Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1818/2022 07.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Ərizəçi mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması, bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 17 aprel 2015-ci ildə tarixində vəfat etmiş atası mərhum X1 miras qalmış Ucar şəhəri, Azərbaycan küçəsidə yerləşən 25 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin - miras əmlakın onun tərəfindən qəbul edilməsi, müddətinin ötürülməsinin üzrlü sayılması və mirasın qəbul olunması fatkının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.7.). Göründüyü kimi ərizəçi öz ərizəsində tamamilə fərqli olan iki tələbin – mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılıb bərpa edilməsini və mirasın qəbulu faktının müəyyən edilməsini xahiş edir ki, həmin tələblərin bir ərizədə birləşdirilməsi və bir icraat çərçivəsində müəyyən edilməsi yolverilməzdir. Belə ki, mirasın qəbulu müddətinin uzadılması tələbi iddia icraatı qaydasında baxılmalı olan tələbdir. Mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə isə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi qaydasında, xüsusi icraat formasında baxılır. Ərizəçi isə hər iki tələbi bir ərizədə birləşdirərək xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər isə ərizənin məhkəmənin icraatına qəbul edilməsini qeyri-mümkün edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması, bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1818/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1818/2022
07.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver