Məhkəmə qərarları › İş №2(060)-1987/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1987/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1987/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4637 (dörd min altı yüz otuz yeddi) manat əsas borc, 60 (altmış) manat dövlət rüsumu və hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 300 (üç yüz) manat, ümumilikdə 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bir təşkilatda işləmişdirlər, iş yoldaşı kimi münasibətləri yaxşı olub. 2021-ci ilin sentyabr ayından cavabdeh ondan xahiş etmişdir ki, bankdan pul götürəcək və ona zamin dursun. O, da öz növbəsində kor təbii şəkildə məsuliyyətini dərk etmədən onunla razılaşmışdır. Həm də düşünmüşdür ki, o onu pis vəziyyətdə qoymaz. Cavabdeh "X1" Bakı filialından xx.xx.2021-ci il tarixli, 862 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 15% olmaqla 6000 manat məbləğində kredit götürmüşdür. Həmin tarixdə kredit ödənişinin təminatı kimi "X1" Bakı filialı ilə onun arasında 178 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin bir müddət sora cavabdeh işdən çıxarılmış, ondan sonra isə ödənişləri tam şəkildə dayandırmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən "X1" Bakı filialı onları məhkəməyə vermişdir. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-1994/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim:Emin Abdullayev) ilə "X1" Bakı filialının cavabdehə və ona qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası təmin edilmiş, Əsas borc üzrə 4675.46 manat, faiz borcu üzrə 64.47 manat olmaqla, cəmi 4736 (dörd min yeddi yüz otuz altı) manat 93 (doxsan üç) qəpik məbləğində pul və ödənilmiş 73 (yetmiş üç) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu ondan və Cavabdeh tutularaq "X1" Bakı filialına ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı o və cavabdeh Sumqayıt şəhər üzrə İcra İdarəsinə dəvət edilmişdirlər. İcra İdarəsində cavabdeh bildirmişdir ki, o, heç yerdə işləmir, ödəmək imkanı da yoxdur. Bu onun üçün dəhşətli bir cavab idi. Ailə üzvlərinə bildirmədiyi halda birdən birə yad bir adam üçün böyük bir məbləğin məsuliyyəti altına düşmüşdür. Məhkəmə icarçısı da həmin məbləğin onun əmək haqqından 50% həcmində tutulması üçün icra qeydini onun iş yerinə göndərmişdir. Artıq nə edəcəyini bilmirdi, depressiyaya düşmüşdü. Bir manatını belə görmədiyi məbləğin hər ay əmək haqqından 50% tutulması onun üçün ağır bir iş idi. Bu baş verməsin deyə yaxın çevrəsi həmin məbləği birdəfəlik ödəmək üçün ona 5000 (beş min) manat borc vermişdir. xx.xx.2024-cü il tarixdə "X1" Bakı filialına gedərək qalıq olan 4636.93 (dörd min altı yüz otuz altı manat, doxsan üç qəpik) manat nağd şəkildə ödəmişdir. Məhkəməyə müraciət etmək üçün 70 manat dövlət rüsumu ödəmişdir. 300 manat da məhkəmədə iştirak etməməyi üçün və hüquqlarının müdafiəsi məqsədi ilə vəkillə müqavilə bağlamışdır. Hesab edir ki, həmin məbləğlər cavabdehdən tutulub ona verilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı cavabdehlə iş yoldaşı kimi münasibəti olmuşdur. Cavabdeh bankdan kredit götürmüş, cavabdeh isə həmin müqavilə üzrə zamin olmuşdur. Sonralar cavabdeh kreditini ödəməkdən yayınmışdır. Nəticədə məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. İddiaçı zamin olduğu üçün banka ümumilikdə 4637 (dörd min altı yüz otuz yeddi) manat məbləğində ödəniş etmişdir. bu barədə qəbz də məhkəməyə təqdim edilmişdir. Hazırda həmin ödənişi, 60 manat dövlət rüsumu və vəkilə ödənilmiş 300 manat xidmət haqqının cavabdehdən tutulmasını tələb edirlər. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SX014369232AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 862 saylı kredit müqaviləsindən görünür ki, "X1" Bakı filialı tərəfindən Cavabdeh illik 15 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı "X1" Bakı filialı ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 178 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1994/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, əsas borc üzrə 4675,46 manat, faiz borcu üzrə 61,47 manat olmaqla, cəmi 4736 (dörd min yeddi yüz otuz altı) manat 93 (doxsan üç) qəpik məbləğində pul və ödənilmiş 73 (yetmiş üç) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh Əbüifəz oğlundan və İddiaçı müştərək qaydada tutularaq iddiaçı X1" Bakı Filialına ödənilməsi qət edilmişdir. İşdə olan "X1" Bakı filialının Sumqayıt şəhər İcra İdarəsinə ünvaladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borclular Cavabdeh və İddiaçı şəhər Məhkəməsinin 2(060)-1994/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə qeyd olunan banka borc öhdəliklərini xx.xx.2024-cü il tarixdə tam yerinə yetirmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İcra haqqında Qanununun 20.1.5-ci maddəsinə rəhbər tuturaq icra sənədinin geri qaytarılmasını və işə xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən "X1" Bakı filialına 4636.93 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "X1" Bakı filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 862 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh illik 15 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə "X1" Bakı filialı arasında xx.xx.2021-ci il tarixli 178 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən İddiaçı zaminlik müqaviləsi əsasında ümumilikdə 4636.93 manat məbləğində akseptsiz qaydada pul vəsaiti ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı – zamin İddiaçı borclu – Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini 4636.93 manat hissəsində icra etmişdir. Bu səbəbdən həmin hissədə kreditorun hüquqları ona keçmişdir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminin ödədiyi məbləğ həssində borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Məhkəmə onu da qeyd edir k, iddiaçı 4637 manat pul tutulmasını xahiş etsə də, işdə olan xx.xx.2024-cü il tarixli Xəzinə mədaxil orderinə əsasən İddiaçı tərəfindən "X1" Bakı filialına 4636,93 manat pul ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 4636,93 manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi əsaəs hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 60 manat da cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə (11767 nömrəli, 06 fevral 2024-cü il tarixli qəbzə əsasən) görə cavabdehdən 300 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4636,93 (dörd min altı yüz otuz altı manat doxsan üç qəpik) manat məbləğində pul, ödənilmiş 60 (altmış) manat dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilən 300 (üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar