Məhkəmə qərarları › İş №2(060)-19/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-19/2022

28.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-19/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı «şəhadətnamə-müqavilənin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair» iddia ərizəsi üzrə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, İsmayılov Ramiq Mədət oğlu, X12, X1, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və iddiaçının istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, 03.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M-293 reyestr nömrəli, 06.08.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək Cavabdeh adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və iddiaçının istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, 03.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M-293 reyestr nömrəli, 06.08.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərə cavabdeh X2 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək göstərmişdir ki, Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Corat bağ massivi, 51-ci məhəllədə yerləşən 620 kv.m torpaq sahəsi, 14.12.2005-ci il tarixdə iddiaçının icarəsinə verilmiş və həmin tarixdən də torpaq sahəsi istifadəsində olmuşdur. Belə ki, həmin ərazidə iddiaçıya məxsus tikili də mövcuddur. Lakin sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi, 06.08.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq, 08.08.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğular verilmiş və aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və onun istifadəsində olan 0.0620 ha torpaq sahəsi, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notaruisunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, 03.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-293 reyestr nömrəli, 06.08.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Lakin sonradan müəyyən edilmişdir ki, Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsi 04.09.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əsasında X2 adına rəsmiləşdirilmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və iddiaçının istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, 03.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M-293 reyestr nömrəli, 06.08.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək cavabdeh X2 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış, onun hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və iddiaçının istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, 03.08.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M-293 reyestr nömrəli, 06.08.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərə cavabdeh X2 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt Bələdiyyəsi adı çəkilən mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istinad etdiyi mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında “Corat bağları" massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etməyi zəruri sayır. Belə ki, Sumqayıt Bələdiyyəsinin tərtib etdiyi iş materiallarında olan 16 dekabr 2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu”nun surətindən görünür ki, mübahisələndirilən bağ torpaq sahəsi iddiaçı Süleymanova (keçmiş soyadı Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda məhkəmənin nəzərinə çatdrımaq istəyir ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağlan” massivində deyil, "Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin arxiv sənədləri saxlanılması üçün 25 dekabr 2015-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Həmçinin, 21 dekabr 2000-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi Rəşidzadə Gülzar Məmməd qızının cavabdeh keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi əsasında çıxarılmış Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 08 aprel 2014-cü il tarixli,2-1 (85)-341/2014 saylı qərarı ilə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmiş ’’Saray bağlan” ərazisində yerləşən sahəsi 2000 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Eyni zamanda sonradan X8 vərəsəsi Rəşidzadə Gülzar Məmməd qızı Sumqayıt Bələdiyyəsinə qarşı da iddia qaldıraraq mərhum anası X8 istifadəsinə verilmiş ’’Saray bağları” ərazisində yerləşən sahəsi 2000 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinin X6 və X5 mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 10 avqust 2007-ci il tarixli qərarlarının etibarsız hesab edilməsini tələb etmiş, lakin Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 05 may 2016-cı il tarixli,2-1(85)-23/2016 saylı qərarı ilə iddia mümkün sayılmamışdır. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də sübuta yetirilir ki, 2284 saylı bağ torpaq sahəsi “Saray bağları” massivində yerləşməklə İsmayılov Mədət Heydər oğlunun deyil, X8 qanuni istifadəsində olmuş və Cavabdeh istinad etdiyi mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991 -ci il tarixli,5167 saylı torpaq icarə müqaviləsi saxta sənəd olmaqla həmin sənəd əsasında yaranmış bütün hüguqi nəticələr də etibarsız sayılmalıdır. Hesa edirlər ki, məhkəmə mərhum İsmayılov Mədət Heydər oğlunun adına hüquqmüəyyənedici sənədlər verilərkən aidiyyəti orqanlar tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasına da diqqət yetirməlidir. Belə ki, ’’Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində birbaşa göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. İş materiallarında olan sənədlərdən görünür ki,İsmayılov Mədət Heydər oğlu 06 iyul 2006-cı il tarixdə vəfat etmişdir. Bu səbəbdən hüquq sahibi kimi göstərilən İsmayılov Mədət Heydər oğlu 2006-cı ildə vəfat etdiyindən, nə onun, nə də qanuni nümayəndəsinin 30 iyul 2018-ci il tarixdə torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciəti istisna olunur. Təəssüf ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 2284 saylı bağ torpaq sahəsi üzərində İsmayılov Mədət Heydər oğlunun hüququnun dövlət qeydiyyatını apararkən məsələyə olduqca səthi və birtərəfli yanaşma nümayiş etdirmiş, qanunvericiliyin ziddinə olaraq mərhumun adına hüquqmüəyyənedici sənəd vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yol verdiyi qanunsuzluq nəticəsində 06 iyul 2006-cı il tarixdə vəfat etmiş şəxsin adına 2018- ci ildə mülkiyyət hüququna dair Çıxarış hazırlanmış və sonradan həmin sənəd əsasında əldə edilmiş hüquq vərəsəlik qaydasında onun vərəsələrinə keçmişdir. Qanun normasına əsasən hüquqların dövlət qeydiyyatı üçün sadalanan sənədlərin təqdim edilməsi, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə hüquq sahibinin özünün, yaxud onun səlahiyyəti notariat qaydasında təsdiqlənmiş nümayəndədinin müraciəti tələb olunduğu halda, mərhum İsmayılov Mədət Heydər oğlunun hüququnun dövlət qeydiyyatı aparılarkən qanunun bu tələbinə riayət edilməmişdir. Həmçinin, mərhum İsmayılov Mədət Heydər oğlunun hüquq varisləri hüququn vəfat etmiş şəxsə məxsus olmasına dair qeydiyyat orqanından arayış almaqla həmin hüququn vərəsəliklə keçməsinə dair müraciət etməli idilər. Lakin göstərilən şəxslərin belə bir müraciətləri də olmamışdır. Təəssüf ki, nə notariat orqanı, nə də hüququn dövlət qeydiyyatını həyata keçirən orqan qanunun tələbinə əhəmiyyət verməyərək aşkar hüquq pozuntusuna yol vermişlər. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı İddiaçı istifadəsindədir və torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən və faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzə çıxır. Cavabdehlərin iddia etdikləri kimi,2284 saylı bağ torpaq sahəsi mərhum İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verilsəydi belə, həmin bağ torpaq sahəsinə dair icarə hüquqlarının mərhum icarəçinin 2006-cı ilin iyul ayında ölümündən sonra onlara keçməsi üçün vərəsələr tərəfindən heç bir hərəkət edilməmiş, o cümlədən 2284 saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət olunmamışdır. Təəssüf ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məsələyə olduqca səthi və birtərəfli yanaşma nümayiş etdirmiş, torpaq sahəsinin faktiki olaraq ərizəçinin istifadəsində olub-olmadığını araşdırmamış, onun bu cür müraciət etmək hüququnu müəyyənləşdirməmiş, torpağın hüquqi statusunu aydınlaşdırmaq üçün özündə olan müvafiq arxiv materiallarını yoxlamamış, aidiyyəti üzrə hər hansı sorğu vermədən əsassız şəkildə bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə İddiaçı ayrılmış torpağa dair mərhum İsmayılov Mədət Heydər oğlunun və onun vərəsələrinin adlarına sənəd vermişdir. Eyni zamanda,bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2284 saylı bağ torpaq sahəsi “Corat bağlan” ərazisində deyil,” Saray bağları” ərazisində yerləşir və hal-hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində saxlanılan keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin arxiv sənədlərində İsmayılov Mədət Heydər oğlunun adına qeydə alınmamış və həmin bağ torpaq sahəsinə dair onunla bağlanıldığı iddia edilən 27 avqust 1991-ci il tarixli,5167 saylı torpaq icarə müqaviləsi mövcud deyildir. Belə ki, sahəsi 0,20 ha olan 2284 saylı bağ torpaq sahəsi keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. Bütün bu hallar Sumqayıt Bələdiyyəsinə əsas verir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həm özünün, həm də İddiaçı pozulmuş hüququnu müdafiə etsin. Bununla bağlı hesab edirlər ki, 2284 saylı 'bağ torpaq sahəsi mərhum İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verilmədiyindən, onun adına tərtib edilmiş torpaq icarə müqaviləsi saxta bir sənəddir. Belə ki, harada yerləşməsindən asılı olmayaraq Sumqayıt şəhəri ərazisində bağ torpaq sahələri sıra nömrəsi ilə nömrələnərək ayrılmışdır. Yəni bağ sahəsinin “Saray”, yaxud ’’Corat” və ya ’’Novxanı” bağları ərazisində yerləşməsindən asılı olmayaraq 2284 nömrəsi altında bağ sahəsi yalnız bir sahə ola bilərdi ki, həmin bağ sahəsi də qeyd olunduğu kimi ’’Saray” bağları ərazisində yerləşməklə X8 istifadəsində olmuşdur. Bununla da sübuta yetirilir ki, mərhum İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verildiyi iddia edilən Sumqayıt şəhəri “Corat bağları” ərazisində yerləşən və sahəsi 0,12 ha olan kimi göstərilmiş 2284 saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi saxta bir sənəddir və bu sənəd əsasında verilmiş bütün sənədlər qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum İsmayılov Mədət Heydər oğlu ilə 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991 -ci il tarixli,5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etməyi zəruri sayır. Hesab edirlər ki, saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum İsmayılov Mədət Heydər oğlunun adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağlan” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunması, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən verilmiş reyestrdə 2V- 124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X12, X1 ilə Cavabdeh arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən,sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən,sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması və Sumqayıt şəhəri “Corat bağlan” ərazisində yerləşən və sahəsi 0,12 ha olan kimi göstərilmiş 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına saxta 27 avqust 1991 -ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin tərtib olunması və həmin saxta sənəd əsasında sənədləşmə işlərinin aparılması ilə bağlı olaraq xüsusi qərardad çıxarılmasını xahiş etdi. Məhkəmədə üçüncü şəxs və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 hər iki tələb üzrə iddia tələbini qəbul etməyərək göstərdi ki, DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin 27 avqust 1991-ci il tarixli 5167 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0.062 ha bağ torpaq sahəsi üzərində İsmayılov Mədət Heydər oğlunun tam mülkiyyət hüququ 30 iyul 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 03 avqust 2018-ci il tarixli 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 06 avqust 2018-ci il tarixli 3M-293 reyestr nömrəli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 08 avqust 2018ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt “ASAN xidmət” notariat kontorunun 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Çıxarış verilən zaman heç bir qanun pozuntusa yol verilmədiyi üçün iddia tələblərinin əsassız olduğu rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər cavabdehlər Cavabdeh, İsmayılov Ramiq Mədət oğlu, X12, X1, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin və və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin olunmamalı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16.09.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin 0.0620 ha olan hissəsi 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, 03.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 3M-293 reyestr nömrəli, 06.08.2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 08.08.2018-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Corat Bələdiyyəsinin 24.09.2019-cu il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi bağ təsərrüfatı birliyinin ayırdığı bağ sahələri kateqoriyasına aiddir. Həmin ərazi Corat Bələdiyyəsinin inzibati ərazisi daxilində deyil. Corat Bələdiyyəsi ərazisində bağ torpaq sahələri mövcud deyildir. Torpaq sahələri fərdi yaşayış torpaq məntəqələrinin kateqoriyasına aiddir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 18.09.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən vətəndaş Cavabdeh hər hansı məqsədli təyinatı üzrə torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda Corat qəsəbəsi ərazisində yerləşən torpaq sahələri Sumqayıt Bələdiyyəsinin deyil, Corat bələdiyyəsinin ərazisində yerləşir və həmin torpaq sahələrinə dair sərəncam hüququ da qanunvericiliklə müəyyən olunmuş qaydada Corat Bələdiyyəsinə məxsusdur. İş materiallarında olan 06.08.2018-ci il tarixli “Miras payın bağışlama müqaviləsi”nin surətindən görünür ki, X1, X12, İsmayılov Ramiq Mədət oğlu Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı 0.062ha torpaq sahəsindən onlara düşən miras paylarını Cavabdeh bağışlamışlar. İş materiallarında olan 03.08.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 06.07.2006-cı il tarixdə ölmüş İsmayılov Mədət Heydər oğlunun vərəsəsi X1, X12, Cavabdeh və ismayılov Ramiq Mədət oğlu miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 30.07.2018-ci il tarixdə İsmayılov Mədət Heydər oğluna verilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən ümumi sahəsi 0.062 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan İİ-JQ №359170 saylı, 09.06.1987-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh 21.05.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında İsmayılov Mədət Heydər oğlu, ana qrafasında X1 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 203467 saylı, 25.07.2006-cı il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İsmayılov Mədət Heydər oğlu 06.07.2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №1301618 saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İsmayılov Mədət Heydər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 27.08.1991-ci il tarixli, 5167 nömrəli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.12 hektar olan 2284 nömrəli torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun icarəsinə verilmişdir. İş materiallarında olan 31.10.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 06.07.2006-cı il tarixdə vəfat etmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4, mənzil 3-də yaşamış İsmayılov Mədət Heydər oğlunun vərəsələri-arvadı X1, övladları X12, İsmayılov Ramiq Mədət oğlu və Cavabdeh mkras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri 5377/0201 saylı əmanət bankının 11334 və ******* nömrəli hesabında olan əmanətin ½ hissəsində ibarətdir. İş materiallarında olan 31.10.2012-ci il tarixli “ ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 06.07.2006-cı il tarixdə vəfat etmiş İsmayılov Mədət Heydər oğlunun sağ qalmış arvadı-X1 ilə onların birgə nikah müddətində əldə etdikəri ümumi birgə əmlakın ½ hissəsində mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri 5377/0201 saylı əmanət bankının 11334 və ******* nömrəli hesabında olan əmanətdən ibarətdir. O, cümlədən ölmüş ərin ümumi əmlakdan payı ½ hissədən ibarətdir. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 21.10.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh adına rəsmiləşdirilmiş Corat bağları ərazisində yerləşən 0,12 ha 2284-li torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün əsas, Sumqayıt şəhər bağlar idarəsinin 27.08.1991-ci ildə mərhum İsmayılov Mədət Heydər oğlunun adına verdiyi icarə müqaviləsi və Sumqayıt şəhər əmlak məsələləri reyestr idarəsinin verdiyi çıxarış olmuşdur. İddiaçı Mənsurə İsmayılova ərizəsində qeyd edir ki, torpaq sahəsi onun istifadəsinə 14.12.2015-ci ildə verilmişdir. Bu zaman həmin torpaq sahəsi artıq cavabdehlərin istifadəsində olmuşdur. Buna uyğun olaraq torpaq sahəsi mərhumun adına özəlləşdirilmişdir. Notariat ofisinin rəsmiləşdirdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və bağışlama müqaviləsi qanunvericiliyi tələblərinə uyğun rəsmiləşdirilmişdir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məkttubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Sumqayıt “ASAN xidmət” notariat kontorunun 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanında yerləşən 2284 nömrəli bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə X2 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 16.03.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərinə əsasən Sumqayıt şəhəri,’’Corat” bağları ərazisində yerləşən,ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsi keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsi ilə bağlanılmış 18 dekabr 1986-cı il tarixli 3683 saylı torpaq icarə müqaviləsi əsasında X10 icarəsinə verilmişdir. Lakin qeyd edilən bağ torpaq sahəsinin arxiv sənədləri 25 dekabr 2015-ci il tarixli təhvil-təslim aktına əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən saxlanılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Bu səbəbdən sorğuda tələb olunan Sumqayıt şəhəri,’’Corat” bağları ərazisində yerləşən, ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsinin arxiv sənədlərinin əldə edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunmasını tövsiyə edirlər.Eyni zamanda bildirirləri ki, nə sorğuda adı çəkilən Cavabdeh, nə də onun mərhum atası İsmayılov Mədət Heydər oğlunun istifadəsinə Sumqayıt şəhəri,’’Corat” bağları ərazisində torpaq sahəsinin verilməsi barədə bələdiyyənin arxiv sənədlərində hər hansı torpaq icarə müqaviləsi, yaxud bələdiyyə qərarı aşkar edilməmişdir. Həmçinin, Sumqayıt şəhəri, ’’Corat” bağları ərazisində yerləşən, ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsinin vətəndaş X10 istifadəsinə verilməsini təsdiq edən bir fakt kimi onu da nəzərinizə çatdırırmaq istəyirlər ki, adı çəkilən vətəndaşın qızı Rəşidzadə Gülzar Məmməd qızı 2014-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsi ilə bağlanılmış 18 dekabr 1986-cı il tarixli 3683 saylı torpaq icarə müqaviləsi əsasında mərhum anası X10 istifadəsinə verilmiş Sumqayıt şəhəri,’’Corat” bağları ərazisində yerləşən, ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsinin başqa şəxslərin mülkiyyətinə verilməsinə dair Sumqayıt Bələdiyyəsinin qərarlarının etibarsız sayılmasını tələb etmişdir. Bu halın özü qeyd edilən bağ torpaq sahəsinin İsmayılov Mədət Heydər oğlunun istifadəsinə verilməsini istisna edir. Həmçinin, vətəndaş Süleymanova (keçmiş soyadı Bədəlova) Mənsurə Həsən qızının faktiki istifadəsində olan Sumqayıt şəhəri, "Corat” bağları ərazində yerləşən sahəsi 620 kvadrat metr olan bağ torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə 2005-ci ildə etdiyi müraciəti əsasında Sumqayıt Bələdiyyəsinin keçmiş Bağ təsərrüfatı şöbəsi tərəfindən torpaq sahəsinin Texniki Pasportu və planı(sxemi) tərtib edilərək təsdiqlənmiş və göstərilən şəxsə təqdim olunmuşdur. Həmin bağ torpaq sahəsinin Sumqayıt şəhəri,"Corat” bağları ərazisində yerləşən, ümumi sahəsi 0,20 ha olmuş 2284 saylı bağ torpaq sahəsi ilə hər hansı bağlılığı yoxdur və tamamilə başqa ərazidə yerləşir. Bunu İddiaçı faktiki istifadəsində olan Sumqayıt şəhəri, "Corat” bağları ərazində yerləşən sahəsi 620 kvadrat metr olan bağ torpaq sahəsinin qonşuluğunda yerləşən bağ torpaq sahələrinin nömrələrinə diqqət yetirdikdə müəyyən etmək olur. İş materiallarında olan bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 18.12.1986-cı il tarixli, 3689 nömrəli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən Saray qəsəbəsində yerləşən 0.20 hektar olan 2284 nömrəli torpaq sahəsi X10 icarəsinə verilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin 12.06.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin ərazisində yerləşən və qanunvericiliyə uyğun şəkildə vətəndaşların əvəzsiz mülkiyyətinə verilmiş torpaq sahələri istisna olmaqla, qalan bağ torpaq sahələri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Eyni zamanda məhkəmənin nəzərinə çatdrımaq istəyir ki, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil,’ ’Saray bağları” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin arxiv sənədləri saxlanılması üçün 25 dekabr 2015-ci il tarixli təhvil-təslim aktına əsasən tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Sumqayıt şəhəri ərazisində yerləşən bağ sahələrinin nömrələri sıra sayı ilə nömrələnərək ardıcıl şəkildə rəsmiləşdirilmişdir. Başqa sözlə desələr, istər “Saray” bağları, istər “Corat” bağları, istərsə də “Novxanı” bağları ərazisində yerləşməsindən asılı olmayaraq 2284 sıra nömrəsi ilə bir bağ sahəsi mövcud ola bilərdi ki, həmin bağ sahəsi də müvafiq arxiv sənədlərinə əsasən ’’Saray bağlan” ərazisində yerləşmiş və sahəsi 2000 kvadrat metr təşkil etməklə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı icarə müqaviləsi əsasında X8 istifadəsinə olmuşdur. Bu hal bir daha İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında “Corat bağları” massivindəki 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən icarə müqaviləsinin saxta olduğunu sübuta yetirir. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsinin 12.06.2020-ci il tarixli arayışından görünür ki, sözügedən bağlar ərazisində yerləşən və qanunvericiliklə müəyyən olunmuş qaydada qanuni istifadəçilərin əvəzsiz mülkiyyətinə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar bütövlükdə bələdiyyə mülkiyyəti kimi müəyyən olunmuş və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Belə ki, Sumqayıt Bələdiyyəsinin tərib etdiyi iş materiallarında olan 16 dekabr 2005-ci il tarixli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının Texniki Pasportu”nun surətindən görünür ki, mübahisələndirilən bağ torpaq sahəsi iddiaçı Süleymanova (keçmiş soyadı Bədəlova) Mənsurə Həsən qızına ayrılmış, lakin rəsmiləşdirilməsi tam başa çatmamış bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. lddia ərizəsində qeyd etdikləri kimi, Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərinə əsasən mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında icarə müqaviləsinin bağlanıldığı iddia edilən 2284 saylı bağ torpaq sahəsi “Corat bağları” massivində deyil, ’’Saray bağlan” ərazisində yerləşmiş və sahəsi də 1200 kvadrat metr deyil, 2000 kvadrat metr təşkil etməklə X13 ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında bağlanılmış 18 dekabr 1986-cı il tarixli, 3689 saylı torpaq icarə müqaviləsi əsasında X8 istifadəsinə verilmişdir. Göründüyü kimi, 2284 saylı bağ torpaq sahəsi “Saray bağları" massivində yerləşməklə İsmayılov Mədət Heydər oğlunun deyil, X8 qanuni istifadəsində olmuş və Cavabdeh istinad etdiyi mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi arasında 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən 27 avqust 1991 -ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsi saxta olduğuna güman etməyə əsas verən sənəd olmaqla həmin sənəd əsasında bələdiyyə mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq sonuncunun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Sumqayıt Corat bağ massivi 2284 saylı torpaq sahəsinəə aid 5167 saylı müqavilədə olan çap mətnlərinin rənləyici maddələri kimyəvi tərkiblərinə görə paliqrafiyada istifadə olunan rəngləyici maddələrə aiddirlər. Həmin müqavilədə olan möhür əksinin rəngləyici maddəsi kimyəvi tərkibinə görə axınlı printerlərdə istifadə olunan rəngləyici maddələrə aiddir. Həmin müqavilədə olan əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 23.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddət icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə olan möhür əksi klişe vasitəsilə birbaşa vurulmamışdır, hər hansı bir sənəddə texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatında istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə əvvəlcə möhür əski çap edilmişdir, daha sonra əlyazılar icra edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə olan möhür əksi klişe vasitəsilə birbaşa vurulmamışdır, hər hansı bir sənəddə texniki qurğu (skaner) vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatında istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş 27 avqust 1991-ci il tarixli 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilənin arxa tərəfinin aşağı sağ küncündə əvvəlcə möhür əski çap edilmişdir, daha sonra əlyazılar icra edilmişdir. 27 avqust 1991-ci il tarixli 5167 nömrəli Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilədəki möhür əksinin vurulma vaxtlarını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin 27.01.2022-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin 27 avqust 1991-ci il tarixli 5167 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0.062 ha bağ torpaq sahəsi üzərində İsmayılov Mədət Heydər oğlunun tam mülkiyyət hüququ 30 iyul 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 03 avqust 2018-ci il tarixli 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 06 avqust 2018-ci il tarixli 3M-293 reyestr nömrəli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 08 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt “ASAN xidmət” notariat kontorunun 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş və 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinin koordinatları müəyyən edildi. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatı aparılmamışdır. Bu səbəbdən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. Sumqayıt şəhər, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı ücün, Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsi ilə Sumqayıt şəhəri Saray bağ massivi 2284 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 01.04.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, iş materiallarında 5167 saylı 27.08.1991-ci il tarixli müqavilədə göstərilən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən, Sumqayıt şəhəri, XDS-nin İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsinin 27 avqust 1991 -ci il tarixli 5167 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinə əsasən, Sumqayıt şəhəri, Corat bağ massivi, 2284 ünvanında yerləşən 0,062 ha bağ torpaq sahəsi üzərində İsmayılov Mədət Heydər oğlunun tam mülkiyyət hüququ 30 iyul 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun 03 avqust 2018- ci il tarixli 2V-124 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və 06 avqust 2018-ci il tarixli 3M-293 reyestr nömrəli miras payının bağışlama müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və 08 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt "ASAN xidmət" notariat kontorunun 28 avqust 2018-ci il tarixli 4Ə-3055 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Salahov Tərlan Tacəddin oğlunun adına özgəninkiləşdirilmiş və 04 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeydiyyata alınmış çıxarışa əsasən Sumqayıt şəhəri, Corat bağ massivi 2284 saylı bağ sahəsinin koordinatları müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, iş materiallarında 3683 saylı 18.12.1986-cı il tarixli müqavilədə göstərilən Sumqayıt şəhəri, Saray bağ massivi 2284 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilməmişdir. DƏDRX-nin 2 saylı ərazi idarəsinin xidməti məlumatına əsasən Sumqayıt şəhəri, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatı aparılmamışdır. Bu səbəbdən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil. Sumqayıt şəhər, Saray bağlar massivi 2284 saylı bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı üçün, həmin bağ sahəsinin Sumqayıt şəhəri Corat bağ massivi 2284 saylı bağ sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır. «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə elektron üsulla hüquq sahibinə göndərilir. Dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin,həyətyanı sahələrin,fərdi,kollektiv və kooperativ bağların,dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirməyə çıxarılmış torpaqların vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Oxşar hüquqi mövqe,həmçinin Kostitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Eyni zamanda həmin qərarda qeyd olunmuşdur ki, qanunvericilik icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquq varislərinə) keçməsini istisna etmir. Belə ki,’’İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. ’’Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Bununla belə torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu.Mirasın qəbul edilməsini tənzimləyən oxşar qayda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsində də nəzərdə tutulmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «Daşınmaz Əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1 maddəsinə əsasən qanunvericilklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsasında aparılır. Həmin Qanunun 11 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeyclə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1 -ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 337.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla,hüquqi nəticələrə səbəb olmur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı «şəhadətnaməmüqavilənin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair» iddia ərizəsi rədd edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, İsmayılov Ramiq Mədət oğlu, X12, X1, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddia ərizəsi təmin edilməlidir. Belə ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən 2005-ci ildə ayırdığı İddiaçı istifadəsindədir və torpaq sahəsi İsmayılov Mədət Heydər oğlunun vəfat etdiyi 2006-cı ilin iyul ayından sonra onun vərəsələri tərəfindən və faktiki olaraq, nə də vərəsəlik hüququ əsasında miras əmlak kimi qəbul olunmamışdır, verilmiş vərəsəlik sənədlərinin və mülkiyyət hüququna dair sənədlərin hüquqi əsasının olmadığı tam olaraq üzrə çıxır. Bundan əlavə iş materiallarında olan ekspertiza rəylərində saxtalığı aşkar olan göstərilən torpaq icarə müqaviləsi əhəmiyyətsiz sənəd kimi hər hansı hüquqi qüvvəyə malik olmadığından, mərhum İsmayılov Mədət Heydər oğlunun adına vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı hüquqları yarana bilməz və mübahisələndirilən torpaq sahəsi, ümumiyyətlə 2284 saylı bağ sahəsi olmamaqla, torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə keçmiş torpaq sahələrinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyərləri 362 (üç yüz altmış iki) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 362 (üç yüz altmış iki) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh, üçüncü şəxslər Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən və iddiaçının istifadəsində olan 0.0620 ha torpaq sahəsinə, Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 2V-124 reyestr nömrəli, 03.08.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında təsdiq edilmiş 3M- 293 reyestr nömrəli, 06.08.2018-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilərək cavabdeh X2 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməli, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin iddiası təmin edilərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı ləğv edilməli, mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağlan” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab olunmalı, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən verilmiş reyestrdə 2V- 124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X12, X1 ilə Cavabdeh arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsinin etibarsız sayılmalı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh, İsmayılov Ramiq Mədət oğlu, X12, X1, Sumqayıt şəhəri 1 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququ barədə dövlət reyestrində aparılmış qeydiyyatların etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı ləğv edilsin. Mərhum İsmayılov Mədət Heydər oğlu ilə keçmiş Sumqayıt şəhər İcariyyə Komitəsinin Bağ təsərrüfatı idarəsi arasında “Corat bağlan” massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil etmiş 2284 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı bildirilən 27 avqust 1991-ci il tarixli, 5167 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələr etibarsız hesab olunsun. Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən verilmiş reyestrdə 2V-124 nömrəsi ilə qeyd edilmiş 03 avqust 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin, Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən tədqiq olunmuş İsmayılov Ramiq Mədət oğlu, X12, X1 ilə Cavabdeh arasında bağlanılmış reyestrdə 3M-293 nömrəsi ilə qeyd edilmiş 06 avqust 2018-ci il tarixli “miras payın bağışlama” müqaviləsi etibarsız sayılsın. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX 13001618 saylı Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair İsmayılov Mədət Heydər oğlunun adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə 30 iyul 2018-ci il tarixdə qeydiyyata alınmış və Sumqayıt şəhəri, “Corat bağlan” massivində yerləşən, sahəsi 620 kvadrat metr olan 2284 saylı bağ torpaq sahəsinə dair Cavabdeh adına verilmiş, daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 08 avqust 2018-ci il tarixdə qeydiyyata alınmış Çıxarışların, torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 362 (üç yüz altmış iki) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar