Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1847/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və üçüncü şəxs Cəfərquliyeva Kamilə Kamil qızına qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi barədə» mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 25.12.2020-ci il tarixinə olan 49013,17 manat əsas borc, 5015,42 manat faiz borcu, 31,36 manat dəbbə borcu, ümumilikdə 54059,95 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh Bank “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 11.10.2019- cu il tarixli, XDENG-00203-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.70 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdi. Məhkəmədə Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək göstərdi ki, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli XDEN-00203-17/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz ödəmək şərti ilə 55000 (əlli beş min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh 11.10.2019-cu il tarixdə iddiaçıyla XDENG-00203-17/19A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanlı mənzili ipoteka saxlayana ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək 174 gündən artıq gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və ipoteka müqaviləsinin 7.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin 25.12.2020-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 49013 (qırx doqquz min on üç) manat 17 (on yeddi) qəpik, faizlərin məbləği 5015 (beş min on beş) manat 42 (qırx iki) qəpik, dəbbə borcu 31 (otuz bir) manat 36 (otuz altı) qəpik təşkil edir. Beləliklə, cavabdehin 25.12.2020-ci il tarixinə ümumi borcu 54059 (əlli dörd min əlli doqquz) manat 95 (doxsan beş) qəpik təşkil edir. Göstərilənləri nəzərə alaraq, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 25.12.2020-ci il tarixinə olan 49013,17 manat əsas borc, 5015,42 manat faiz borcu, 31,36 manat dəbbə borcu, ümumilikdə 54059,95 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh Bank “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 11.10.2019- cu il tarixli, XDENG- 00203-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.70 kv.m olan mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddiaçı təşkilatla onun arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 55000 manat məbləğində kredit verilmişdir. İlk öncə maddi durumu yaxşı olduğu üçün krediti vaxtı-vaxtında ödəmişdir. Lakin sonradan maddi vəziyyəti pisləşdiyi üçün ödənişləri gecikdirilmişdir. Hazırda iddia tələbini ipoteka qoyulmuş mənzilə yönəldilməsi hissəsində qəbul etmir. Belə ki, sözügedən mənzil onun tək yaşayış yeridir əgər mənzil satılarsa o, ailəsi ilə birlikdə küçədə qalmalı olacaqdır. Buna görə də, o, məhkəmədən ödəniş üçün yeni cədvəl açılmasını və həmin qrafik üzrə ödəyə biləcəyini məhkəmənin diqqətinə çatdırdı və qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə üçüncü şəxs Cəfərquliyeva Kamilə Kamil qızı qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə üçüncü şəxs Cəfərquliyeva Kamilə Kamil qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan № XDEN-00203-17/19A saylı, 11.10.2019-cu il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli XDEN-00203-17/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 23 (iyirmi üç) faizlə 36 (otuz altı) ay müddətinə 55000 (əlli beş min) manat aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Kredit müqaviləsinin təminatı olaraq Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“Kreditor-İpotekasaxlayan”) ilə Cavabdeh (“Borcalan-İpotekaqoyan”) arasında 11.10.2019cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “Borcalan” ünvan 1-ni “Alıcı-İpotekaqoyan”ın mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrində 22.07.2019-cu il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Cavabdeh adına qeydə alınmış ünvan 1 Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətində 11.10.2019-cu ildən 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30.09.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 87 nömrəli mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan, Vİİ-JQ № 393939 saylı, 07.11.2000-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə Bəylərova Kamilə Kamil qızı arasında olan nikah Qubadlı rayon VVAQ şöbəsində 07 noyabr 2000-ci il tarixdə bağlanmış və 174 nömrə ilə qeyd olunmaqla sonuncuya “Cəfərquliyeva” soyadı verilmişdir. İş materiallarında olan Cəfərquliyeva Kamilə Kamil qızı 10.10.2019-cu il ərizənin surətindən görünür ki, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 17-ci məhəllə, 208A nömrəli binada yerləşən 87 nömrəli mənzilin ipotekaya qoyulmasına etiraz etmir. Bank xxxx (Azərbaycan) ASC-yə ipoteka qoyulmasına heç bir etiraz yoxdur, razıdır. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən qeyri-şərtsiz tərk edəcəkdir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirilməsindən görünür ki, ünvan 1-in real bazar dəyəri-110000 manat, likvid dəyəri 95000 manat təşkil edir. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə hesabat görünür ki, ünvan 1-in real bazar dəyəri-100000 manat, likvid dəyəri 80000 manat təşkil edir. İş materiallarında olan Bank “xxxx” ASC-nin 25.12.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka 49013,17 manat əsas borc, 5015,42 manat faiz borcu, 31,36 manat dəbbə borcu, ümumilikdə 54059,95 manat məbləğində borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 23.11.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 23.11.2020-ci il tarixli arayışdan görünür ki, Cəfərquliyeva Kamilə Kamil qızı Sumqayıt şəhəri, 43-cü məhəllə, ev 36D, mənzil 46-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini 11.10.2019-cu il tarixli kassa məxaric orderi ilə Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda borclunun banka olan əsas borca görə 49013,17 manat, faiz borcuna görə 5015,42 manat, cərimə borcuna görə 31,36 manat olmaqla, 54059,95 manat ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcludan əsas borca görə 49013,17 manat, faiz borcuna görə 5015,42 faiz borcunun və 31,36 manat dəbbə borcunun tutulması barədə tələb əsaslıdır. İş materiallarından görünür ki, Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar ona borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 24.09.2020-ci il tarixli bildiriş göndərilmiş və qeyd olunan bildiriş 30.09.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlakın likvint dəyəri 95.000 manat məbləğində qiymətləndirilmişdir. Mülki iş materiallarında olan “xxxx” MMC-nin 06.05.2021-cu il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, Cavabdeh məxsus ünvan 1-nin bazar qiyməti 100000 manat, likvid dəyəri 80000 manat təşkil edir. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Məhkəmə həmin qiymətləndirmə ilə bağlı mübahisənin olduğunu nəzərə alaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi nəzərə alır. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 110000 (bir yüz on) manat, likvid dəyəri 95000 (doxsan beş min) manat təşkil edir. Odur ki, məhkəmə ekspert rəyinə əsaslanaraq ipoteka predmetinin likvid qiyməti 95.000 manat müəyyən edilməsini ağlabatan hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarına əlavə edilmiş 11.10.2019-cu il tarixli, XDENG-00203-17/19A saylı İpoteka müqaviləsinin 4.3.8-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldikdə məhkəmə qərarı tələb etmədən ipoteka predmetini tərk etməyi cavabdeh öhdəlik götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci məhəllədə xüsusi mülkiyyətdə olan, 208A nömrəli binanın 87 nömrəli mənzilə tutma yönəldikdə və cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə və mənzilin boşaldılması hissəsində də əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, XDEN-00203- 17/19A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh həmin kredit müqaviləsindən irəli gələn 25.12.2020-ci il tarixinə olan 49013 (qırx doqquz min on üç) manat 17 (on yeddi) qəpik əsas borc, 5015 (beş min on beş) manat 42 (qırx iki) qəpik faiz borcu, 31 (otuz bir) manat 36 (otuz altı) qəpik dəbbə borcu, ümumilikdə 54059 (əlli dörd min əlli doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Bank “xxxx” ASC-nin xeyrinə tutulmalı, Cavabdeh ilə bağlanan 11.10.2019- cu il tarixli, XDENG-00203-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.70 kv.m olan mənzilə tutmanın yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilməli, mənzilin açıq hərracda satılmalı və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulmalı, həmin mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməli və mənzil boşaldılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 11.10.2019-cu il tarixli, XDEN-00203-17/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh həmin kredit müqaviləsindən irəli gələn 25.12.2020-ci il tarixinə olan 49013 (qırx doqquz min on üç) manat 17 (on yeddi) qəpik əsas borc, 5015 (beş min on beş) manat 42 (qırx iki) qəpik faiz borcu, 31 (otuz bir) manat 36 (otuz altı) qəpik dəbbə borcu, ümumilikdə 54059 (əlli dörd min əlli doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Bank “xxxx” ASC-nin xeyrinə tutulsun. Cavabdeh ilə bağlanan 11.10.2019- cu il tarixli, XDENG-00203-17/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.70 kv.m olan mənzilə tutmanın yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilsin, mənzilin açıq hərracda satılsın və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin və ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulsun. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.70 kv.m olan mənzildə qeydiyyatda olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilsin və mənzil boşaldılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1847/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1847/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - İpoteka
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver