Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1969/2024 31.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh ilə aralarında olan razılaşma əsasında onun adında olan ***-***-**-** mobil telefon nömrəsini 1640 manat məbləğində satmışdır. Razılaşmaları əsasında cavabdeh həmin məbləğin 200 (iki yüz) manat hissəsini nağd şəkildə yerdə qalan 1440 (min dörd yüz qırx) manat hissəsini hər ay 120 manat ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə onun razılığı əsasında adına olan ***-***-**-** mobil telefon nömrəsi "xxxx" MMCdə abunə müqaviləsi əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Lakin Cavabdeh 2 ay hər ay 120 manat cəmi 240 manta ödədikdən sonra qalıq 1200 manat məbləği səkkiz aydır ki, ona ödəməmişdir. Onun tərəfindən ödənişlə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, o, götürdüyü öhdəliyi yerinə yetirməyərək həmin məbləği ödəməmişdir. Bundan sonra onun tərəfindən aidiyyatı üzrə Bakı şəhəri Yasamal RPİ-nə müraciət olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Pİ-nin 26-cı polis bölməsinin rəisi Vəli Cəfərov tərəfindən işin mülki xarakterli olması və şikayəti ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. Bundan sonra dəfələrlə Cavabdeh zəng edərək 1200 (min iki yüz) manat pulu tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və pulu qaytarmaqdan yayınır. Bir sözlə cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və nəticədə ziyan vurmuşdur. Qeyd etmək istəyir ki, o, ikinci qrup əlildir. Səhhəti ilə bağlı heç yerdə işləmir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, şahidə üç və yaxud dörd gün əvvəl zəng etmişdir. Həmin şahid cavabdehin müdiridir. Müdirə zəng edərək özünü təqdim etmişdir. Lakin həmin şəxs onu unutmuşdur. Ona bildirmişdir ki, cavabdeh nə üçün belə hərəkət edir? Pulu həmin şahidin yanında vermişdir. Telefon nömrəsi ilk öncə onun adında olmuşdur. Müdir bildirmişdir ki, əgər pulu o verməsə, özü verəcəkdir. Disk yazılarında olan səslərdən müəyyən olunur ki, cavabdeh özü demişdir ki, 200 manat öncədən vermişdir. 12 ay isə 120 manatdan pul verəcəkdir. İlkin olaraq müdirin yanında 200 manat pul vermişdir. İki ay da 120 manatda pul ödəmişdir. Telefon nömrəsinin onun adına olmasına baxmayaraq, nömrə qardaşının idi. Lakin nömrəni o satmışdır. Samir ilə sonuncu dəfə danışdıqdan sonra o, Ceyhun barədə bir daha ona zəng etməməsini təkidlə xahiş etmişdir. Nömrəni 1640 manata satmış, 440 manat ödəmiş, qalan məbləği isə 10 aya 120 manatdan ödəniş etməli olmuşdur. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə Cavabdeh bütün mümkün vasitələrdən istifadə edilməklə məhkəmə iclaslarının vaxtları və yerləri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli abunə müqaviləsindən görünür ki, ********** telefon nömrəsi fakturasız xətt olmaqla Cavabdeh məxsusdur. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası, Sumqayıt şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarına əlavə edilmiş səs yazısından müəyyən olunur ki, - Alo ? (iddiaçı) - Müdür 120 hər ay danışmışıq da? (cavabdeh) - Hə (iddiaçı) - Hə, hə. Gəldidə yəni? (cavabdeh) - İlk ödəniş də 25 mart tarixində 200 manat ödəmisən. (iddiaçı) - Hə, fso, fso. 12 ay da 120 manat. (cavabdeh) - Bəli. (iddiaçı) - Hə, hə. Fso, fso. (cavabdeh) - Ümumi toplam 1640 manatdır. (iddiaçı) - Bildim, bildim hə. Yaxşı, xeyirin görəsən. (cavabdeh) - Oldu, çoxsağol. (iddiaçı) - Oldu, sağol, sağol. (cavabdeh) Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onun təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş sübutların iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyərək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bundan əlavə cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarında iddiaçıya 12 ay müddətinə hər 120 (12 ay x 120 manat = 1440) manat pul məbləği borcunun qaldığını etiraf etmişdir. Daha sonra iki ay üzrə ödəniş etmiş (2 ay x 120 = 240), ödənilməmiş 1200 manat pul (1440 – 240 = 1200) qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 329.2-ci maddəsin əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 1200 AZN manat pul vəsaitini iddiaçıdan aldığını səs yazılarında müəyyən olunduğu kimi qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 1200 manat məbləğində pul alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 113-cü maddəsininin tələblərinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1969/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1969/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver