Məhkəmə qərarları › İş №2(060)-2011/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2011/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2011/2020 17.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızınınsədrliyi, X3katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Sumqayıt şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 26-cı məhəllə, 70/40 saylı evin 5 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Həmin mənzildə daimi olaraq qeydiyyatda olmuş və yaşamışdır. Mərhum atası X9 xx xxxxxx 2018-ci il tarixdə vəfat etdikdən sonra, mənzil Cavabdeh adına özəlləşdirilmişdir. Cavabdeh mənzilin açarlarını dəyişdirmiş və onun mənzilə daxil olmasına imkan verməmişdir. Daimi yaşayış yeri yoxdur və müxtəlif ünvanlarda məskunlaşmışdır. Onlar mübahisəli mənzildə qeydiyyatda olmuş və orada daim yaşamışlar. Mərhum atası vəfat etdikdən sonra cavabdeh onu həmin mənzilə buraxmamışdır. Heç bir yaşayış sahəsinə malik deyil və eyni zamanda kirayədə yaşamağa da maddi imkanı çatmır. Əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzildə olan bütün əmlaklar ona məxsusdur. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə ilkin iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, iş üzrə cavabdeh onun qardaşıdır. Çox təəssüf edir ki, qardaş və ata əvəzi olan bir şəxs mənəvi dəyərləri bu qədər tapdalayır. Hal-hazırki mübahisəli mənzil Dövlət Mənzil Fonduna aid olmaqla mərhum atasının adına olmuşdur. Cavabdeh olan qardaşı 1984-cü ildə Xəlilova (Heybətova) Rəfiqə Heybət qızı ilə ailə həyatı qurmuş və mübahisəli mənzili 36 il bundan öncə birdəfəlik tərk etmişdir. İlk öncə Rafiq həyat yoldaşının Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15 ünvanında yerləşən bir otaqlı mənzilində, 1993-cü ildən isə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15 ünvanında yerləşən, 48 saylı, üç otaqlı mənzildə yaşamışdır. Həmin mənzil Xəlilova (Heybətova) Rəfiqə Heybət qızının mülkiyyətində olmuş, cavabdehin hər iki övladı -xx.xx.1985-ci il təvəllüdlü X13 və xx.xx.1987-ci il təvəllüdlü X2 şəhəri, 8-ci mikrorayondakı mənzildə doğulmuş və həmin mənzildən də 8-ci mikrorayonda yerləşən 17 nömrəli orta məktəbdə 11-ci sinfi bitirmişlər. Xəlilova (Heybətova) Rəfiqə Heybət qızının mülkiyyətində olan həmin mənzil xx.xx.2013-cü il tarixdə satılmış, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 62-ci məhəllədə Mərdanovlara məxsus həyət evindən torpaq sahəsi alınmış və böyük ev inşa edilmişdir. Ərizədə özünü kirayələrdə yaşayan məsum kimi göstərən qardaşı, Corat qəsəbəsində həyat yoldaşı və oğlu ilə (qızı ailə həyatı qurub) villa tipli evdə yaşayır. O, isə bütün ömrünü valideynlərinə həsr etməyə məcbur olmuşdur. 1995ci ildə ailə həyatı qurmuş, cəmisi bir il evli qalmış (həyat yoldaşı da mübahisəli mənzildə yaşayıb), bundan sonrakı bütün həyatını da valideynlərinə həsr etmişdir. Belə ki, mərhum anası 1983-cü ildən 1-ci qrup gözdən əlil olmuş və onun yardımına möhtacı olmuşdur. 2012-ci ildə mərhum anası vəfat etmiş və onun ölümündən sonra atasına baxmaqda davam etmişdir. 2014-cü ildə mərhum atası sağlığında mənzilin adına özəlləşməsini tələb etmişdir. Cavabdeh özü də heç bir mübahisə yaratmadan mənzilin onun adına özəlləşməsinə razılıq vermişdir. Belə ki, cavabdeh 36 il ərzində mənzillə bağlı heç bir hüquq və vəzifə yerinə yetirməmiş, mənzildə ona aid heç bir əmlak olmamış, yadına düşəndəndüşənə valideynlərinə baş çəkmiş, lakin onların maddi durumu ilə heç vaxt maraqlanmamış, valideynlərimin hər ikisinin dəfn və s. xərcləri yalnız onun vəsaiti hesabına həll edilmişdir. 36 illik fasilədən sonra cavabdehin mənzilə köçmək istəməsi məntiqli və əsaslı deyil. Qardaşının məkirli planı ondan 5-3 manat qoparmaqdır ki, bu da mümkün deyil. Onun qeydiyyatda olduğu mübahisəli mənzilə heç bir mənəvi haqqı yoxdur. AR Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 55.4 m2, 2 otaqlı olan 5 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehin pasport qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsinə dair müvafiq orqanlara müraciət etsə də, bunun yalnız məhkəmə yolu ilə mümkün olduğunu bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda göstərdiklərinə əsasən, ilkin iddia tələbinin rədd, qarşılıqlıiddia tələbinin təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil Cavabdeh ilə eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, mənzil 5 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 235 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 xx.xx.2020-ci il tarixli, **********12 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 28/15 ünvanda yerləşən 48 saylı mənzil sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin 01,04.1993-cü il tarixli, 4Ə-03/1051 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X5 adına qeydiyyata alınmış və Sumqayıt şəhər X4 tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-03/1051 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında yaşayış sahəsi X7 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ********** qeydiyyat nömrəli ərizəsi əsasında mənzil üzərində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipoteka yüklülüyünün qeydiyyatı aparılmış və xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 xx.xx.2020-ci il tarixli, **********33 saylı məktubuna əsasən, ünvan 1 ünvanda yerləşən 5 saylı mənzil Azərbaycan SSR KTN Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən verilmiş 03/2012 saylı, xx.xx.1965-ci il tarixli order, Sumqayıt şəhər İcra Hakimiyyəti MTİİB 1 saylı MİS tərəfindən verilmiş 1916 saylı, xx.xx.2014-cü il tarixli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında əsasında Cavabdeh adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə olunmuş 1 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, 1 saylı Mənzil Kommunal sahəsinin rəis əvəzi Məhərrəmov Atamoğlan, 26 məhəllə üzrə sahə ustası Aşurova İradə, 26 məhəllə, ev 40/70, 6 saylı mənzilin sakini X14 (AZE №01447844), 26 məhəllə, ev 40/70, 8 saylı mənzilin sakini X8 (AZE №03620493) və 26 məhəllə, ev 40/70, 10 saylı mənzilin sakini X18 (AZE №03351290) İddiaçı ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq 1984-cü ildən həmin ünvanda yaşamamasını öz imzaları ilə təsdiqləmişlər. X1 şəhər Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin 1-ci sinfinə 1992-ci ildə daxil olmuş, 2003-cü ildə 11-ci sinfi bitirmiş və 8-ci mikrorayon, ev 28/15, mənzil 48, X17 isə Sumqayıt şəhər Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin 1-ci sinfinə 1994-cü ildə daxil olmuş, 2005-ci ildə 11-ci sinfi bitirmiş və 8-ci mikrorayon, ev 28/15, mənzil 48 ünvanında yaşamışdır. (işdə olan Sumqayıt şəhər Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli 18 və 19 nömrəli arayışlarına əsasən) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, Heybətov X10 şəhəri, 26-cı məhəllə, ev 70/40, mənzil 5 ünvanında qeydiyyatdadır. İşdə olan Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 415 saylı arayışdan görünür ki, Heybətov X10 şəhəri, Corat qəsəbəsi, 62 nömrəli evdə qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 5 saylı mənzil xx.xx.1965-ci il tarixli order əsasında tərəflərin valideynlərinə ayrılmışdır. xx.xx.2014-cü il tarixdən mübahisəli mənzil Cavabdeh mülkiyyətinə keçmişdir. Qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı 1984-cü ildən həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdeh İddiaçı mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdir. Belə ki, onun 1984-cü ildən sözügedən mənzildə yaşamaması ilk növbədə iş materiallarında olan mübahisəli binada yaşayan qonşular tərəfindən tərtib olunmuş aktla təsdiq olunur. Eyni zamanda Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 415 saylı arayışından görünür ki, Heybətov X10 şəhəri, Corat qəsəbəsi, 62 nömrəli evdə qeydiyyatsız yaşayır. Məhkəmə onu da qeyd edir ki, ilkin İddiaçı mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, 1984-cü ildən 35 ildən çox keçməsinə baxmayaraq mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmiş, yalnız 2020-ci ildə belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə, cavabdehin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, İddiaçıya məxsus ünvan 1, 5 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. AR MPM-nin 156.1.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa qarşılıqlı iddia məhkəmənin icraatına qəbul edilə bilər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməsi İddiaçı ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilə köçürülməsi barədə ilkin iddia tələbinin təmin edilməsini aradan qaldırdığından ilkin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ünvan 1, 5 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar