Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1888/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin və müdaxilənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maneənin və müdaxilənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh oğludur. Özünün qeydiyyat ünvanı ünvan 1əmir Yolu vağzalı, ev 71 ünvanında yaşayır. Həmin bağ evini öz vəsaiti hesabına tikmişdir. Həyat yoldaşı X3 29.01.2020-cu ildə vəfat etdikdən sonra 71 saylı bağ evində özü yaşayır. 71 saylı bağ evinə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Oğlu Cavabdeh ondan 4 km uzaqda ayrıca mənzili var, ailəsi ilə orada yaşayır. Yaşayış yeri olmasına baxmayaraq cavabdeh ona fərdi evində yaşamağa imkan vermir. O, həyat yoldaşının vəfatından sonra yeni nikaha girmək istəyir. Lakin oğlu Aydın buna imkan vermir. Cavabdeh onun yaşayışını cəhənnəmə çevirir, onu söyüb-təhqir edir, öldürəcəyi, xəsarət yetirəcəyi ilə hədələyir. Məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər, Tağıyev qəsəbə Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər Pİnin 2-ci PB-ilk 30.12.2021-ci il tarixli ‘"Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir. Bir qızı X4 və Həsənova Gülər Siyavuş qızı ilə onun həyətində otaqları ayrı olmaqla yaşayır. Nəvəsinin məktəbə gedib-gəlməyinə o nəzarət edir. Nəvəsi evdə tək qalanda qorxur. Özünə uyğun bir qadınla ailə qurub onu öz yaşadığı evə gətirmək istəyir. Ailə qurduğu xanım həm ona, həm də nəvəsinə nəzərət edib, çayçörəklərini verməsi və paltarları yuyulması üçün onun ailə qurmaq istəyir. Lakin oğlu Aydın buna imkan vermir. Aydın üçün 2 dəfə toy etmişdr. 2 dəfə onun üçün gəlin gətirmişdir. Neçə illər özünü və ailəsini saxlamışdır. 02 fevral 2021-ci ildə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin, Dəmir yol vağzalına köçmüş, 71 saylı evi öz vəsaiti hesabına tikmişdir. Yaşadığı ünvan 2 ünvanında Aydının həyat yoldaşı onlarla yola getmədiyinə görə Aydını ailəsi ilə birlikdə 8 ildir ki, evindən qovmuşdur. Oğlu Aydın onun evinə gələrək evinin qapı, pəncərə şüşələrini qıraraq evinə soxulmuş, qışqır-bağır etmişdir. O, belə oğuldan imtina edir. Hesab edir ki, cavabdeh tərəfindən ona qarşı yönələn maneələrin və müdaxilələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh tərəfindən ona - ünvan 2 ünvanında yaşayan iddiaçıya qarşı yönələn maneələrin və müdaxilələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, atası onu övladlığdan məhrum etmişdir. Atasının evlənməsinə razı deyil və ona ailə qurmağa imkan verməyəcək. Həmin həyətdə bacıları da yaşayır, onlara gedib-gəlir. Atası ailə qursa eyni həyətdə yola getmək mümkün olmayacaqdır. Bundan başqa bildirdi ki, bacılarının evdən getməsi üçün atası qazı, işığı kəsmişdir. Hər iki qızı ona baxır, ailə qurmasına ehtiyac yoxdur. Məhkəmə iş üzrə iş materiallarını araşdırıb, tərəflərin məhkəmə iclasında verdikləri izahatları dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, İddiaçı onun qardaşıdır. Qardaşı ilə oğlu arasında olan mübahisələrin şahidi olmamışdır. Qardaşının arvadı 2 il əvvəl rəhmətə getmişdir. Qardaşı evlənmək istəsə də, oğlu buna imkan vermir. Onlar arasındakı münasibət də bundan sonra pisləşmiş, Aydın atasının evinə hücum çəkmiş, şüşələri sındırmışdır. Aydının öz evi var, ailəsi ilə birlikdə orada yaşayır. Rafiqin qızları işləyir, ona heç kim baxmır. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Zeynalabdin qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş 575,576 və 577 №-li, 17.12.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı, onun qızı X4 və nəvəsi Həsənova Gülər Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, D/yol vağzalı 71 saylı bağ evində qeydiyyatsız yaşayırlar. İş materiallarında olan 30.12.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, mübahisəli ünvan 2 saylı bağ evində İddiaçı, qızı X4 və nəvəsi Gülər Həsənova ilə birliktə qeydiyyatsız yaşayırlar. Cavabdeh məhkəmə iclasında atası ilə münasibətlərinin yaxşı olmadığını, əgər ailə qurarsa ona maneçilik törədəcəyini bildirdi.Əlavə olaraq göstərdi ki, İddiaçı bu fikrindən daşınsa onunla barışmağa razıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisənin səbəbi iddiaçının ailə qurmasına cavabdehin müdaxilə etməsi qanunsuz olmaqla, qanunvercilik və beynəlxalq hüququnun prinsiplərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır (Konstitusiyasının 31, 34 maddələri). Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı yaşadığı mənzildə cavabdehin müdaxiləsi nəticəsində hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və onun hüquqlarını tam həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı qarşı yönələn maneə və müdaxilələr aradan qaldırılmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 100 (yüz) manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı qarşı yönələn maneə və müdaxilələr aradan qaldırılsın. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1888/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1888/2022
13.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver