Məhkəmə qərarları › İş №2(060)-1907/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1907/2023

12.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1907/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarma, mənzilin qanunsuz sahibi tərəfindən boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılması, həmin mənzilin qanunsuz sahiblik edən Cavabdeh1 tərəfindən boşaldılaraq ona təhvil verilməsi, mənzildən istifadəyə maneələrin və qanunsuz kənar müdaxilənin aradan qaldırılması öhdəliyinin Cavabdeh1 həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun və qızı X2 xüsusi mülkiyyətindədir. O, baldızı Cavabdeh1 qanunsuz və əsassız hərəkətləri ucbatından xüsusi mülkiyyətində olan mənzilindən istifadə edə bilmir. Belə ki, baldızı Cavabdeh1 onun mənzilinin açarlarını ələ keçirib, onu mənzilə buraxmır, hər dəfə ona müraciət edəndə dava-dalaş salıb onu hədələyir, heç bir qanuni əsas olmadan 2017-ci ildən mənzili ayrı -ayrı şəxslərə kirayəyə verərək, hər ay kirayə haqqı alır, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə edir, ona əmlakından istifadə etməyə imkan vermir. Hal-hazırda mülki iş üzrə digər Cavabdeh2 ailə üzvləri ilə birlikdə ona məxsus mənzildə kirayəçi qismində yaşayırlar. Bununla əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etsə də, xx.xx.2023-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıının nümayəndəsi Vəkil məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iddia tələbini qəbul etməyərək göstərdi ki, atası rəhmətə gedəndən sonra köhnə evlərinin ərazisi böyük olduğuna görə anaları daha rahat mənzildə yaşasın deyə sözügedən mənzili almışlar. Atası rəhmətə getməmişdən əvvəl öz əmlaklarlarını bacısı ilə ona vəsiyyət etmişdir. Anası uzun müddət xəstə olub, Həmin vaxt ona bacısı ilə o, baxmışdır. İddiaçı qardaşını onlardan tamamilə uzaqlaşdırmışdır. Qardaşı ailəsi ilə başqa yerdə yaşayırdı. Onlar dəfələrlə qardaşı ilə danışıb evə qaytarmaq istəsələr də, o, analarının son günlərində belə yanında olmamışdır. Onlar qardaşını anaları ölməmişdən bir müddət əvvəl evə qaytarmışdılar. O, hazırki sözügedən mənzili qardaşına yaşaması üçün vermişdir. O, bilməzdir ki, qardaşı vəfat edəcəkdir. Həmin ev ona məxsus olub, o, da həmin evi qardaşının yoldaşına deyil, qardaşına vermişdir. Bundan əlavə o, süzügedən evi kirayə verməmişdir. Anası xəstə olan vaxtlar ona bir xanım baxırdı, analarının yanında yaşayırdı. Anası vəfat etdikdən sonrada analarına baxdığına görə onlar həmin qadına hörmət əlaməti olaraq ev tapana kimi həmin evdə qalmasına icazə vermişdilər. Hazırda mübahisə predmeti olan ev əvvəl onun adına olub, sonradan o, evi qardaşının adına keçirtmişdir. Göstərilənləri nəzərə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdmişdir. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə, ev 4D/3 xüsusi mülkiyyət hüququ əsasında ½ hissədə İddiaçı və ½ hissədə X3 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayəti əsasında aparılmış araşdırmalara əsasən Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh1 və İddiaçı mülki mühakimə qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə iş materiallarından müəyyən olunur ki, mübahisəli ev iddiaçıya məxsusdur və cavabdehlər heç bir qanuni əsas olmadan həmin evdən istifadə edirlər. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus evdən istifadəsi onun iradəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında hətta orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Cəfərov (Jafarov) Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli məhkəmə qərarına əsasən “Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər” məcburi köçkün hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5-ci maddə). Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası” 4-cü maddəsinə əsasən “Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Göstərilənlənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2 ailə üzvləri ilə birlikdə çıxarılmalı, həmin evdən qanunsuz sahiblik edən cavabdeh S.H.Qarayevə tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməli, fərdi evdən istifadəyə maneələrin və qanunsuz kənar müdaxilənin aradan qaldırılması öhdəliyi Cavabdeh1 həvalə olunmalıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, iddiaçının tələb etdiyi mübahisəli evin hüquqi statusunu müəyyən edən sənəd onun adına verilmiş RX seriyalı, № ******* saylı çıxarışdır. Məhkəmə hesab edir ki, şəxs istifadə hüququ əldə etdiyi evdən yaşamaq imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin və fərdi evdən istifadəyə maneələrin və qanunsuz kənar müdaxilənin aradan qaldırılması öhdəliyi Cavabdeh1 həvalə olunsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar