Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-187/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 (bundan sonra –iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 7 saylı yataqxananın 56 saylı otağına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş, həmin iş üzrə hazırlıq iclası xx xxxx 2020-ci il tarixinə, sonuncu məhkəmə baxış iclası isə xx xxxx 2021-ci il tarixinə təyin olunmuşdur. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-187/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-187/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver