Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5058/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Hafız oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5058/21 (Açar sözlər: borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, əmlakın aşıq hərracda satılması, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməməsi) Bakı şəhəri, 11 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, iddiaçı “Bank BTB“ ASC-nin vəkili Məmmədov Tural Nizami oğlunun iştirakı ilə, İddiaçı “Bank BTB“ ASC-nin cavabdehlər Cavabdeh1 Hafız oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-3465/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 Hafız oğlunun kassasiya şikayətinə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank BTB“ ASC ASC-nin “Promo” fılialı ilə Cavabdeh1 Hafız oğlu arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, XDEN-003030-05/19A saylı kredit müqaviləsinə əsasən bank sonuncuya 36 ay müddətinə, illik 23 faizlə 70000 manat məbləğində kredit verib.
2. Kreditin təminatı ol araq, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzil ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh1 Hafız oğlu bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bank "xxxx" ASC Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 18.10.2019-ci il tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, 68.452,72 manat əsas, 9.394,18 manat faiz, 1.181,70 manat dəbbə borcu olmaqla, cəmi 79.028,60 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh1 Hafız oğlundan iddia çının xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, satışdan əldə edilən vəsait borcu ödəməzsə, qalan məbləğin Cavabdeh1 Hafız oğlundan tutulması, mənzildə qeydiyyatda olan Cavabdeh1 Hafız oğlunun, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə və yeni maliyyə arayışı təqdim edərək Cavabdeh1 Hafız oğlunun 18.10.2019-ci il tarixli, XDEN-00030-05/19A saylı kredit müqaviləsi üzrə 04.11.2020-ci il tarixinə 62.993,40 manat əsas, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcunun qaldığını göstərmiş, iddia tələbinin təqdim edilən maliyyə arayışına uyğun olaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Hafız oğlu bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır.
7. Cavabdehin 04.11.2020-ci il tarixinə 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcu vardır.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 295, 317, 319, 443.1, “İpoteka haqqında” Qanunun 34-cü maddələrinə istinad etmişdir.
9. Cavabdeh (eyni zamanda digər cavabdehlərin də nümayəndəsi) Cavabdeh1 Hafız oğlu iddiaya etiraz etmişdir ki, iddiaçıya olan borcunu qismən ödəmişdir. Buna görə də iddia rədd edilməlidir.
10. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 14 oktyabr 2019-cu il tarixli rəyinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzilin real bazar dəyəri 160.000 manat, likvid dəyəri 135.000 manatdır.
11. Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Bank "xxxx" ASC-nin “Promo” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18.10.2019-cu il tarixli XDEN-0003005/19A saylı kre dit müqaviləsinə əsasən 04.11.2020-ci il tarixinə olan 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumun və 0,40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olmaqla, cəmi 60,40 manat xərcin iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın, ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, m.19 ünvanında yerləşən, ümumi sahəsi 76.7 kv.m olan mənzilə yönəldilməsi və açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına həmin ipoteka ilə tə min edilmiş kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, evə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Fərid Əyyubov)
12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Bank "xxxx" ASC-nin “Promo” fılialı ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli XDEN-00030-05/19A saylı kredit müqaviləsinə əsasən, bank tərəfındən cavabdehə şəxsi istifadə məqsədi ilə 36 ay müddətinə, illik 23 faizlə 70000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində 18.10.2019-cu il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC-nin “Promo” fılialı ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında XDENG-00030-05/19A saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzil ipoteka ilə yüklü edilmişdir, ipotekanın yüklülüyü qeydiyyata alınmışdır. 04.11.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 həmin tarixə banka olan borcunun məbləği 62.993,40 manat əsas borc, 35,20 manat faiz borcu olmaqla, cəmi 63.028,60 manat təşkil edir. Bank "xxxx" ASC 02.06.2020-ci il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. "xxxx" MMC- nin rəyinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh2məxsus olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, b.məhəllə 558, 19-cu mənzilin real bazar dəyəri 160.000 manat, likvid dəyəri 135.000 manat məbləğindədir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqaviləyə əsasən iddiaçı bank öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirmədiyi üçün iddia tələbi borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılması hissəsində təmin edilməlidir..
14. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsini təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının buna subyektiv hüququ yoxdur.
15. Birinci instansiya məhkəməsi öz mövqey ini Mülki Məcəllənin 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34, 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh1 Hafız oğlu, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verib, qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.
17. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmədən, borc məbləği barədə yalnız bankın maliyyə arayışına istinad etməklə yekun nəticəyə gəlib; - müqavilənin ləğvi qətnamədə əsaslandırılmayıb; - sübutlara düzgün qiymət verilməyib.
18. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3465/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Мəhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(004)-4442/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov )
19. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər qətnaməni məhz həmin hissədə mübahisələndirmişlər, iddiaçı bank isə ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir.
20. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri həddində yoxlayaraq birinci instansi ya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin dəlilləri: - səhhəti ilə bağlı teleqram vurub, işin təxirə salınmasını xahiş etsə də, apellyasiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edib; - ekspertiza barədə vəsatət vermək imkanınıdan məhrum olub. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Mə hkəmə kollegiyasının iclasında “Bank BTB“ ASC-nin vəkili Məmmədov Tural Nizami oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 448.1, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edi lən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bi lər.http://eqanun.az/framework/46945 (01.10.2021-ci ilədək olan redaksiyada) Maddə 392.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının predmeti də iddianın təmin ed iən hissəsi olmuş, apellyasiya məhkəməsi də həmin hissə üzrə qətnamə çıxarmışdır. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olmuş hissələri yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur.
29. İddia tələbindən görünür ki, iddiaçı kredit müqavilənsinin ləğvi barədə iddia irəli sürmüş, birinci instansiya məhkəməsi həmin iddianı təmin etsə də, qətnamədə həmin tələbə qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi isə tələb edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və y a digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
30. Cavabdehlər apellyasiya şikayətində digər dəlillərlə yanaşı, birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının keçirilməməsinə, kredit müqaviləsinin ləğvi barədə iddia tələbinin əsaslandırlımamasını göstəriblər.
31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənləri təkrar etməklə bu dəlillərə qiymət verməmişdir.
32. Apellyasiya məhkəməsi qətnamədə apellyasiya şikayətində irəli sürülənlərin yalnız formal mülahizə olduğunu qeyd etsə də, nəyə görə formal mülahizə olduğunu əsaslandırmayıb. Nəticədə apellyasiya ş ikayətinin dəlillərinin hansı əsasla rədd edilməsi qətnamədən görünmür. Halbuki apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunu n tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
35. Bu baxımdan, apellyasiya məhkəməsinin qətnaməsi əsası sayıla bilməz.
36. Məhkəmə koll egiyası onu da qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması, dəlillərə qiymət verilməli olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibət inə və işin müəyyən edilmiş hallarına uyğun maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3465/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.