Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-202/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun xx xxxxxxx 1974-cü ildə Ermənistan Respublikasının, Sisiyan rayonunun, Aqudi kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, doğum yerinin Ermənistan Respublikasının, Sisiyan rayonu olması, doğum şəhadətnaməsinin ata qrafasında X2 və ana qrafasında X1 yazılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndən məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, Ərizəçi onun bacısıdır. Bacısı xx xxxxxxx 1974-cü ildə Ermənistan Respublikasının, Sisiyan rayonun, Aqudi kəndində anadan olmuşdur. Bunu Sumqayıt ŞPİ QŞVŞ tərəfindən 21.04.2010-cu ildə verilmiş AZE 0******* №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Onun doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Məlum səbəblərə görə o doğum haqqında şəhadətnamənin dublikatını əldə edə bilmir. Bu səbəbdən də Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Maraqlı tərəf olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi özünün 11.09.2021 -ci il tarixli, 05/Q-289/15 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi onun qızıdır. O həqiqətən də xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasının, Sisiyan rayonun, Aqudi kəndində anadan olmuşdur. Hal-hazırda Türkiyədə yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307.2.3-cü maddəsindən görünür ki, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasının, Sisiyan rayonun, Aqudi kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ərizəçinin bacısı Nümayəndə məxsus doğum haqqında şəhadətnaməninin surətindən görünür ki, ərizəçinin doğum tarixi xx.xx.1977-ci il, doğum yeri Ermənistan Respublikası, Sisiyan rayonun, Aqudi kəndi, doğum şəhadətnamasinin ata qrafasında X2 və ana qrafasında X1 yazılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.09.2021-ci il tarixli, 05/Q-3289/15 nömrəli məktubundan görünür ki, Ərizəçi 1974-cü ildə Ermənistan Respublikasının Sisiyan rayonu Aqudı kəndində qeydə alınmış doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından ərizənin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun oluraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərlə əlaqədar izah edilir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər.Göstərilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşin araşdırılan hallarından və iş materiallarına əsasən sübuta yetirilmişdir ki, Ərizəçi həqiqətən xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasının, Sisiyan rayonun, Aqudi kəndində anadan olmuş, atası “X2”, anası isə “X1”dır. Eyni zamanda, müəyyən olunmuşdur ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi «xx.xx.1974-cü il», doğulduğu yer «Ermənistan Respublikasının, Sisiyan rayonun, Aqudi kəndi», atasının adı qrafasında “X2”, anasının adı qrafasında isə “X1” qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikasının, Sisiyan rayonu, Aqudi kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi soyadı, adı və atasının adı “Ərizəçi”, doğum tarixi «xx.xx.1974-cü il», doğulduğu yer «Ermənistan Respublikasının, Sisiyan rayonu, Aqudi kəndi», atasının adı qrafasında “X2”, ana qrafasında “X1” qeyd olunsun. Qətnamə qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-202/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-202/2022
17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver