmlaka münasibətdə mülkiyyət hüququnun həyata keçirilməsində maneələrlə üzləşmişdir. Belə olan təqdirdə məhkəmə bildirir ki, iddiaçının fərdi yaşayış evinə köçürülmə barədə tələbi mülkiyyət hüququna əsaslandığı üçün iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının dövlət reyestrindən verilmiş Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ümumi paylı mülkiyyətində və cavabdehlərin faktiki sahibliyində olan, tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 107,40 kv.m olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə iddiaçının öz ailə üzvləri ilə birlikdə mübahisəli yaşayış evindən (mənzildən) istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının və onun əsasında da, iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehlərə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək, belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, iddiaçının ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin həmmülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, iddiaçının cavabdehlə ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etmək hüquqları qanunla qorunan hüquqdur. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evindən onun istifadə etməsinə cavabdehlərin imkan vermədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır, qarşı tərəfin hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, ona görə də iddiaçının qanunla qorunan hüquqları müdafiə edilməli və İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 107,40 kv.m olan fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddia tələbinin evdən istifadə hüququnun tanınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, yuxarıda sadalanan Qanunvericilik normalarının tələbindən də göründüyü kimi iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli evdən ailə quraraq başqa evə köçmüş olsa da, mübahisəli evdən istifadə hüququnu itirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının evdən istifadə hüququ artıq mövcud olduğundan onun yenidən evdə istifadə hüququnun tanınması ilə bağlı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə iddia tələbinin digər hissəsi, yəni iddiaçının payına düşən həyətyanı torpaq sahəsindən istifadəyə maneənin aradan qaldırılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının məhkəmə qaydasında mübahisəli torpaq sahəsində yerləşən evə köçürülməsi həmin torpaq sahəsində istifadəsini təmin edən haldır. Belə ki, iddiaçının artıq cavabdehlər maneçilik törətdiyinə görə mübahisəli evə köçürülmə ilə bağlı iddia tələbi olduğundan, hər iki tələb mahiyyət etibarı ilə eynilik təşkil etdiyindən iddiaçı evə köçürüldüyü halda onun payına düşən həyətyanı torpaq sahəsindən istifadəsinə qoyulan maneənin aradan qaldırılması məhkəmə qətnaməsinin icrası mərhələsində həll edilməsi məsələ olduğundan, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Odur ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 107,40 kv.m olan fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddiaçı tələb etmədiyi üçün ödənilmiş dövlət rüsümü iddiaçıya aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 107,40 kv.m olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsümü iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar