Məhkəmə qərarları › İş №2(060)-1962/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1962/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1962/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, «xxxxx» MMC və Sumqayıt şəhər üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, «xxxxx» MMC və Sumqayıt şəhər üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında xx xxxx 2017-ci il tarixli, 36/01 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququ uzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyatın əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzil onun mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla mülkiyyətindən çıxarılmışdır. Belə ki, X8 xx xxxxxx 2014-cu il tarixində Cavabdeh1 ASC-dən şəxsi məqsədlər üçün 36 ay müddətinə, illik 20% olmaqla 100000 ABŞ dolları məbləğində kredit götürmüş, kreditin əsas təminatı kimi ona məxsus olan ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC ilə X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-l4 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilmiş, əsas borc üzrə 92554,71 ABŞ dolları, faiz borcu üzrə 24448,89 ABŞ dolları, cərimə (dəbbə) üzrə 100 ABŞ dolları, ümumilikdə 117103,6 ABŞ dolları kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu pulun X2 tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, tələbin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilə və X7 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsinə yönəldilməsi qət edilmiş, həmçinin ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsinə müvafiq olaraq 52 000 (əlli iki min) manat müəyyən edilmişdir. Ona məxsus ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC-nin 36/01 nömrəli, xx xxxx 2017-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 52 000 manat məbləğində müəyyən edilmiş, lakin “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 44200 manat və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 33150 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 ASC tərəfindən alınmışdır. Bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyat aparılmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışla ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzil İddiaçı mülkiyyətindədir. Lakin hərracın keçirilməsi ilə əlaqədar bildirişlər İddiaçı ünvanına gəlməmiş və hərracın keçirilməsindən həmin şəxsin xəbəri olmamışdır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru tərəfindən İddiaçı hərracın keçirilməsi ilə əlaqədar olaraq məlumatlandırılmamışdır. Cavabdeh1 ASC-nin xx xxxxxx 2016-cı il tarixli məktubu ilə Sumqayıt şəhər İcra İdarəsindən və Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC-dən iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Lakin buna baxmayaraq Sumqayıt şəhər İcra İdarəsi hərracın keçirilməsi ilə bağlı olaraq hərrac idarəsinə məktub göndərmişdir. Eyni zamanda, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2016-cı il tarixli AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə göndərilən məktubunda ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin açıq hərracda satılaraq mənzilin üzərində olan qadağanın götürülməsini və həmin mənzilin Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin həmin mənzil xx xxxx 2017-ci il tarixində açıq hərrac keçirilərək satılmışdır. İpoteka saxlayan İpoteka haqqında Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.4.2-ci maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Hesab etmişdir ki, Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC-nin ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında xx xxxx 2017-ci il tarixli, 36/01 nömrəli yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2017-ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olmaqla etibarsız olduğundan, həmin müqavilə əsasında Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsassızdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzillə bağlı keçirilən hərrac qanunvericiliyin tələblərinə uyğun olmaqla keçirilmiş, ipoteka predmeti tələbkara təklif edildikdən sonra onun tərəfindən alınmışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə məlumatlı olmadığını qeyd etsə də, iş materiallarından görünür ki, o vaxtı-vaxtında hərrac haqqında xəbərdar edilmişdir. Hesab edir ki, iddiaçının belə bir iddia qaldırmaqda yeganə məqsədi vaxt qazanmaq, prosesləri suni surətdə yubatmaqdır. Ona görə də nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və iş üzrə digər cavabdehlər «xxxxx» MMC və Sumqayıt şəhər üzrə İcra İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-14 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, xx.xx.2014-cü il tarixli 5107/f-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 92554,71 ABŞ dolları əsas, 24448,89 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 117103,6 (bir yüz on yeddi min bir yüz üç dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) kredit borcu və ipoteka predmetinə tutmanın yönədilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 61 (altmış bir manat) manat borcun cavabdeh X2 iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-14-01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 16 saylı mənzilə və X11 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 5107/f-14-01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan 0.225 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 6 saylı mənzilin hərracda ilkin satış qiymətinin 52.000 (əlli iki min) manat müəyyən edilməsi, İpoteka predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üçün nəzərdə tulmuş xüsusi mülkiyyətdə olan 0.225 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi, İpotekaya qoyulmuş Sumqayıt şəhəri, 18-ci mikrorayonda 25V saylı evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətdə olan 3 otaqlı, 50.77 kv.m. yaşayış, 20.69 kv.m. yardımçı sahədən ibarət 6 saylı mənzil və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan 0.225 ha torpaq sahəsinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olan məbləğin 117103,6 (bir yüz on yeddi min bir yüz üç dollar altmış sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 61 (altmış bir manat) manatın iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin X6 qaytarılması qət edilmişdir. İşdə olan hərrac təşkilatının İpoteka saxlayana X10 Edilməsi üçün Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli, 36/01 nömrəli protokolun surətindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 ASC İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzilini 33150 (otuz üç min bir yüz əlli) manata almışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2017-ci il tarixli müqavilənin surətinə əsasən, “xxxxx” MMC (satıcı) ilə Cavabdeh1 ASC (alıcı) arasında alqı-satqı müqaviləsi imzalanmış və Cavabdeh1 ASC İddiaçı məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzilini 33150 (otuz üç min bir yüz əlli) manata almışdır. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 16 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində ********** qeydiyyqt nömrəsi ilə xx.xx.2017ci il tarixdə qeydə alınmışdır. İşdə olan Respublika Xammal və X15 Mərkəzi “xxxxx” MMC-nin xx xxxxx 2017-ci il tarixli, 01/1662 nömrəli bildirişinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 243/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 25V saylı evin 16 saylı mənzili ilkin satış qiyməti 52.000 manat olmaqla açıq hərraca çıxarılmış və açıq hərracın xx xxx 2017-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbədə) ünvanında keçirilməsi barədə tələbkar Cavabdeh1 ASC-yə və borclu İddiaçı bildiriş ünvanlanmışdır. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi hərracın keçirilməsi ilə əlaqədar bildirişlərin onun ünvanına gəlməməsi və hərracın keçirilməsindən həmin şəxsin xəbəri olmamasına istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx xxx 2017-ci il tarixdə keçirilmiş hərracla bağlı xx.xx.2017-ci il tarixdə İddiaçı bildiriş ünvanlanmış, həmin bildiriş 365701 saylı qaiməyə əsasən xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən qəbul edilmişdir (iş vər. 40). Bundan əlavə iddiaçı iddia ərizəsində Cavabdeh1 ASC-nin xx xxxxxx 2016-cı il tarixli məktubla Sumqayıt şəhər İcra İdarəsindən və Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC-dən iş üzrə icraatın dayandırılması xahiş etdiyini, eyni zamanda Sumqayıt şəhəri üzrə İcra İdarəsinin AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə göndərdiyi xx xxxx 2016-cı il tarixli məktubunda ünvan 1 ünvanda yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin açıq hərracda satılaraq mənzilin üzərində olan qadağanın götürülməsini və həmin mənzilin Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 adına rəsmiləşdirilməsini xahiş etdiyini bildirsə də, sözügedən sənədləri məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Respublika Xammal və Əmtəə Birjası “xxxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət 16 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında xx xxxx 2017-ci il tarixli, 36/01 nömrəli yekun protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququ uzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2017-ci il tarixli qeydiyyatın əsassız hesab edilərək ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının cavabdehlər Cavabdeh1 ASC, «xxxxx» MMC və Sumqayıt şəhər üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar