Məhkəmə qərarları › İş №2(060)-186/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-186/2024

12.03.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-186/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670 a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilə ləğv edilmiş, həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumuna görə pulun Cavabdeh2 MTK-dan alınıb iddiaçıya verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçünə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin Cavabdeh2 MTK-nın əmlak və gəlirləri müəyyən edilmədiyinə görə icra məmuru tərəfindən arayış verilmişdir. İddia ərizəsinə əlavə olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergiləri Baş İdarəsinin 22 fevral 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 Cavabdeh2 MTK-nın üzvləridir. Göründüyü kimi Cavabdeh2 MTK-nın iddiaçıya münasibətdə 87.400 manat pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirləri görməmişlər. Digər tərəfdən qətnamənin məcburi icra edilməsi üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmiş, bununla da Mülki Məcəllənin 110.4-cü maddəsinə müvafiq olaraq, kooperativin məhkəmə qaydasında ləğv olunması və kooperativin bütün üzvlərinin subsidiar məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh2 MTK-nın ləğv olunması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada maddi zərərin əvəzi kimi 87400 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 352,20 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 87.972,20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu iclasla bağlı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu iclasla bağlı məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə işə Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Cavabdehlər Cavabdeh2 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

10. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

12. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670 a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumuna görə pulun Cavabdeh2 MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir.

13. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 2 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 12-ci mərtəbəsində yerləşən 66 saylı mənzilinə dair bağlanmış 670 a saylı, xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilməlidir. Borclu "xxxx" MTK-dan 87100 manat məbləğində pul vəsaiti və 300 manat dövlət rüsumu tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya verilmiş könüllü icra müddətində tələb təmin edilmədiyindən “EİİS” vasitəsiylə borclunun əmlak və gəlirləri yoxlanılmış lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmişdir. Bununla belə, "xxxx" MTK-nın borclu olduğu müxtəlif tələblərlə bağlı icra sənədləri olduğundan icra sənədləri icra məmurunun müvafiq qərarı ilə “İcra haqqında” AR qanunun 54-cü maddəsinə əsasən bir icraatda birləşdirilmişdir. Məlumat üçün bildirilir ki, daha öncə cavabdeh hüquqi şəxsin direktoru X3 barəsində inzibati protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 3(012)-1066/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə inzibati protokol geri qaytarılmışdır. Görülmüş məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmayan X1 barəsində xx.xx.2018-ci il tarixdə təkrarən İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, Abşeron Rayon Məhkəməsinin 3(012)- 972/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Cavabdeh2 MTK-nın sədri X1 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. xx.xx.2018-ci il tarixdə borclu hüquqi şəxsə Cavabdeh3 sədr təyin olunmuşdur. Həmçinin xx.xx.2019-cu il tarixdə borclu hüquqi şəxsin bank hesabına təkrarən inkasso sərəncamı göndərilmiş, lakin müsbət nəticə olmamışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MTK-da şəxsən Cavabdeh3la danışıqlar aparılmış izahat verməsi tələb olunmuşdur. Sonuncu izahat verməkdən barəsində tərtib olunan protokolun surətini qəbul etməkdən həmçinin imzalamaqdan imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edərək icra sənədlərinə əlavə olunmuşdur. Cavabdeh3 barəsində tərtib olunmuş MN № ******* saylı protokol xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş məhkəmə xx.xx.2019-cu il tarixdə inzibati protokola xitam verilmişdir. Qeyd olunan qərardan Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilmiş və məhkəmənin 3(105)-166/2020 saylı, xx.xx.2020-cı il tarixli qərarı ilə Abşeron Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək Cavabdeh3 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" MTK-nın rəhbəri Cavabdeh3 bütün bunlardan nəticə çıxartmadığı və icra şöbəsinə gəlməkdən yayındığı üçün onun barəsində axtarış qərarı qəbul edilərək polis orqanlarına göndərilmiş yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra Cavabdeh3 şöbəyə gətirilmiş barəsində xx.xx.2021-ci il tarixdə yenidən AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati protokol təmin edilərək Cavabdeh3 2000 (iki min) manat cərimə olunmuşdur. Bundan sonra aparılmış tədbirlər bir nəticə vermədiyi üçün, həmçinin hüquqi şəxsin rəhbəri Cavabdeh3 qətnamələrin icrası üçün heç bir əməli hərəkət etmədiyindən xx.xx.2022-ci il tarixdə sonuncunun AR CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi üçün AR ƏN İcra Baş İdarəsinə müvafiq təqdimatla müraciət edilmişdir. Cavabdeh3 2022-ci ilin dekabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbs olunmuşdur.

14. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********972500 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 MTK-nın təsisçiləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dur.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 220 manat pul köçürülmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Məhkəmə araşdırılması zamanı işin faktiki halları, işdə iştirak edən şəxslərin izahatları, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670 a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumuna görə pulun Cavabdeh2 MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5642023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, borcluya verilmiş könüllü icra müddətində tələb təmin edilmədiyindən “EİİS” vasitəsi ilə borclunun əmlak və gəlirləri yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

18. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir.

20. Mülki Məcəllənin 110-3.4-cü maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir.

21. Mülki Məcəllənin 110.4-cü maddəsinə əsasən kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MTK-nın təsisçiləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dur.

23. Qanunvericiliyə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir.

24. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktı tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilmədiyindən icrasız qalmışdır.

25. Belə olan halda, iddiaçı Mülki Məcəllənin 110.4-cü maddəsini əsas götürməklə məhkəməyə müraciət etməkdə haqlıdır.

26. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh2ndən tutularaq İddiaçı verilməsi qət edilmiş – 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti subsidiar qaydada Cavabdeh2 MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir.

27. Məhkəmə iddia tələbinin Cavabdeh2 MTK-nın ləğv olunması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

28. Belə ki, iddiaçı sözügedən MTK-nın ləğv olunmasının zəruriliyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

30. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir.

31. Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidən qurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

32. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur.

33. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, kooperativin yaradılması zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşsa, o cümlədən mənzil-tikinti kooperativi halında binanın inşası başa çatmışsa, həmin kooperativ mövcud və təsdiq olunmuş balans və maliyyə vəziyyətinə görə hər bir üzvə düşən pay müəyyən edilib verilərək ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

34. İddianın hüquqi yardıma görə ödənilmiş 220 manat məbləğində pulun cavabdehlərdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir.

35. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir.

37. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 352,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

39. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 352,2 manat məbləğində pul da cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 aid edilməlidir.

40. Beləliklə, məhkəmə Mülki Məcəllənin 110-3, 110.4-cü maddələrinin tələblərini nəzərə alaraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh2ndən tutularaq İddiaçı verilməsi qət edilmiş – 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti subsidiar qaydada Cavabdeh2 MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, ödənilmiş 352,2 (üç yüz əlli iki manat, iyirmi qəpik) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh2ndən tutularaq İddiaçı verilməsi qət edilmiş – 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti subsidiar qaydada Cavabdeh2 MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 352,2 (üç yüz əlli iki manat, iyirmi qəpik) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar