Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1830/2024 29.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə X17 Filialının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi əmək stajının (sosial sığorta stajının) mövcud olması faktının müəyyən olunmasına (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə X17 Filialı) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Ərizəçi 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1963-cı il tarixdə Cəbrayıl rayonu, Papı kəndində anadan olmuşdur. O, 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə işləmişdir. 07 noyabr 1990cı il tarixdən isə 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləmişdir. Məlum hadisələr nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Bundan başqa ərizəçi hazırki vaxtadək əmək fəaliyyətini davam etdirir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X17 Filalına müraciət etmişdir. Müraciətinin məqsədi güzəştli şərtlərə əmək pensiyasına çıxmaq olmuşdur. Lakin Cəbrayıl rayonunda işlədiyi əmək stajı nəzərə alınmadığından ərizəçinin ümumi stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Ərizəçinin 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə işlədiyini və 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyini şahid qismində də təsdiq edə bilərlər. Hüquqi faktın müəyyən edilməsi ərizəçiyə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün lazımdır. Belə ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ümumi 25 il əmək stajı və həmin əmək stajının 12 il 6 ayı güzəştli işlərdə çalışmaq lazımdır. Ərizəçi uzun müddətə X2 “Üzvi Sintez” zavodunda, Bakı Sukanal İdarəsində və "xxxx" MMC-də zərərli işlərdə işləmişdir. Lakin Cəbrayıl rayonunda işlədiyi yuxarıda göstərdiyi əmək stajı iş stajına daxil edilmədiyindən məhkəməyə müraciət etməyə məcburdur. Cəbrayıl rayonunda işlədiyi illərə dair sənədlərin əldə edilməsi mümkünsüzdür. Çünki Cəbrayıl rayonu işğal olunduqdan sonra düşmən tərəfindən məhv edilmişdir. Artıq həmin sənədləri başqa cür əldə edə bilmir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə X17 Filialının nümayəndəsi X7 ərizəni qəbul etmədiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, ərizəçi onun iş yoldaşı olmuşdur. Belə ki, Ərizəçi ilə birgə Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çalışmışdır. O, 1984-cü ildə həmin müəssisəyə çalışmağa gəlmişdir. 1993-cü ildə ölkədəki müharibə vəziyyəti ilə əlaqədar batalyona keçdiyindən ərizəçinin 1984-cü ildən hansı tarixədək Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çalışdığını xatırlamır. Bildirdi ki, məhkəmə qətnaməsi ilə özünün Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində işləməyi təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində 1977-ci ildən 1993-cü ilədək sürücü işləmişdir. Ərizəçi 1984-cü ildə həmin müəssisəyə işləməyə gəlmişdir. Hansı müddətə qədər işlədiyini dəqiq bilmir. Bildirdi ki, məhkəmə qətnaməsi ilə özünün Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində işləməyi təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində çilingər kimi işləməyə başladığı zaman ərizəçi həmin müəssisədə çalışmışdır. 2013-cü ildə əlilliklə bağlı pensiyaya çıxdığı zaman məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, Afiqi öncədən də tanımış, kolxoza gəldikdən sonra yaxından tanımışdır. Özü 1992-1993-cü illərdə kolxozda işləmişdir. Ərizəçi kolxozda işlədiyi zaman Afiq orada baş mühasib işləmişdir. Torpaqlar işğal olunana qədər kolxozda işləmişdir. Ərizəçi baş mühasib işləməzdən əvvəl avtobazada işləmişdir. Onun özünündə sənədləri işğal zamanı Cəbrayılda qalmış və sonradan məhkəmə qətnaməsi əsasında bərpa edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək bildirdi ki, özü 1989-1993-cü illərdə yanacaq doldurma məntəqəsində işlədiyi zaman ərizəçini tanımışdır. Ərizəçi həmin vaxt kolxozda mühasib işləmişdir, ondan əvvəl harada işlədiyini isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, ərizəçini orta məktəbdə oxuyan vaxtdan tanıyır. Özü 1989-cu ildən 1993-cü ilədək kolxozda işləmişdir. Ərizəçi özü də əvvəl avtobazada fəhlə, 1990-1993-cü illərdə isə kolxozda mühasib işləmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X17i Filialı tərəfindən Ərizəçi ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, ümumi iş stajı 25 ildən az (21 il 4 ay 25 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2007-2023-cü illər üzrə 12 il 5 ay)) təşkil etmişdir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36087,03 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə görə şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sığorta stajını “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Məlumat üçün bildirilmişdir ki, yuxarıda qeyd olunan məlumatlara əsasən 1990- 1993-cü illəri iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq Ərizəçi Tə\mleyxa oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadıqları təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivi tərəfindən verilmiş 11/76 saylı, 19 dekabr 2023-cü il tarixli arxiv arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü ildə işğal olunan zaman Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsinin 1984-cü il və Cəbrayıl rayonu N.Nərimanov adına 1990-1993-cü illərinə aid olan arxiv sənədləri işğal zonasında qalmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunun 2-ci arxiv fondunun sənədlərinə əsasən xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi əmək fəaliyyəti aşağıdakı qeyd olunduğu kimi göstərilir: xx.xx.1994-cü il tarixli 260/K saylı əmrə əsasən xx.xx.1994-cü il tarixindən HMD (hərbi mühafizə dəstəsinə) İİ dərəcəli nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1996-cı il tarixli 73 saylı əmrə əsasən xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında arayışdan görünür ki, Ərizəçi həqiqətən “X18” MMC-də xx.xx.2012 - xx.xx.2019 tarixində Qaz kəsici vəzifəsində çalışmışdır. Ərizəçi “X18” MMCdə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007 - ci il tarixli 12 nömrəli qərarının 35 - ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Qaz kəsici peşəsində altı il yeddi ay doqquz gün işləmişdir. Güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyasına çıxma hüququnun müəyyənləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən "Azərsu” ASC-nin "Bakı Sukanal" İdarəsinin Magistral xətlərdə təmir-tikinti, qəza-bərpa və quraşdırma sahəsində xx.xx.2019-cu ildən hazırki dövrədək qazla kəsən peşəsində işləyir. Ərizəçi "Bakı Sukanal" İdarəsində “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən qazla kəsən peşəsində üç il üç ay on dörd gün işləmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-163/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X6 xx.xx.1968-ci ildən xx.xx.1970-ci ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində çilingər və xx.xx.1972-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində sürücü işləməsi faktı müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-343/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki,X5 xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə kimi Cəbrayıl rayonu C.Cabbarlı adına kolxozda kolxozçu və xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtobazasında sürücü işləməsi faktı müəyyən edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-414/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X1 1981-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Avtonəqliyyat müəssisəsində çilingər işləməsi faktı müəyyən edilməklə sosial sığorta stajının bərpa edilməsi qət edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-63/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X9 1973-cü ilin avqust ayından xx.xx.1974-cü ilə kimi Cəbrayıl rayonunun Şəybəy kənd 8 illik məktəbində müəllim, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilə kimi Cəbrayıl rayon Daşkəsən knd orta məktəbində müəllim, xx.xx.1977-ci ildən xx.xx.1992-ci ilə kimi Cəbrayıl rayon Süleymanlı kənd XDS-nin icraiyyə komitəsinin katibi xx.xx.1992-ci ldən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon N.Nərimanov adına kolxoz idarə heyyətinin sədri və xx.xx.1993-cü ildən xx.xx.1993cü ilə kimi Cəbrayıl rayon Daşkəsən kənd orta məktəbində müəllim işləməsi faktı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiyasının 60-ci maddəsinə 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitutsiyasının 71-ci maddəsinin 1-ci və 2-ci bəndlərində göstərilir ki, konstitutsiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.İnsan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.Hər kəsin hüquq və azadlıqları bu kanstitutsiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitutsiyanın 71-ci maddəsinin 6-cı və 7-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitutsiyanın 127-ci maddəsinin 4-cü bəndində göstərildiyi kimi ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Qeyd edilən Qərarın 13.4-cü bəndinə əsasən- Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Göründüyü kimi, ərizəçinin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etdiyi “1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə kimi Cəbrayıl rayonu, Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən isə 23 avqust 1993-cü il tarixədək Nəriman Nərimanov adına sovxozunda baş mühasib işləməyini təsdiq edən sənədləri başqa qaydada ala bilməyi qeyri-mümkündür. Belə ki, həmin sənədlərin Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixində işğal olunan zaman işğal zonasında qalması arxiv arayışı ilə təsdiq edilir. Ərizəçinin əmək kitabçasının işğal zonasında qalması və eyni zamanda əmək kitabçasını digər qaydada ala bilməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, maraqlı şəxsin nümayəndəsini, şahidləri dinləyib işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1984-cü ilin yanvar ayından 31 avqust 1984-cü il tarixə qədər Cəbrayıl rayonu Avtonəqliyyat müəssisəsində fəhlə, 07 noyabr 1990-cı il tarixdən 23 avqust 1993cü il tarixədək Nəriman Nərimanov adına kolxozunda baş mühasib işləməyi müəyyən edilməklə əmək münasibətlərində olma faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1830/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1830/2024
29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver