Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-20/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt edilmiş torpağın boşaldılması, özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin 9-cu mikrorayonu ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid 200 kvadrat metr, 20 kvadrat metr və 40 kvadrat metr torpaq sahələrinin boşaldılması, həmin torpaq sahələrində qanunsuz inşa edilmiş özbaşına tikililərin (hasarın və qeyriyaşayış binalarının) cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin onun hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-366/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. İddiaçı Sumqayıt Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə araşdırmaları ərzində cavabdeh tərəfindən müəyyən sənədlər təqdim olunduğunu, həmin sənədlərdən də mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması məlum olduğunu və əlavə araşdırmalar aparılması zərurəti yarandığından hazırki mərhələdə iddia ərizəsinin geri qaytarılması məqsədəmüvafiq hesab edildiyindən hazırki mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubu ilə Sumqayıt Bələdiyyəsi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən 2(060)-20/2025 saylı mülki işin ekspertiza keçirilmədən Sumqayıt Şəhər Məhkəməsinə geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh işə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt edilmiş torpağın boşaldılması, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt edilmiş torpağın boşaldılması, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-20/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-20/2025
24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver