Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1963/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyyasına və Sumqayıt “Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsinə qarşı “uşağın soyadının dəyişdirilməsinə” dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyyasına və Sumqayıt “Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsinə qarşı “uşağın soyadının dəyişdirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 24.*9.2*21-ci il təvəllüdlü qızları X3 doğum qeydində dəyişiklik edilərək, soyadının “Rüstəmova”dan “Bəhram”a dəyişdirilməsi ,buna əsasən yeni doğum haqda şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizəni onunla əsaslandırdılar ki, qızları X5 24.*9.2*21-ci il tarixdə anadan olmuşdur. Anadan olarkən ona ata soyadı- “Rüstəmova” soy adı verilmişdir. Doğum qeydə alınarkən və buna əsasən doğum haqqında şəhadətnamə verilərkən onlar xahiş etmişlər ki, qızlarına ata babasının adı ilə soy adı verilsin. Lakin qeydiyyat şöbəsi bildirmişdir ki, AR AM-nin 53.3. maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. İlk doğum qeydində mütləq onların soyadları yazılmalıdır və gələcəkdə uşağın soyadını dəyişmək üçün Qəyyumluq orqanına və ya məhkəməyə müraciət etmək olar. Beləcə, uşağa onların soyadı verilmiş və doğum haqda şəhadətnamə verilmişdir. Bundan sonra onlar Sumqayıt şəhər İHB yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək bildirmişlər ki, uşağa soyad kimi Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş ata babasının adını yazdırmaq istəyirlər. Komissiya bundan imtina etmişdir. Bundan sonra Qeydiyyat Şöbəsinə də müraciət etsələr də, onlar da imtina etmişdir. Ona görə də onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi1 məhkəmənin nəzərinə çatdırdı ki, atası X4 11.*3.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi və suverenliyi uğrunda gedən döyüşlərdə Füzuli rayonunda qəhrəmancasına şəhid olmuşdur. O, bir oğul kimi atasının adının onun uşaqları vasitəsilə soyadlarında əbədiləşdirmək istəyir və bu məqsədlə də qızının soyadının “Bəhram” kimi yazılması üçün Komissiyaya müraciət etmişdir. Bu onun bir şəhid oğlu kimi məhkəmədən, dövlətdən bir xahişidir. Bu soyadının atasının adı ilə dəyişdirilməsi onların arzusudur və onun təmin edilməsi bir şəhidin adının onun nəslinin soyadında əbədiləşdirilməsi deməkdir və bu həm onların ailənin arzusuna çatmasına səbəb olar, həm də adının əbədiləşməsi ilə şəhid ruhu da şad olar. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edirlər. İş üzrə maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında 23.*2.2*2*-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 nikahından 24.*9.2*21-ci təvəllüdlü X5 adlı övladları vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11.*3.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 11.11.2*21-ci il tarixli, 579 nömrəli məktubdan görünür ki, övladları, 24.*9.2*21-ci il təvəllüdlü X1 “Bəhram” kimi dəyişdirilməsi barədə müraciətlərinə şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq övladları- 24.*9.2*21-ci il təvəllüdlü X1 "Bəhram” kimi dəyişdirilməsi şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” X6 tərəfindən verilmiş 22.12.2*21-ci il tarixli, *5-q/7217/15 nömrəli məktubdan görünür ki, 24.*9.2*21-ci ildə anadan olmuş övladları X1 “Rüstəmova”-dan “Bəhram”-a dəyişdirilməsi ilə bağlı ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda qeyd edilir ki, “Məcəllə” nin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 “Rüstəmova”-dan “Bəhram”-a dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçilər 23.*2.2*2*-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan 24.*9.2*21-ci il təvəllüdlü X5 adlı övladları vardır. “Bəhram” Ərizəçi1 Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş atasının adıdır və o, atasının adını əbədiləşdirmək istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 59.1-cü maddəsinə əsasən Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə iclasında ərizəçilər tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişlər. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Odur ki, məhkəmə ərizənin təmin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7-ci, 216-22*-ci, 311 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 övladları 24.*9.2*21-ci il təvəllüdlü X2 “Rüstəmova”dan “Bəhram”a dəyişdirilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1963/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1963/2022
06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver