Məhkəmə qərarları › İş №2(060)-1787/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1787/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1787/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi maraqlı tərəf 1 saylı Sumqayıt Regional Maraqlı şəxsnə qarşı doğumun qeyd edilməsi faktının müəyyən olunması və akt qeydinin bərpası tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: Ərizəçi maraqlı tərəf 1 saylı Sumqayıt Regional Maraqlı şəxsnə qarşı doğumun qeyd edilməsi faktının müəyyən olunması və akt qeydinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1967-ci ildə Ermənistan Respublikasının Amasya rayonunun Əzizbəyov kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və Ermənistan Respublikasının Amasya rayonu Əzizbəyov kənd Sovetliyi tərəfindən onun adına verilmiş 31 avqust 1967-ci il tarixli 1-ZJ-1023292 nömrəli doğum haqqında şəhadətnamə əsasında doğum haqqında akt qeydinin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi tərəfindən ərizənin forma və məzmun tələblərinə əməl olunmamış, ərizəçinin qeydiyyat və yaşayış ünvanı düzgün göstərilməmişdir. Belə ki, ərizəsində Ərizəçi qeydiyyatda olduğu ünvan ünvan 1ktron sistemdən əldə edilmiş çıxarışa əsasən ərizəçinin şəxsiyyət vəsiqəsi haqqında məlumatlar, yaşayış və qeydiyyatda olduğu ünvan barəsində heç bir məlumat müəyyən edilməmişdir. Bundan əlavə yaşayış yeri barədə məlumat ərizədə göstərilməyərək arayış əlavə edilməmişdir. Ərizəçi tərəfindən verilən tələblərə baxılması və araşdırılması müstəqil olaraq verilməli, ərizəsində ərizəçinin ünvanı düzgün göstərilməli, yaşayış yeri barədə məlumat dəqiq müəyyən edilməlidir. Bütün bu qeyd olunanlar ərizəçi tərəfindən ərizənin forma və məzmun tələblərinə əməl olunmaması qənaətinə məhkəmənin gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, ərizəçi və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.2-ci maddəsinə görə ərizəçinın, onun nümayəndəsinin (əgər ərizəsini nümayəndə təqdim edirsə), maraqlı şəxsin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, maraqlı şəxsin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə görə hakim ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. 152.1-ci maddəsinin tələbinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə (MPM 152.1.3) hakim ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, Ərizəçi yuxarıda qeyd olunan tələblərə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı tərəf 1 saylı Sumqayıt Regional Maraqlı şəxsnə qarşı doğumun qeyd edilməsi faktının müəyyən olunması və akt qeydinin bərpası tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi yuxarıda qeyd olunan tələblərə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar