Məhkəmə qərarları › İş №2(060)-1973/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1973/2024

20.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1973/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 20 may 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş və 08 iyun 2016-cı ildə İraq Respublikasında döyüşlər zamanı vəfat etmiş qızının həyat yoldaşı X10 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X16 onun qızının həyat yoldaşıdır (kürəkənidir). X2 ilə X16 2008-ci ildə nikaha giriblər. Onların birgə nikahlarından 23 aprel 2008ci ildə X12 və 24 yanvar 2010-cu ildə X13 anadan olmuşdur. X16 qızı ilə birlikdə 2013-cü ilin mart ayında işləmək adı ilə Rusiya Federasiyasına getmişlər. Sonradan onlara məlum olmuşdur ki, qızı və kürəkəni Suriya Ərəb Respublikasına gediblər. 2016-cı ildə onlara məlumat daxil olmuşdur ki, kürəkəni X3 gedən döyüşlərdə ölmüşdür. Qızı və onların 2 övladı Suriyada qalmış və 03 dekabr 2019-cu ildə X8, 09 mart 2020-ci ildə X14 Azərbaycan Respublikasına gətiriblər. X2 hal-hazırda İraq Respublikasının paytaxtı Bağdad şəhərində sığınacaqda yerləşdirilmişdir. Sumqayıt şəhər İH-ti Başçısının xx.xx.2019-cu il tarixli 367 savlı sərəncamı ilə 24 yanvar 2010-cu ildə X7, Sumqayıt şəhər İH-ti Başçısının xx.xx.2019-cu il tarixli 72 saylı sərəncamı ilə 23 aprel 2008-ci ildə X11 üzərində qəyyum təyin edilib. Qızının həyat yoldaşı naməlum şəraitdə İraq Respublikasında 08 iyun 2016-cı ildə vəfat edib. Qızının həyat yoldaşı X10 adına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs ona imtina məktubu verməmiş, əvəzində şifahi şəkildə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, vəfat edən şəxs onun kürəkənidir. 2013-cü ildə Rusiyaya getmək adı ilə ailəsi ilə birlikdə evdən gediblər. Sonradan qızının və ailəsinin İraqda olduqlarını öyrənmişdir. 2016-cı il 8 iyulda kürəkəni həlak olmuşdur. Dövlət uşaqların hər ikisini İraqdan gətirmiş, lakin qızı hələ də İraqda əsirdir. Kürəkəni öz böyük övladının oğlunun yanında həlak olub. Hətta hadisə zamanı həmin uşaq da müəyyən xəsarətlər alıb. Uşaqlar Azərbaycanda doğulduğu üçün doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri var. Hazırda uşaqların xərclərini tək özü çatdıra bilmir. Hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi uşaqların valideynlərinin olmaması ilə əlaqədar onlara müavinət almaqdır. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X9 bildirdi ki, ərizəçi onun anasıdır. Bacısının həyat yoldaşı 2016-cı ildə İraqda vəfat edib. Bu barədə onlara bacısı məlumat verib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 367 saylı sərəncamından görünür ki, həmin sərəncam ilə Ərizəçi 24 yanvar 2010-cu il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 72 saylı sərəncamından görünür ki, həmin sərəncam ilə Ərizəçi 23 aprel 2008-ci il təvəllüdlü X11 üzərində qəyyum təyin edilmişdir. İşdə olan AZ T 129626 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 23 aprel 2008-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X5, anası X4r. İşdə olan AZ T 129399 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 24 yanvar 2010-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X5, anası X4r. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında X1 dəfə xx.xx.2013-cü il tarixdə çıxışı qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü X16 xx.xx.2013-cü ildə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olmuşdur. Həmin məlumatları rəsmi qaydada təsdiq etmək imkanları xaricindədir. Məhkəmə ərizəçi və şahidi dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər(41.2).Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər (41.4). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, X16 ərizəçinin qızı ilə birlikdə 2013-cü ilin mart ayında ölkə ərazisindən kənara çıxmışdır. 2016-cı ildə X10 İraqda gedən döyüşlərdə ölməsi barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin müddəalarına görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (mad. 312). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (mad. 313). Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X10 harada olması barədə artıq 8 ildən çoxdur ki, məlumat yoxdur. Eyni zamanda onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar vardır. Belə olan halda məhkəmə hesab edir ki, X10 ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş X16 ölmüş elan edilməli, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş X16 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X10 oğlunun ölüm günü hesab olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar