Məhkəmə qərarları › İş №2(060)-1963/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1963/2021

26.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1963/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əsgərova (Sadıqova) Firuzə Aşur qızının nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsi üzrə çıxarışın, bağışlama müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsi üzrə çıxarışın, bağışlama müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha (600 kv.m) torpaq sahəsi üzrə Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına rəsmiləşdirilmiş № 0264149, 06.09.2011-ci il tarixli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş bağışlanma müqaviləsinin və Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2011-ci il tarixli, 2MK- 282/2007 saylı qərardadı ilə onun ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasısının 17 aprel 2007-ci il tarixli, 1MK-282/2007 saylı qərardadı icraya yönəldilməsi, işdə iştirak edən şəxslərin 15 aprel 2007-ci il tarixdə bağladıqları barışıq sazişinə uyğun olaraq, həmin qərardad üzrə Sumqayıt şəhəri, Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.metr olan bağ sahəsi, 1200 kv.metri iddiaçı X11, 200 kv.metri X2, 400 kv.metri onun, 600 kv.metri cavabdeh X7 icarələrinə verilməklə və B-1895 nömrəli 1200 kv.metr bağ sahəsinin bütövlükdə iddiaçı X11 icarəsində saxlanılmaqla bölünmüşdür. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 21 iyun 2017-ci il tarixli qərardadı ilə onun iddia etdiyi torpaq sahəsinin X3 tərəfindən çıxarışa əsasən özəlləşdirildiyi müəyyən edildiyi üçün icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. O, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2011-ci il tarixli, 2MK- 282/2007 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 21 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Onun ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 17 aprel 2007-ci il tarixli, 1MK-282/2007 saylı qərardadı icraya yönəldilməsi, işdə iştirak edən şəxslərin 15 aprel 2007-ci il tarixdə bağladıqları barışıq sazişinə uyğun olaraq, həmin qərardad üzrə Sumqayıt şəhəri, Novxanı bağlar ərazisində yerləşən ümumi sahəsi 2400 kv.metr olan bağ sahəsi, 1200 kv.metri iddiaçı X11, 200 kv.metri X2, 400 kv.metri onun, 600 kv.metri cavabdeh X7 icarələrinə verilməklə və B-1895 nömrəli 1200 kv.metr bağ sahəsinin bütövlükdə iddiaçı X11 icarəsində saxlanılmaqla bölünməsinə dair qərar qəbul edilmişdir. Sözügedən məhkəmə aktının icrası 11.12.2020-ci il tarixində Sumqayıt şəhər icra və Probasiya Şöbəsində aparılarkən müəyyən edilmişdir ki, Cavabdeh2 qanunsuz olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin iş № 2(102)- 6408/2019 saylı, 25.10.2019-cu il tarixli qərarını heçə sayaraq, Novxanı bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.m olan bağ torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş dövlət reyestrindən çıxarışı əsasında qanunsuz olaraq dayısı X11 qızı, Cavabdeh1 adına sözügedən torpaq sahəsini özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış bağışlama və mübahisəli torpaq sahəsinin yeni mülkiyyətçisi (digər cavabdeh) Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış qanunsuz hesab edilərək etibarsız edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi X15 etirazla məhkəməyə müraciət edərək göstərdi ki, İddiaçı Cavabdeh1 və digər cavabdeh X5 qarşı iddia ərizəsini tamamilə əsassız və ədalətsiz sayır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, bələdiyyə mülkiyyətində olmuş və müvafiq bələdiyyə qərarı əsasında Vəliyeva (keçmiş Əmirşahova) Pərvanə ilham qızının mülkiyyətinə verilmiş bağ torpaq sahəsinə dair tərtib olunmuş hüquq müəyyənedici sənədləri mübahisələndirmişdir. Halbuki, iddiaçının iddia ərizəsində istinad etdiyi nə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK- 282/2007 saylı, 17 aprel 2007-ci il tarixli qərardadı, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6408/2009 saylı, 25 oktyabr 2019-cu il tarixli qərarı mübahisələndirilən torpaq sahəsi üzərində hüququnu yaratmamışdır. Belə ki, həmin mülki iş iddiaçılar X11 və X2 cavabdehlər X12 və İddiaçı qarşı 2005-ci ilin ortalarında məhkəməyə verdikləri “bağ sahəsindən çıxarılma barədə” iddia ərizəsindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin ölçüsü ümumilikdə 3600 kvadrat metr təşkil etmiş, həmin bağ sahəinin 2400 kvadrat metrindən 1200 kvadrat metri məhkəmənin adı çəkilən qərardadı ilə X11, 200 kvadrat metri X2, 600 kvadrat metri cavabdehlərdən X8, 400 kvadrat metri isə İddiaçı icarəsinə verilmiş, sahəsi 1200 kvadrat metr olan B-1895 saylı bağ sahəsi isə bütövlükdə X11 icarəsində saxlanılmışdır. Halbuki, İddiaçı özünün və anası X8 istifadələrində olan torpaq sahələrini məhkəmədən gizlədərək Sumqayıt şəhər Bələdiyyəsində başqa şəxsin adına sənədləşdirməklə hələ 2006-cı ildə bu torpağın bir hissəsinə faktiki yiyələnmişdir. Belə ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1MK-282/2007 saylı, 17 aprel 2007-ci il tarixli qərardadı ilə bölünməsi müəyyən edilmiş və iddiaçılar X11 və X2 cavabdehlər X12 və İddiaçı qarşı 2005-ci ilin ortalarında məhkəməyə verdikləri “bağ sahəsindən çıxarılma barədə” iddia ərizəsi əsasında bağ torpaq sahəsinin mübahisələndirdikləri 1895 saylı bağ sahəsinin 1000 kvadrat metri Sumqayıt şəhər Bələdiyyəsinin 25 iyul 2006-cı il tarixli, 27 saylı qərarı ilə X1 mülkiyyətinə verilmişdir. Həmin bağ sahəsinin sənədləşməsi X1 adından etibarnamə əsasında çıxış edən İddiaçı tərəfindən aparılmışdır. Adı çəkilən bağ sahəsinin ölçüsü məhkəmə qərardadı ilə iddiaçının özünün və anası X8 icarəsinə verilmiş bağ sahəsinin ümumi ölçüsü ilə eynilik təşkil etdiyini nəzərə alsaq aydın olur ki, İddiaçı özünə düşən torpaq sahəsini başqa şəxsin adına sənədləşdirməklə məhkəməni aldatmağa çalışmışdır. Hal-hazırda da, əlavə olaraq bələdiyyə qərarı ilə X2 mülkiyyətinə verilmiş və sonradan onun tərəfindən Cavabdeh1 satılmış bağ hissəsinə iddia etməkdədir. Göründüyü kimi, İddiaçı mübahisələndirdiyi bağ torpaq sahəsi üzərində hər hansı hüququ mövcud deyildir. Qeyd edilən bağ torpaq sahəsi qanuni şəkildə Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, Cavabdeh1 ilə X9 arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında “Novxanı” bağları massivində yerləşən, sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmiş və 2016-cı ilin sonlarından etibarən Cavabdeh1ının mülkiyyətindədir. Cavabdeh1 həmin bağ sahəsinin mübahisəli olduğunu iddia ərizəsini alqıqdan sonra bilmiş və Cavabdeh1 atası X10 bununla bağlı yuxarıda sadaladığı məlumatları öyrənmişdir. Cavabdeh1 torpağın qanuni mülkiyyətçisidir və vicdanlı alıcıdır. Buna görə də torpaq şahəsinin Cavabdeh1 mülkiyyətindən çıxarılaraq iddiaçıya qaytarılması tələbini tamamilə əsassız və qanuna zidd sayır. Bütün bu sadalananlara əsaslanaraq heşab edir ki, iddiaçı, İddiaçı torpağa dair iddiası əsassız olmaqla yanaşı, mübahisələndirilən torpağa iddia etməsi üçün subyektiv hüququ da mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik ölub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq bir daha bildirir ki, İddiaçı Cavabdeh1 və digər cavabdeh X5 qarşı “reyestr çıxarışlarının və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi qüvvədə olan qanun normalarına zidd olduğu üçün əsassızdır. Bu səbəbdən sözügedən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRXnin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********04 nömrəli, 16.01.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, Novxanı bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.m olan bağ torpaq sahəsinə dair X4 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğvinə göstəriş verilməsinə dair 16.12.2019cu il tarixli ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, müraciətdə sözügedən Novxanı bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.m olan bağ torpaq sahəsi X9 tərəfindən özgəninkiləşdirilmiş və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən Cavabdeh1 adına 16.09.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Buna görə də müraciətin icrasını təmin etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********67 nömrəli, 05.05.2021-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydə alınmış torpaq sahəsinin hüquqi rejiminə dair məlumatın verilməsi barədə məhkəmənin məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmış, bununla əlaqədar bildirilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1895 ünvanda yerləşən torpaq sahəsi ünvan 3 bağ torpaq sahəsinin ayrılması barədə qərarı, Sumqayıt şəhər Məhkəməsinin 29.03.2011-ci il tarixli, 2(060)-1550/11 nömrəli “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair” qətnaməsi əsasında X4 adına qeydiyyata alınmış və 06.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 08.09.2016-cı il tarixli, 4Ə-389 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmış və 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1550/2011 saylı, 29.03.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, ünvan 3 qərarı ilə X2 mülkiyyətinə verilmiş «Novxanı» bağlan ərazisində yerləşən, faktiki sahəsi 600 kvadrat metr olan bağ torpaq sahəsinə dair X6 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab olunması, həmin bağ torpaq sahəsi üzərində Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının mülkiyyət hüququnun tanınması, qətnamənin 1895 saylı bağ torpaq sahəsi üzərində Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızına mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin plan və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6408/2019 saylı, 22.10.2019-cu il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 16 may 2019cu il tarixli, 2(105)-48/19 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı Vəliyevə (Əmirşahova) Pərvanə İlham qızının cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı ünvan 3 qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri “Novxanı” bağları ərazisində yerləşən 400 kv.metr bağ torpaq sahəsinə dair onunla Sumqayıt şəhər bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab olunması, həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və çıxarılacaq məhkəmə aktının həmin bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan sənədlərin, o cümlədən torpaq sahəsinin plan və ölçüsünün və hüquqların dövlət qeydiyyatı barədə çıxarışın verilməsi üçün əsas olması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası MPM-nin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən torpaq sahəsinin mülkiyyətə verilməsinə əsas olmuş məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə ləğv edildiyindən, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha (600 kv.m) torpaq sahəsi üzrə Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına qeydiyyata alınmış 06.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2016-cı il tarixli, 4Ə-289 reyestr nömrəli bağışlanma müqaviləsi və Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha (600 kv.m) torpaq sahəsi üzrə Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına qeydiyyata alınmış 06.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, həmin çıxarış əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2016-cı il tarixli, 4Ə-289 reyestr nömrəli bağışlanma müqaviləsi və Cavabdeh1 adına rəsmiləşdirilmiş 16.09.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar