Məhkəmə qərarları › İş №2(060)-1929/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1929/2022

03.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1929/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 (uşaqları 05.05.2008-ci il təvəllüdlü X3 və 15.02.2013-cü il təvəllüdlü X1 ilə birlikdə) Sumqayıt şəhəri, 18-ci mikrorayon, 24 saylı evin 22 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının oğullarıdır. Hazırda cavabdehlər uşaqları 05.05.2008-ci il təvəllüdlü Cavabdeh1 Əli oğlu və 15.02.2013-cü il təvəllüdlü X1 ilə birlikdə onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon 24 saylı evin 22 saylı mənzilində qeydiyyatdadır. Cavabdehlər ailə qurduqdan sonra daimi olaraq iddiaçının mənzilini tərk edərək başqa ünvanlarda yaşayırlar. Hazırda cavabdehl Cavabdeh2 ünvan 1 ünvanın yerləşən mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evində yaşayır. Digər Cavabdeh1 isə ailə qurduqdan sonra onun qayınatasına məxsus Sumqayıt şəhəri, Qurd dərəsi ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə orada yaşayır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirmiş, mülki işin məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişləri rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1948-ci ildə, Abşeron rayonunun saray kəndində anadan olmuş, hazırda ünvan 2 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. Cavabdeh1 16.100.1975-ci ildə, Cavabdeh2 isə 11.061974-cü ildə anadan olmuşlar. Hər iki cavabdeh mübahisəli mənzildə qeydiyyatdadırlar. İşdə olan qeydiyyat vəsiqəsinə əsasən mübahisəli mənzil 23.06.1993-cü ildə iddiaçının adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 30.08.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ 25.08.2020-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.1975-ci ildə, digər Cavabdeh2 isə xx.xx.1974-cü ildə anadan olmuşdur. Mübahisəli evi isə iddiaçı 1993-cü ildə əldə etmişdir. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşdən göründüyü kimi cavabdehlər iddiaçının oğlu, yəni onun ailə üzvləridir. Mübahisəli ev iddiaçı tərəfindən 1993-cü ildə əldə edilərkən onlar, iddiaçının ailə üzvü kimi mübahisəli evə istifadə hüququ əldə etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərin mübahisəli evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Belə olan halda o, cavabdehlərin mübahisəli evdə yaşamadığını, cavabdehlərinin mübahisəli evlə heç bir əlaqələrinin və həmin evə yaşayış üçün ehtiyaclarının olmadığını sübut etməlidir. Lakin iddiaçı bununla bağlı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Həmçinin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə islaslarında iştirak etməmiş və öz mövqeyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu barədə izahat verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin oluna bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 və Cavabdeh1 (uşaqları 05.05.2008-ci il təvəllüdlü X3 və 15.02.2013-cü il təvəllüdlü X1 ilə birlikdə) Sumqayıt şəhəri, 18-ci mikrorayon, 24 saylı evin 22 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar