Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-178/2024 08.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti) «cavabdehin qanunsuz əməli nəticəsində portalda Əmək Məcəlləsinin 70C bəndinin Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair mülki işə 08 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin qanunsuz əməli nəticəsində portalda Əmək Məcəlləsinin 70C bəndinin Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, iddia ərizəsinin xahiş etdi hissəsində qərar sözünün qətnamə sözü ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə qarşı olan iddia tələbi üzrə mülki işin ərazi aidiyyati üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materialarında olan AZEMİS-dən əldə edilmiş çıxarışdan görünür ki, hazırda Cavabdeh MMC (VÖEN: **********), rəsmi qaydada ünvan 2 Şamaxı şossesi ünvanında qeydiyyatdadır. İş üzrə məhkəmənin 08 yanvar 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı izahatında bildirdi ki, özü aidiyyət məsələsini araşdırmış və məlum olmuşdur ki, mülki işə Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Ona görə ki, cavabdehin hüquqi və faktiki ünvanı həmin ərazidə yerləşir. Bildirir ki, işə qaldığı yerdən aidiyyatı məhkəmədə baxılmağa davam etdirilərək, ərizənin təmin edilməsi və mülki işin aidiyyətı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa (MPM-nin 44.2.2), hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə (MPM-nin 44.2.5) məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin rəsmi qaydada qeydiyyatda olduğu ünvan (VÖEN: **********), ünvan 2 Şamaxı şossesi ünvanı olduğundan mülki iş aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti) “cavabdehin qanunsuz əməli nəticəsində portalda Əmək Məcəlləsinin 70C bəndinin Əmək Məcəlləsinin 68-ci maddəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-178/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-178/2024
08.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver